2017-2018-ci tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin VII siniflərinə sənəd qəbulu başlamışdır. Lazım olan sənədlər aşağıdakılardır:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil
3. Valideyn ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış.
Sənədlər 1 aprel 2017-ci il tarixdən 5 may 2017-ci il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul edilir.
İmtahan 21 may 2017-ci il tarixdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “İstedad – XXI əsr” kursları tərəfindən keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələrini 5 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək “İstedad – XXI əsr” kurslarından əldə edə bilərsiniz.
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 20 (Tədris-Ticarət Mərkəzinin 3-cü mərtəbəsi).
Əlaqə telefonları: 542-31-63,
542-30-76