2014-2015-ci tədris ilində ibtidai sinif müəllimliyi ixtisası üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbul edir
Əvvəlki ali təhsili və hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən, müsabiqədə iştirak edə bilərlər.
Əlavə ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;
- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsi və diplom şəxsən təqdim olunur.
Sənədlər 2014-cü il avqust ayının 31-dək hər gün (istirahət günlərindən başqa) saat 1000-dan 1600-dək Naxçıvan Müəllimlər İnstitutunda qəbul edilir: ikinci mərtəbə, Tədris şöbəsi.
İnstituta sənəd vermiş şəxslərdən müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əlavə ali təhsil üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında uyğun qaydada ödənilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev
prospekti 1, telefon: 545-79-23
Rektorluq