16 May 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə gənclər arasında “Muxtariyyətin intibahı: 1995-2014” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
• Teleradio verilişi
• Qəzet məqaləsi
• Videoçarx
• Rəsm
• Fotoreportaj
• Ədəbi yaradıcılıq (hekayə, şeir və s.).

Müsabiqənin keçirilməsində məqsəd
Müsabiqənin keçirilməsində məqsəd Naxçıvanın 90 illik muxtariyyət tarixinə nəzər salmaq, gənclərin bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, onların bacarıqlarını və ideyalarını üzə çıxarmaqdan ibarətdir.
Müsabiqədə iştirak
Yaradıcılıq qabiliyyəti olan hər bir gənc müsabiqədə iştirak edə bilər.
Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları
Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirmə meyarları aşağıdakı kimidir:
• işlərin bədii səviyyəsi və keyfiyyəti;
• müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini və ya bir neçəsini özündə əks etdirməsi;
• ideyanın orijinallığı;
• savadlı kompozisiya həlli;
• işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
• yaradıcı yanaşma və mövzunun açılması.
Müsabiqəyə təqdim olunacaq materiallara qoyulan tələblər aşağıdakı kimidir.
Teleradio verilişi və qəzet məqaləsi
Müsabiqəyə təqdim olunan məqalələr mətbuatda dərc edilməli, teleradio verilişləri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tele­viziya və radiolarda nümayiş olunmalıdır. Məqalə və teleradio verilişlərində “Muxtariyyətin intibahı: 1995-2014” müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.
Müsabiqəyə təqdim olunan məqalələr A4 kağızda çap olunmuş halda (dərc olunduğu qəzetin nüsxəsi ilə birlikdə), teleradio verilişləri isə elektron daşıyıcılarda (CD və ya DVD-də) müəllif haqqında məlumatla birgə təqdim olunmalıdır.
Videoçarx
Müsabiqəyə təqdim olunan videoçarxlar ağ-qara və yaxud rəngli, maksimum 5 (beş) dəqiqə həcmində olmalı və elektron daşıyıcıda (CD və ya DVD) təqdim olunmalıdır. Videoçarxlar bədii, sənədli və animasiya janrında çəkilə bilər.
Rəsm əsəri
Müsabiqəyə təqdim ediləcək rəsm əsərləri rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, tempera, qara qələm, qarışıq texnika və s.) istənilən material üzərində işlənilə bilər. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 sm və daha böyük ölçülərdə ola bilər.
Ədəbi yaradıcılıq
Müsabiqəyə təqdim olunan nəsr nümunələri (hekayə, oçerk, esse və s.) maksimum 7 (yeddi) səhifə həcmində yazılmalı, şeirlər isə 10 (on) bənddən çox olmamalıdır.
Fotoreportaj
Fotoreportaja rəngli və ağ-qara, JPEG formatda olan fotolar təqdim edilə bilər. Fotolar A4 formatda (21x30 sm) çap olunmuş və elektron formada təqdim edilməlidir. Bir müəllif 5 (beş) fotodan artıq təqdim edə bilməz. Fotonun çəkildiyi yer və tarix göstərilməli, şəkillərlə bağlı açıqlama yazılmalıdır. Müsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır. Mobil telefonla çəkilmiş və fotoredaktorda (photoshop) işlənmiş şəkillər müsabiqədə iştirak edə bilməz.
Müsabiqədə hər gənc yalnız bir istiqamət üzrə iştirak edə bilər.
Müsabiqənin keçirilmə vaxtı
Müsabiqə 20 iyul 2014-cü il tarixdən 20 noyabr 2014-cü il tarixədək olan müddətdə (4 ay) keçiriləcəkdir.
Münsiflər heyətinin qərarına əsasən seçilən qaliblər keçirilən xüsusi tədbirdə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları işləri noyabrın 20-nə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna təqdim etməlidirlər.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
Birinci yer (bir nəfər) – 1500 manat
İkinci yer (iki nəfər) – 1000 manat
Üçüncü yer (iki nəfər) – 500 manat
Həvəsləndirici yer (beş nəfər) – Qiymətli hədiyyələr

Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmməd­quluzadə küçəsi, Gənclər Mərkəzi
Əlaqə telefonu: (036) 544-18-43

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR