aşağıdakı polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
(ali hüquq təhsilli mütəxəssislər üçün)
1) Təşkilat İnspeksiya Uçot-Qeydiyyat və Statistika İşləri Qrupunun baş inspektoru vəzifəsinə:
Ordubad, Şahbuz Rayon Polis şöbələrində.
2) Təhqiqatçı vəzifəsinə:
Culfa, Ordubad Rayon Polis şöbələrində və Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində.
3) Məsul növbətçi vəzifəsinə:
Babək Rayon Polis Şöbəsində və Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində.
4 Polis sahə inspektoru vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi (1 yer), Babək (1 yer), Culfa (1 yer), Ordubad (4 yer), Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi (1 yer), Şahbuz (4 yer), Şərur (4 yer), Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi (5 yer), Sədərək (2 yer).
5) Müstəntiq vəzifəsinə:
Şahbuz (1 yer), Hava Nəqliyyatında Polis Şöbəsi (1 yer), Sədərək (1 yer).
6) Post-patrul xidməti taqımının komandiri vəzifəsinə:
Babək (1 yer)
(pedaqoji təhsilli mütəxəssislər üçün)
7) Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə:
Culfa (1 yer), Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi (1 yer).
Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir
Test imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təsdiq olunmuş proqramlara və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən suallar üzrə keçirilir.
Müsahibə test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən aparılır.
Müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquq və ya pedaqoji təhsil (pedaqoji təhsilli mütəxəssislər gələcəkdə polisin digər xidmət sahəsinə dəyişilməmək şərti ilə) almış, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul olmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvanda yerləşən Daxili İşlər Nazirliyinin Müsabiqə Komissiyasına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
● Şəxsiyyət vəsiqəsi;
● ali təhsil haqqında diplom;
● hərbi bilet (kişilər üçün);
● əmək kitabçası (olanlar üçün).
Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Nizami küçəsi 32) 2013-cü ilin aprel ayının 25-dən may ayının 30-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 1000-dan 1700-dək qəbul olunur.
Əlaqə telefonları: 545-08-10 (daxili 155, 156)