Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaranları Naxçıvan Regional Peşə Tədris Mərkəzində elektrik montyoru peşəsi üzrə kurs keçməyə dəvət edir. Kursun tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 5 iyun 2019-cu il tarixədək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə Məşğulluq mərkəzlərinə təqdim etməlidirlər:
1.Yaşayış yerindən arayış
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Tibbi arayış
Əlaqə telefonu: 545-32-33