22 Dekabr 2024, Bazar

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənəd­ləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin sa­­tış qiymətinin 5 %-i məbləğində beh Azərbay­­can Respublikası Mərkəzi Bankının Naxçıvan Mux­­tar Res­publikası İdarəsinin AZ 88 NABZ 01451700000000012944, “Naxçıvan-­Kre­­­­dit” BOKT MMC-nin AZ 11 NABZ 12350600000000001944 nömrəli hesablarına 28 iyul 2014-cü il tarixədək ödənilməlidir.

Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qa­nunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auk­sion Mərkəzinin Maliyyə Nazirliyindəki AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Heydər Əliyev prospekti 6) 28 iyul 2014-cü il tarixə qədər hər gün saat 900-dan 1800-dək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün komissiyaya aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- “Naxçıvan-Kredit” BOKT MMC-nin hesabına ödəniləcək behin qəbzi;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 1 avqust 2014-cü il tarixdə saat 1000-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.

Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.

Əlaqə telefonu: 545-01-38

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR