Muxtar respublika ərazisində kartof əkinini həyata keçirəcək istehsalçıların nəzərinə çatdırılır ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikası mənşəli toxumluq kartofun satışı həyata keçirilir. Toxumluq kartof növləri laboratoriya ekspertizasından keçirilmiş və nəticədə muxtar respublikanın iqlim şəraitinə uyğun olduğu müəyyənləşdirilmişdir. Toxumluq kartof sortlarının 1,0 kiloqramının satış qiyməti aşağıdakı kimidir:
-“Qranula” toxumluq kartofu – 50 qəpik
- “Santa” toxumluq kartofu – 60 qəpik
İstehsalçıların nəzərinə çatdırılır ki, toxumluq kartofun ünvana çatdırılması “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir.
Ünvan: “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli
Cəmiyyəti, Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi.
Əlaqə telefonları: (050) 516-45-61, (036) 554-05-57