22 Dekabr 2024, Bazar

Qeyd: Oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 30 milyon 36 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 802 min 200 manat olmuş, cəmi 1 milyon 803 min manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyünə (vəkilliyə), həmçinin muxtar respublikanın rayonlarında yaradılacaq vəkillik qurumlarında vəkilliyə qəbulla əlaqədar müsabiqə elan olunur.
Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə (30 gün) iştirak edəcəklər.

Ardını oxu...

Dekan vəzifəsini tutmaq üçün

1. Sosial idarəetmə və hüquq
2. Xarici tələbələrlə iş üzrə dekanlıq

Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün

1. Mühasibat uçotu və audit
2. Azərbaycan dilçiliyi

Kafedralarda boş olan vəzifələri tutmaq üçün 

Ardını oxu...

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu 20.10.2014-cü il tarixdən 20.11.2014-cü il tarixədək aparılır. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Naxçıvan Gömrük Ekspertizası İdarəsinə işə qəbulla bağlı müsabiqədə ali məktəbləri “kimya” ixtisası üzrə bitirən şəxslər iştirak edə bilərlər. Bir qayda olaraq, namizədlərin yaşı 30-u keçməməlidir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.dgk.nmr.az internet saytına daxil olmaqla “Gömrük orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın gömrük orqanlarına işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – oktyabr ayının 15-dən noyabr ayının 14-dək davam edəcək.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqə hər bir namizədin ixtisas səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən (əsasən rus və ingilis) və ekspertiza sahəsində müəyyən təcrübəsi olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük verilir.
Test imtahanı 15.11.2014-cü il tarixdə saat 1000-da Naxçıvan Şə­hər Gömrük İdarəsinin akt zalında keçiriləcəkdir.

Əlaqə telefonları:
(036) 544-49-60; (036) 544-49-72


Qeyd: Sentyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 36 milyon 199 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 171 min 900 manat olmuş, cəmi 2 milyon 172 min 800 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “aşpaz köməkçisi” peşəsi üzrə kurs təşkil edir.
Tədrisin müddəti 3 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il oktyabr ayının 10-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33

Müsabiqədə iştirak etmək istəyənlər 15 sen­tyabr 2014-cü il tarixdən 15 oktyabr 2014-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) müraciət edərək müraciət formasını doldurmalıdırlar. Sənədlər şəxsən (həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dən 1730-dək) təqdim edilməlidir.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 2 ədəd ağ fonda rəngli fotoşəkil (3 x 4 sm ölçüdə)

Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

Əlaqə telefonu: 545-65-71

Ardını oxu...

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Kəngərli rayonunun Qarabağlar icmasının tender komissiyası icma qrupunun hazırladığı “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki baza və insan resursları barədə məlumat
* Son üç ildə icra etdikləri işlər haqqında məlumat
* Maliyyə vəziyyəti barədə arayış
Qeyd olunmuş sənədlər toplusunu 18 sentyabr 2014-cü il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Kəngərli rayonu, Qarabağlar kəndi
tender komissiyası icma qrupunun sədri Kərəm Əsgərov
əlaqə telefonu: (051) 879-08-98

Fəlsəfə doktoru hazırlığı üzrə
Büdcə hesabına doktorantura, qiyabi şöbəyə
Yarımkeçiricilər fizikası – 1 yer
Botanika – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 2 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodi­kası – 2 yer
Sami dilləri – 1 yer
Ödənişli əsaslarla doktorantura, qiyabi şöbəyə
Botanika – 1 yer
Sami dilləri – 1 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodi­kası – 1 yer

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “dərzi” peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tədris müddəti 3 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il sentyabr ayının 15-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33

Qeyd: Avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 45 milyon 722 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 743 min 300 manat olmuş, cəmi 2 milyon 744 min 100 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Azərbaycanın və dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinə, orta ixtisas məktəblərinə və hərbi liseylərinə qəbul olmaq istəyən şagird və dinləyicilər kursun xidmətlərindən istifadə edə bilərlər. Dinləyicilər aşağıdakı hazırlıq məşğələlərində iştirak edə bilərlər:
◆ V, VI, VII, VIII, IX, X, XI sinif şagirdləri
◆ Magistraturaya qəbul olmaq istəyən bakalavrlar
◆ Dövlət qulluğuna imtahanlara hazırlaşmaq istəyən şəxslər
◆ Xarici dillər (ingilis, fransız, rus, alman) üzrə danışıq dillərini öyrənmək istəyənlər
◆ Kompüter biliklərini mənimsəmək istəyənlər
◆ Məntiq kursları
◆ Mental Aritmetik kurslar ( 6-14 yaşlı uşaqlarda – əqli riyaziyyat və yaddaş texnikası proqramları, uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir).
◆ Məşğələlər qəbul imtahanı modelinə uyğun olaraq 3, 4 və 5 fənn üzrə aparılır.
◆ Məşğələlər həftədə 3 gün olmaqla, qruplar üzrə 9, 12, 15 və 18 saat keçirilir.
◆ Kursumuzda dərslər ixtisası üzrə təcrübəli müəllimlər tərəfindən tədris olunur.
◆ Hər mövzu sonrası şagird və dinləyicilərə mövzuları daha dərindən qavradan və testlərin həll metodunu öyrədən kiçik yoxlama testləri (sinif testi) keçirilir.
◆ Ayda bir dəfə qəbul imtahanı səviyyəsində hazırlanan sınaq imtahanları keçirilir.
◆ Kurs dinləyiciləri və şagirdlər bir sıra kateqoriyalar üzrə güzəştlərdən faydalana bilərlər.
◆ Sınaq imtahanının nəticələri optik oxuyucu vasitəsi ilə oxunub qiymətləndirilir və şagirdlərə, dinləyicilərə nəticə vərəqəsi verilir. Nəticə vərəqəsində şagirdin imtahan göstəricisi müfəssəl şəkildə göstərilir.
Hazırlıq kursuna daxil olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. İki ədəd 3x4 sm ölçüdə fotoşəkil
Qeydiyyat hər gün saat 900-dan 1800-dək Tədris-Ticarət Mərkəzinin III mərtəbəsində aparılır.

Əlaqə telefonları: 036-545-74-11
077-345-74-11

Naxçıvan Şəhər Peşə Liseyi 2014-2015-ci dərs ili üçün yeni yaranmış “arıçı” ixtisas qrupuna şagird qəbulu elan edir. Ümumi orta təhsil bazasını bitirən şagirdlər avqustun 31-dək liseyin qəbul komissiyasına müraciət edə bilərlər.

Ünvan: Zərifə Əliyeva küçəsi 9, əlaqə telefonu: 545-25-80

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “kabel lehimləyicisi və elektrik montyoru” peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tələbat aşağıdakı kimidir:
Naxçıvan şəhəri – 6 nəfər
Şərur rayonu – 5 nəfər
Babək rayonu – 2 nəfər
Ordubad rayonu – 2 nəfər
Kəngərli rayonu – 1 nəfər
Tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il avqustun 25-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə gənclər arasında “Muxtariyyətin intibahı: 1995-2014” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
• Teleradio verilişi
• Qəzet məqaləsi
• Videoçarx
• Rəsm
• Fotoreportaj
• Ədəbi yaradıcılıq (hekayə, şeir və s.).

Ardını oxu...

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Şərur rayonunun Dizə icmasının tender komissiyası icma qrupunun hazırladığı “Yolun bərpası” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.

Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
• Maraq məktubu
• Nizamnamə
• Maddi-texniki baza və insan resursları barədə məlumat
• Son illərdə infrastrukturtipli layihələrdə iş təcrübəsinin olması
• Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu 30 iyul 2014-cü il saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Şərur rayonu, Dizə kənd tender komissiyası
icma qrupunun sədri: Suliddin Fərəcov
Əlaqə telefonu: (051) 579-40-84

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylərdə mövcud olan boş iş yerlərinin tutulması üçün sənəd qəbulu elan edir. İşləmək arzusunda olanlar aşağıdakı sənədləri 21 iyul 2014-cü il tarixdən 21 avqust 2014-cü il tarixədək həftənin iş günləri komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) təqdim edə bilərlər:

Ardını oxu...

2014-2015-ci tədris ilində ibtidai sinif müəllimliyi ixtisası üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbul edir

Əvvəlki ali təhsili və hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən, müsabiqədə iştirak edə bilərlər.
Əlavə ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;
- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsi və diplom şəxsən təqdim olunur.
Sənədlər 2014-cü il avqust ayının 31-dək hər gün (istirahət günlərindən başqa) saat 1000-dan 1600-dək Naxçıvan Müəllimlər İnstitutunda qəbul edilir: ikinci mərtəbə, Tədris şöbəsi.
İnstituta sənəd vermiş şəxslərdən müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əlavə ali təhsil üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında uyğun qaydada ödənilir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev
prospekti 1, telefon: 545-79-23
Rektorluq

Naxçıvan Muxtar Respublikasında yaşayıb yaradan yaradıcı insanlar üçün yaradıcılıq imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Naxçıvana həsr olunmuş “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları müsabiqəsi keçirir.
“Ulu yurdum – Naxçıvanım” mahnı müsabiqəsinin təşkilat komitəsi yaradılmışdır.

Ardını oxu...

Şəxsi heyətin 6 (altı) aylıq ərzaq məhsullarına olan tələbatı üçün açıq təkliflər sorğusu elan edir

Təkliflər sorğusu 10 (on) lot üzrə keçirilir.
Lot-1: ət 1-ci növ – 24000 kq
Lot-2: ət konservi – 10000 kq
Lot-3: kartof – 120000 kq
Lot-4: un 1-ci növ – 120000 kq
Lot-5: şəkər tozu – 10000 kq
Lot 6: kərə yağı – 9000 kq
Lot-7: bitki yağı – 10000
Lot-8: qatılaşdırılmış süd – 8000
Lot-9: yarmalar (müxtəlif növ) – 28000 kq
Lot-10: povidlo – 6000 kq

Ardını oxu...

-Tarix müəllimliyi
-Azərbaycan dili və ədəbiyyat müəllimliyi
-Riyaziyyat və informatika müəllimliyi
-Biologiya müəllimliyi
-Kitabxanaçılıq və informasiya
-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
-Beynəlxalq münasibətlər
-Xarici dil müəllimliyi (ingilis dili)

Ardını oxu...

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənəd­ləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin sa­­tış qiymətinin 5 %-i məbləğində beh Azərbay­­can Respublikası Mərkəzi Bankının Naxçıvan Mux­­tar Res­publikası İdarəsinin AZ 88 NABZ 01451700000000012944, “Naxçıvan-­Kre­­­­dit” BOKT MMC-nin AZ 11 NABZ 12350600000000001944 nömrəli hesablarına 28 iyul 2014-cü il tarixədək ödənilməlidir.

Ardını oxu...

Qeyd: İyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 36 milyon 430 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 185 min 800 manat olmuş, cəmi 2 milyon 186 min 600 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində ofisiant peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il iyulun 8-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33

Taxılçılıqda yüksək məhsul istehsalına nail olmaq üçün keyfiyyətli, yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış sortlardan tədarük edilmiş toxum materialından istifadə olunması vacibdir. Bu məqsədlə “Bərəkət” Toxumçuluq Təsərrüfatı yüksək reproduksiyalı elit taxıl toxumlarının münasib qiymətə satışını təşkil edir. Satışa “Naxçıvandəni”, “Cəlilabad-19” arpa sortları, “Quality”, “Quadilop”, “Ceyhan-99”, “Dağ-daş”, “Bezostaya”, “Moskviç”, “Qiymətli” və “Əzəmətli” buğda sortları təklif olunur.

Ünvan: Naxçıvan şəhəri, M.Şəhriyar küçəsi 60
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Bərəkət” Toxumçuluq Təsərrüfatı
Əlaqə telefonu: (036) 544-82-38

Muxtar respublikaya 2009-cu ildən başlayaraq yüksək məhsuldar qaramal cinsləri gətirilərək sahibkarlara lizinq yolu ilə satılmışdır.
Ötən dövr ərzində Babək rayonu ərazisində həmin cinslər yetişdirilməklə damazlıq təsərrüfat yaradılmışdır. Həmin təsərrüfatda ana mallardan süni yolla mayalandırılmaqla artıq 3-cü nəsil balalar alınmışdır. Alınan balalar yerli şəraitə yaxşı uyğunlaşdığından xəstəliklərə qarşı davamlı olmaları ilə yanaşı, böyüyərək diri çəkiləri 500-600 kiloqrama çatmaqla, bala verdikdən sonra yaxşı yemləmə şəraitində gün ərzində 25-30 litr süd verirlər.

Ardını oxu...

25 iyun 2014-cü il tarixdə saat 1100-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində əmək yarmarkası keçiriləcək.
Dövlət və özəl müəssisələrin iştirak edəcəyi yarmarkada ixtisasınıza və peşənizə uyğun iş yeri əldə edə bilərsiniz.
Əmək yarmarkasında iştirak edənlər şəxsiyyət vəsiqəsini, əmək kitabçasını, tələbələr isə təhsil almaları haqqında sənədi təqdim etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
Əlaqə telefonu: 545-32-33, 545-18-35

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu üzrə:
Antik və orta əsrlər arxeologiyası şöbəsi
Şöbə müdiri – 1 yer
Etnoqrafiya şöbəsi
Şöbə müdiri – 1 yer
Təbii Ehtiyatlar İnstitutu üzrə:

Ardını oxu...

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu üzrə:
Yeni və ən yeni tarix şöbəsi
Böyük elmi işçi – 1 yer
Qədim və orta əsrlər tarixi şöbəsi
Böyük elmi işçi – 1 yer
Qədim dövr arxeologiyası şöbəsi
Böyük elmi işçi – 1 yer

Ardını oxu...

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Şərur rayonunun Kürkənd icmasının tender komissiyası icma qrupunun hazırladığı “Yolun bərpası” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
• Maraq məktubu
• Nizamnamə
• Maddi-texniki baza və insan resursları barədə məlumat
• Son üç ildə icra etdikləri işlər haqqında məlumat
• Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu 25 iyun 2014-cü il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Şərur rayonu, Kürkənd kəndi, tender komissiyası icma
qrupunun sədri: Vəfadar Ələkbərov
Əlaqə telefonu: (050) 343-76-63

Rayon (şəhər) məşğulluq mərkəzləri tətil günlərində işləmək arzusunda olan tələbələrin xüsusi peşə hazırlığı tələb etməyən haqqı­ödənilən ictimai işlərə, mövsümi və digər müvəqqəti xarakterli işlərə göndərilməsini təmin edir.
Tətil günlərində işləmək arzusunda olan tələbələr yaşadıqları ərazinin Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Əlaqə telefonu: 545-32-33

Qeyd: May ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 449 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 306 min 900 manat olmuş, cəmi 2 milyon 307 min 700 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesabına və “Kapital Bank” ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin AZ 87 AİİB45090249443100007500 nömrəli hesabına ödənilməlidir.

Ardını oxu...

Pul hərracında qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Pul hərracına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10 % məbləğində beh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ30NABZ12360150000000065944 №li hesabına 25 iyun 2014-cü il tarixədək ödənilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin fərdi məşğulluqlarını təmin etmək məqsədilə ağac üzərində oyma peşəsi üzrə kurs təşkil edir. Tədrisin müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il iyun ayının 14-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Əlillik vəsiqəsinin surəti

Əlaqə telefonu: 545-32-33

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər və qadın bərbəri peşələri üzrə kurslar təşkil edir.
Tədrisin müddəti 2 aydır.
Muxtar respublikanın rayonları üzrə tələbat aşağıdakı kimidir:

Ardını oxu...

Qeyd: Aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 29 milyon 452 min kilovat-saat elektrik enjisinin dəyəri 1 milyon 767 min 100 manat olmuş, cəmi 1 milyon 826 min 500 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 103,4 faizini təşkil edir.

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Babək rayonunun Qoşadizə icmasının tender komissiyası icma qrupunun hazırladığı “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki təminat və insan resursları barədə məlumat
* Son illərdə infrastruktur tipli layihələrdə iş təcrübəsinin olması
* Maliyyə vəziyyəti barədə arayış.    
Qeyd olunmuş sənədlər toplusunu 12 may 2014-cü il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Babək rayonu, Qoşadizə kəndi, tender komissiyası
icma qrupunun sədri: Allahverdi Allahverdiyev
Əlaqə telefonu: (070) 377-50-53

Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edir

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu 01.05.2014-cü il tarixdən 31.05.2014-cü il tarixədək aparılır. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti aşağıdakı kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

Kafedralar üzrə kafedra müdiri vəzifəsini tutmaq üçün
    1. İnformatika
Kafedralarda boş olan vəzifələri tutmaq üçün

Ardını oxu...

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Culfa rayonunun Bənəniyar icmasının tender komissiyası icma qrupunun hazırladığı “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
    • Maraq məktubu
    • Nizamnamə
    • Maddi-texniki vəziyyət və insan resursları barədə məlumat
    • Son illərdə infrastruktur tipli layihələrdə iş təcrübəsinin olması
    • Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu 25 aprel 2014-cü il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Culfa rayonu, Bənəniyar kəndi, tender komissiyası
icma qrupunun sədri: Əli Məmmədov

Əlaqə telefonu: (051) 807-10-05

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR