22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:

     1. Heydər Əliyev və müasir təhsil
    2. Yeni pedaqoji texnologiyalarda pedaqogika və psixologiyanın rolu
    3. Təhsilin müasir tələbləri və tərbiyə məsələləri
    4. Fənlərin tədrisi texnologiyaları.

Konfransda respublikanın ali və orta təhsil müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə bilərlər.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 santimetr intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 santimetr olmaq şərti ilə 1-2 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 7 may 2014-cü il tarixdə saat 1100-də Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1.
Naxçıvan Müəllimlər İnstitutu

Telefonlar: (036) 545-32-02, (036) 544-04-29, Faks: (036) 545-32-02

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR