22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti kənd xidmət mərkəzlərində mövcud olan vakansiyaların kadrlarla təmin edilməsi üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində qadın bərbəri, bərbər və dərzi peşələri üzrə kurslar təşkil edir.

Tədrisin müddəti qadın bərbəri və bərbər kursunda 2, dərzi kursunda isə 3 aydır. Tələbat aşağıdakı kimidir:

Əqli və fiziki potensialları qadın bərbəri, bərbər və dərzi peşələri üzrə çalışmağa uyğun olan sağlamlıq imkanları məhdud şəxslər də müraciət edə bilərlər. Kursu müvəffəqiyyətlə bitirənlər qeyd olunan vakansiyalar üzrə işlə təmin olunacaqlar. Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər.
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.

Əlaqə telefonu: 545-32-33

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR