Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin fərdi məşğulluqlarını təmin etmək məqsədilə ağac üzərində oyma peşəsi üzrə kurs təşkil edir. Tədrisin müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il iyun ayının 14-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Əlillik vəsiqəsinin surəti
Əlaqə telefonu: 545-32-33