03 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, nazirlikdə xüsusi rütbə nəzərdə tutulan vakant vəzifələrə və dövlət qulluğunun inzibati vəzifələrinə müsabiqə və müsahibə elan edir.
Ədliyyə Nazirliyində xüsusi rütbə nəzərdə tutulan vakant vəzifələrə və dövlət qulluğunun inzibati vəzifələrinə qəbul olunmaq istəyən namizədlərin nəzərinə çatdırılır ki, onların hüquqşünaslıq və mühasibatlıq ixtisaslarına malik olmaları barədə diplomları Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınmalı və Azərbaycan dilini sərbəst bilməlidirlər. Həmin vəzifələrə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər vakant vəzifələrə işə qəbul edilmirlər.
Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə və müsahibədə iştirak etmək istəyən namizədlər 2 ədəd ağ fonda 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün nazirliyə müraciət edə bilərlər.
Sənədlər Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 9 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında 2017-ci il iyun ayının 1-dən iyul ayının 1-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1800-dək qəbul olunacaqdır. Qulluğa qəbul olunmaq məqsədilə sənədləri qəbul edilmiş namizədlər üçün şəffaflıq təmin edilməklə müsabiqə və müsahibə təşkil ediləcək.
Müsabiqə və müsahibənin vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumatı 545-00-69; 545-22-30 nömrəli telefonlardan almaq olar

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR