Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “kabel lehimləyicisi və elektrik montyoru” peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tələbat aşağıdakı kimidir:
Naxçıvan şəhəri – 6 nəfər
Şərur rayonu – 5 nəfər
Babək rayonu – 2 nəfər
Ordubad rayonu – 2 nəfər
Kəngərli rayonu – 1 nəfər
Tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il avqustun 25-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış
Əlaqə telefonu: 545-32-33