Ümumi müddəalar:
Təlim dili: Azərbaycan dili
Təhsil forması: Əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: Cari ildə ümumtəhsil müəssisələrinin 8-ci sinfini bitirmiş (9-cu sinfi bitirənlər istisna olmaqla), 15 sentyabr 2016-cı ilə qədər 14 yaşı tamam olan və 16 yaşı keçməyən oğlanlar qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər 01.04.2016-cı il tarixdən 10 may 2016-cı il tarixədək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. Şəxsən yazılmış tərcümeyi-hal – 1 nüsxə, çap edilmiş – 2 nüsxə
2. Oxuduğu sinfin 1-ci yarımilinin qiymət cədvəli
3. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş)
4. Sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə
5. Evlər idarəsindən və ya müvafiq icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış
6. 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3x4sm ölçüdə və 2 ədəd 4,5x6sm ölçüdə
7. Valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri
8. Burunətrafı boşluqların rentgenoqrafiyası
9. Sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ
10. Qanın ümumi analizi, qan qrupu və rezus-faktor
11. Qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri
12. Qanın hepatit C və hepatit B-yə aid müayinələrinin nəticələri
13. Dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə
14. Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar
15. Xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar
16. Ambulator xəstənin tibbi kartı (keçirilmiş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibbi kartası – forma № 26/U).
Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
Hərbi liseyə qəbul 2 mərhələdə keçirilir:
1-ci mərhələdə qəbul olmaq istəyən namizədlər Heydər Əliyev adına Hərbi Liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildiriləcəkdir. Liseyə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır (buraxılış vərəqəsi veriləcək).
2-ci mərhələdə namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müvafiq ixtisas qrupu üzrə test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanları aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır (ümumtəhsil müəssisələrinin 8-ci sinfi həcmində):
Azərbaycan dili, riyaziyyat, fizika, kimya.
Heydər Əliyev adına Hərbi Liseyə namizədlərin qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından təqdim olunmuş test imtahanlarının nəticələri haqqında siyahılar əsasında lisey rəisinin əmri ilə həyata keçirilir. İmtahanın tarixi əlavə olaraq bildiriləcək.
Naxçıvan Muxtar Respublikasında yaşayan xüsusi təyinatlı təhsil müəssisələrinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə və Hərbi Tibb Məktəbinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.
Əlaqə telefonları: 544-00-15,
544-00-16, 544-00-17