Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyünə (vəkilliyə), həmçinin muxtar respublikanın rayonlarında yaradılacaq vəkillik qurumlarında vəkilliyə qəbulla əlaqədar müsabiqə elan olunur.
Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə (30 gün) iştirak edəcəklər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
2. Kadrlar uçotunun şəxsi vərəqəsi
3. Tərcümeyi-hal
4. Ali təhsil haqqında diplomun surəti (diplomun əsli sənədlərlə birlikdə təqdim edilməlidir)
5. Əmək kitabçasının təsdiq edilmiş surəti
6. Şəxsiyyəti təsdiq edən sənədin surəti
7. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
8. Sağlamlıq haqqında arayış
9. 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil
10. Hərbi biletin surəti.
Sənədlərin qəbulu 1 noyabr 2014-cü il tarixdən hər iş günü saat 1000-dan 1700-dək Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 5 ünvanında – Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Aparatının qəbul otağında aparılacaq.
Əlaqə vasitələri:
telefon: (036) 545-58-06, 550-64-89
e-poçt:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.