Müsabiqədə iştirak etmək istəyənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytına (www.dqmk.nmr.az) daxil olmaqla elektron müraciət formasını doldurmalı və tələb olunan sənədləri 6 iyun 2016-cı il tarixdən 20 iyun 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) şəxsən təqdim etməklə elektron ərizələrini (həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək) təsdiq etdirməlidirlər.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
• şəxsiyyəti təsdiq edən sənəd;
• ali təhsil haqqında sənədlər (Ali təhsil müəssisələrini 2016-cı ildə bitirən namizədlər ali təhsil müəssisəsini bitirmələri haqqında arayış təqdim edə bilərlər);
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə);
• 1 ədəd ağ fonda rəngli fotoşəkil (3x4 sm ölçüdə)
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.
Qeyd: Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Əlavə məlumat almaq üçün: e-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: 545-65-71