22 Dekabr 2024, Bazar

Fəlsəfə doktoru hazırlığı üzrə
Büdcə hesabına doktorantura, qiyabi şöbəyə
Yarımkeçiricilər fizikası – 1 yer
Botanika – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 2 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodi­kası – 2 yer
Sami dilləri – 1 yer
Ödənişli əsaslarla doktorantura, qiyabi şöbəyə
Botanika – 1 yer
Sami dilləri – 1 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodi­kası – 1 yer

Büdcə hesabına dissertanturaya
Analiz və funksional analiz – 1 yer
Zoologiya – 1 yer
Parazitologiya – 2 yer
Ümumi iqtisadiyyat – 1 yer
Dünya iqtisadiyyatı – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya,torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer
Vətən tarixi – 1 yer
Azərbaycan dili – 1 yer
German dilləri – 1 yer
Müqayisəli tarix və müqayisəli tipoloji dilçilik – 2 yer
Dünya ədəbiyyatı – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer
Ödənişli əsaslarla dissertanturaya
Analiz və funksional analiz – 1 yer
Botanika – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Beynəlxalq hüquq və insan hüquq­ları – 1 yer
Azərbaycan dili – 1 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodikası – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer
Sosial fəlsəfə – 1 yer
Fəlsəfə doktoru və elmlər doktoru pro­qramları üzrə doktoranturaya qəbul Azərbaycan Respublikası təhsil nazirinin 46-11-5043/17 saylı, 22 avqust 2014-cü il tarixli əmrinə uyğun olaraq təsdiq edilmiş plana əsasən aparılır.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertantura yolu ilə elmlər doktoru proqramı hazırlığı üzrə

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya büdcə hesabına
Analiz və funksional analiz – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Memarlıq nəzəriyyəsi və tarixi abidələrin bərpası və rekonstruksiyası – 1 yer
Dissertanturaya ödənişli əsaslarla
Dünya ədəbiyyatı – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya sənədlər 2014-cü il 15 sentyabr-15 oktyabr tarixlərdə qəbul edilir.­
Qəbul imtahanları 2014-cü il 15 oktyabr -15 noyabr tarixlərində keçiriləcəkdir.
İxtisaslar üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planda göstərilmişdir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR