Naxçıvan Muxtar Respublikasının təhsil sahəsində aparılan uğurlu islahatlar ilk peşə-ixtisas sahəsində də innovativ dəyişikliklər meydana gətirmişdir. Belə ki, irrasional mexanizmin məhdud strukturunu sadə, lakin çoxşaxəli formata inikası ilə bağlı struktur dəyişikliyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmişdir. Yeni formatda fəaliyyətə başlayan Naxçıvan Şəhər Peşə Liseyi aşağıda adları qeyd olunan ixtisaslar üzrə qəbul elan edir:
1. Xalçaçı
2. Bərbər
3. Bərbər-manikürçü
4. Fotoqraf
5. Kompüter istifadəçisi
6. Parket ustası
7. Suvaqçı
8. Üzlükçü-mozaikaçı
9. İnşaat rəngsazı
10. Divar kağızlarının yapışdırıcısı
11. Bənna
12. Daş məmulatları üzrə mərmərçi
13. Mebel quraşdırıcısı
14. Satıcı-kassir
15. İstilik sistemlərinin montajçısı
16. Dayə
17. Kafel ustası
18. Gözətçi
19. Qaynaqçı
20. Şüşəçi
21. Toxucu
22. Turizm agenti
23. Qaz çilingəri
24. Video çəkilişi üzrə operator
25. Ofisiant
26. Bufetçi
27. Aşpaz
28. Traktorçu-maşinist
29. Arıçı
30. Bağban
31. Qazanxana maşinisti
32. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
33. Kabel lehimləyici və rabitə montyoru
34. Mobil telefonların təmiri ustası
35. Dərzi
36. Ağac üzərində oyma
37. Bədii tikmə ustası
38. Çörək və qənnadı məmulatları ustası
39. Kran maşinisti
40. Elektron lövhə istifadəçisi
İxtisasartırma kursları
1. Elektron lövhə istifadəçisi
2. Kompüter istifadəçisi
3. Bufetçi
4. Dayə
5. Gözətçi
Sənəd qəbulu Naxçıvan şəhəri, Akademik Zərifə Əliyeva küçəsi 9 ünvanında aparılır.
Əlavə məlumat üçün əlaqə telefonu (036)545-25-80
Qəbul komissiyasına təqdim
olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Yaşayış yerindən arayış
3. Şəhadətnamənin əsli
Qeyd: Ümumi orta təhsil bazasını
bitirən istənilən vətəndaş Naxçıvan Şəhər Peşə Liseyinə müraciət edə bilər