17 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikasında yaşayıb yaradan yaradıcı insanlar üçün yaradıcılıq imkanlarının daha da genişləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı və Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Naxçıvana həsr olunmuş “Ulu yurdum – Naxçıvanım” müəllif mahnıları müsabiqəsi keçirir.
“Ulu yurdum – Naxçıvanım” mahnı müsabiqəsinin təşkilat komitəsi yaradılmışdır.

Müsabiqəyə 2014-cü ilin 20-25 oktyabr tarixlərində Naxçıvan şəhərində yekun vurulacaqdır.
Müsabiqədə iştirak edənlər üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqədə peşəkar bəstəkarlarla yanaşı, həvəskar bəstəkarlar da iştirak edə bilərlər.
Müsabiqə 2 mərhələdə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər 2014-cü il sentyabr ayının 1-nə qədər öz mahnılarını klavir və yaxud partitura formasında təşkilat komitəsinə təqdim etməlidirlər.
Müsabiqədə qalib gələnlər mükafatlandırılacaqlar.

“Ulu yurdum – Naxçıvanım” mahnı
müsabiqəsinin təşkilat komitəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR