Təkliflər sorğusu 14 (on dörd) lot üzrə keçirilir.
Lot-1: çörək
Lot-2: ət və ət məhsulları
Lot-3: unlu və qənnadı məmulatları
Lot-4: meyvə və tərəvəz məhsulları
Lot-5: süd və süd məhsulları
Lot-6: təbii meyvə şirəsi və mineral sular
Lot-7: təmli mallar
Lot-8: bitki və kərə yağları
Lot-9: ədviyyatlar
Lot-10: dənli məhsullar
Lot-11: yumurta
Lot-12: mürəbbə və cemlər
Lot-13: konservləşdirilmiş məhsullar
Lot-14: qurudulmuş meyvələr
Sorğu iştirakçıları öz təkliflərini möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
Təkliflər sorğusunda iştirak etmək istəyənlər hər lot üzrə 30,00 (otuz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidirlər.
Bank rekvizitləri:
“Naxçıvan Bank” ASC
Bank kodu: 505152
VÖEN: 0200432771
Müxbir hesab:
AZ 18 NABZ 01350100000000090944
SWIFT NAX BAZ 22
“Naxçıvan Məhsulları” MMC-nin rekvizitləri
Naxçıvan Şəhər Maliyyə Şöbəsi
Hesab nömrəsi:
AZ61NAXB38060000008968000AZN
VÖEN: 0200739591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bütün iddiaçılar sorğuda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- sorğuda iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
- sorğuda iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- iddiaçının son bir il (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqda bank arayışı;
- işləri yerinə yetirmək üçün analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat, məhsulun istehsalı üçün tələb olunan xammalın və ya hazır məhsulun tədarükü üçün digər tərəflərlə bağlanmış müqavilənin təsdiq olunmuş surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydasında təsdiq edilmiş surəti).
Qeyd olunan sənədləri təqdim etməyən və ya sənədləri tələblərə uyğun olmayan iddiaçıların təklifləri qəbul edilmir.
İddiaçılar tələb olunan sənədləri bir nüsxədə, təkliflərini isə iki nüsxədə (əsli və surəti) 17 may 2016-cı il tarixədək saat 1700-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə “Naxçıvan Məhsulları” MMC-yə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan və ya göndərilən təkliflər qəbul olunmayaraq geri qaytarılacaqdır.
Təkliflər sorğusu zərfləri 23 may 2016-cı il tarixdə saat 1400-da “Naxçıvan Məhsulları” MMC-də açılacaq.
Təkliflər sorğusu “Dövlət Satınalmalar haqqında” Qanunun tələblərinə uyğun keçiriləcəkdir.
Təkliflər sorğusu haqqında əlavə məlumatları aşağıdakı ünvandan almaq olar:
Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, “Naxçıvan Məhsulları” MMC
Əlaqələndirici şəxs: Namiq Əhmədov
Əlaqə telefonu: (055) 285-70-10, (060) 540-10-22