22 Dekabr 2024, Bazar

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununa əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunmalıdır.
Daşınmaz əmlakın icbari sığortası – yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı vətəndaşlara dəyən zərərin ödənilməsinə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığorta məbləğləri və sığorta haqları aşağıdakı miqdarda müəyyən edilmişdir:

1. Naxçıvan şəhəri üzrə

– sığorta məbləği – 20000 manat
– sığorta haqqı – 40 manat

2. Digər rayon və şəhərlər üzrə

– sığorta məbləği – 15000 manat
– sığorta haqqı – 30 manat
Daşınmaz əmlakın icbari sığortası rayon (şəhər) Dövlət Sığorta agentliklərində aparılır.
Daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaşlardan xahiş olunur, onlara məxsus yaşayış evlərini, mənzilləri icbari qaydada sığorta etdirsinlər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Baş Sığorta Agentliyi Sizin etibarlı təminatçınızdır!

Əlaqə telefonları: 545-94-60, 545-14-58

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR