22 Dekabr 2024, Bazar

İkinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Naxçıvan Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. İkinci ali təhsil müvafiq ixtisas üzrə bakalavr (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil pro­qramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Şəxsin ikinci ali təhsil üzrə seçdiyi ixtisas onun tutduğu vəzifənin profilinə uyğun olmalıdır.

İkinci ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;
- 3x4sm ölçüdə 6 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- əmək kitabçasından çıxarış;
- şəxsiyyət vəsiqəsinin surəti.
Şəxsiyyət vəsiqəsi və diplom şəxsən təqdim olunur.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnaməni təqdim etməlidirlər.
Sənədlər 2016-cı il iyun ayının 20-dən iyul ayının 20-dək hər gün (istirahət günlərindən başqa) saat 1000-dan 1600-dək Naxçıvan Dövlət Universitetində qəbul edilir (Əsas bina 2-ci mərtəbə, 207 saylı otaq).
İkinci ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq ikinci ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslar üzrə uyğun qaydada ödənilir.

Ünvan: Naxçıvan şəhəri,
Universitet şəhərciyi, əsas bina, telefon: 545-45-59
Rektorluq

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR