Müsabiqənin əhatə etdiyi sahələr
1. İKT sahəsində biznes ideyalar.
2. Sənaye məhsullarının istehsalı sahəsində biznes ideyalar.
3. Turist-ekskursiya xidmətləri sahəsində biznes ideyalar.
4. Marketinq və konsaltinq xidmətləri sahəsində biznes ideyalar.
Müsabiqənin şərtləri və keçirilmə qaydaları
1. Müsabiqədə yalnız Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr, həmçinin bu sahəyə marağı olan gənclər iştirak edə bilərlər.
2. Müsabiqədə iştirak etmək istəyən tələbə və gənclər öz biznes ideyalarını biznes plan formasında 2016-cı il mart ayının 17-dək müsabiqə komissiyasına təqdim etməlidirlər.
3. Müsabiqəyə təqdim olunmuş biznes planlar perspektivliliyi, iqtisadi səmərəliliyi və həyata keçirilməsinin mümkünlüyü meyarları nəzərə alınmaqla qiymətləndiriləcəkdir.
4. Müsabiqəyə təqdim olunmuş biznes planlar münsiflər heyəti tərəfindən 29 mart 2016-cı il tarixədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.
Müraciətlər şəxsiyyət vəsiqəsi və biznes planla birlikdə 3 mart 2016-cı il tarixdən 17 mart 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsində qəbul olunacaqdır.
Müsabiqənin nəticələri 30 mart 2016-cı il tarixdə, saat 1100-də elan ediləcəkdir.