21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İRS mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi keçirilib.

Ətraflı: Uşaqların rəsm sərgisi keçirilib

Taleyini zabit peşəsinə bağlayanların qayğısına qalır, təhsili və inkişafı üçün çalışır, vətənpərvər, Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə sədaqətli, yüksək hərbi bilikli zabit-müəllim heyəti gələcəyin Naxçıvanskilərini yetişdirir Heydər Əliyev adına Hərbi Lisey... Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addımlardan biri kimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı. Ötən dövrdə hərbi məktəb Prezident cənab İlham Əliyevin qayğısı ilə böyük inkişaf yolu keçmiş, 2004-cü il 27 fevral tarixli Sərəncamla Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Cəmi 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olmuş, onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Ətraflı: Onlar dövlətimiz, xalqımız üçün fəxr,  qürur mənbəyidirlər

(Şuşa təəssüratları)


Ötən günlərdə gözəl təbiəti, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən Qarabağımızın tacı Şuşamızda əsl bayram ab-havası yaşandı. 30-31 avqust tarixlərdə  keçirilən Vaqif Poeziya Günləri dünyanın diqqətini yenidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çəkdi. Bir daha xalqımıza qalibiyyət qazandıran qəhrəman oğullarımızla qürur duyduq, şəhidlərimizin ruhu rahatlıq tapdı. İşğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şair doğma Şuşamızda yenidən təşkil olunan tədbirdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. 39 illik tarixi olan Vaqif Poeziya Günlərində qədim diyarımız Naxçıvandan da mədəniyyət və incəsənət adamları iştirak etdilər. Onlardan biri – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı  Ülviyyə Həmzəyeva ilə həmsöhbət olduq və Şuşa təəssüratlarını öyrəndik.

Ətraflı: “Həyatımda ilk dəfə idi ki, “onunla” görüşürdüm... İnanın ki,  xəyallarımda olduğundan daha...

Həmsöhbətim 1967-2001-ci illərdə “Şərq qapısı” qəzetində fəaliyyət göstərən qadın jurnalistlərimizdən biri Sadiqova Xuraman İsmayıl qızıdır (Xuraman Məmmədova). Yazacağım məqalə üçün qəzetin 90-cı illərdəki səhifələrini vərəqləyəndə Xuraman Sadiqova imzasına, necə deyərlər, hər addımbaşı rast gəldim. Qəzetin uzun illər məhsuldar işçisi olmuş bu xanımı axtarıb tapdım. Çox çətin olmadı. O, hazırda bu gün bizim də hər nömrəsini maraqla izlədiyimiz “İki sahil” qəzetində çalışır. 

Ətraflı: Xuraman İsmayılqızı: Amalına, ideyasına sadiq “Şərq qapısı” qəzeti bu günümüzü gələcək nəslə...

“Şərq qapısı” – 100

 

Bu il “Şərq qapısı” qəzetinin kollektivi olaraq çox sevincli və qürurluyuq. Ona görə ki, muxtar respublikamızın güzgüsü sayılan doğma qəzetimizin 100 yaşını qeyd edirik. Bir əsrdir, fəaliyyət göstərən qəzetimizin mənalı, bir o qədər də keşməkeşli tarixi inkişaf yoluna nəzər saldıqda, Naxçıvanda qəzetçiliyin əsasını qoyan bu mətbuat orqanının xalqımızın maariflənməsi və inkişafı yolunda yorulmadan, usanmadan sona qədər mübarizəsinin şahidi olduqda onunla bir daha fəxr edirik. Xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirləri də qəzetin bütün dövrlərdə, eləcə də bu gün də muxtar respublikamızda baş verən ictimai-siyasi proseslərin, uğurla həyata keçirilən dövlətçilik siyasətinin, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat və digər sahələrdə baş verən yeniliklərin güzgüsü olduğunun və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinin bariz ifadəsidir. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı muxtar respublikada jurnalistika məktəbini formalaşdıran “Şərq qapısı” qəzetinin gücünün və nüfuzunun, bu mətbu orqanın əməkdaşlarının yorulmaz fəaliyyətinin məntiqi nəticəsi olmaqla, eyni zamanda bu məktəbin yetirməkdə olduğu jurnalistlər nəslinin bundan sonrakı geniş fəaliyyəti üçün də böyük bir stimuldur. Bir gənc jurnalist kimi gecəsini, gündüzünü qəzetçiliyə həsr edən jurnalistlərin əməyinə verdiyi dəyərə, göstərdiyi qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımı bildirməyi özümə mənəvi borc hesab edirəm.

Ətraflı: “Şərq qapısı” qəzetinin elektron güzgüsü –  serqqapisi.az saytı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən avqustun 2-də Culfa Rayon Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova açaraq “Şərq qapısı” qəzetinin muxtar respublikanın tarixi inkişaf yolunun işıqlandırılmasındakı böyük rolundan, Culfa rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki əhəmiyyətindən bəhs edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial həyatındakı, bütövlükdə, Azərbaycan ictimai-siyasi fikir tarixindəki yerini bir daha aydın təsdiq edir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrilib. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərib, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunub. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Ətraflı: “Şərq qapısı” qəzetinin 100 illik yubileyi  Culfa rayonunda qeyd olunub

Qoca Şərqin qapısı Naxçıvan ən qədim yaşayış məskənlərindən, İslam sivilizasiyasının əsas mərkəzlərindən biri, elm, mədəniyyət beşiyidir. Bu diyarın hər daşı, hər qayası canlı tarixdir və araşdırma apardıqca, daha dərinlərə vardıqca aydın görünür ki, bu tarixin içərisində möcüzələr də çoxdur. “Əshabi-Kəhf  Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvandakı möcüzələrdən biridir. 

Bunu təkcə mən demirəm, dəfələrlə buraya gələn xarici qonaqların dilindən eşitmişəm. Naxçıvan şəhərindən, təqribən, 12 kilometr məsafədə Haçadağ və Nəhəcir dağlarının arasında yerləşən bu müqəddəs ocaq tarixiliyi, dini inancların zənginliyi ilə seçilir və hər il buraya onlarla turist ziyarətə gəlir. Adı ərəb dilindən tərcümədə “mağara sakinləri” mənasını verən səcdəgahın girişi güneydən başlayıb quzey istiqamətə, dağın içərisinə doğru uzanıb gedir.

Ətraflı: Naxçıvan möcüzələr diyarıdır

Düşünməyə dəyər


...Əhalinin çox yerləşdiyi şəhər daxilində, küçə və yolların kənarında yaşıllıqlar çox azdır. Onlardan da çoxu qurumuş və ya kəsilmiş haldadır. Əksər ağacların qurumuş budaqları kəsilməmiş ağaclar kökündən çıxarılmış, yerləri boş qalmış və asfaltla örtülmüşdür. Şəhərdə son vaxtlar kooperativlərin genişləndirilməsi, təmir-bərpa işləri şəhər landşaftının pozulmasına səbəb olmuşdur. Hansısa bir kooperativin tikilməsi və ya obyektin inşası, küçə və meydanların təmiri zamanı nə qədər ağac və kollar, yaşıllıqlar məhv olmuşdur. Əlaqədar təşkilatlar isə bu işə biganə yanaşırlar. Halbuki başqa respublikalarda indi bir udum hava üçün nə qədər haray-həşir salırlar. Biz isə...

Tofiq BƏYLƏROV,
Sərvər MƏSUM
“Şərq qapısı” qəzeti
4 sentyabr 1990-cı il


Təbiətə sevgi və qayğı ilə yanaşılanda


Bəli, təbiətə sevgi və qayğı ilə yanaşılanda yuxarıdakı mənzərə kökündən dəyişilə bilər. Artıq 30 ilə yaxındır ki, bir udum təmiz havanın, bir udum suyun sorağı ilə minlərlə turist gəlir bu diyara. Milli prioritet təşkil edən yaşıllıqların sürətli bərpası və artırılması nəticəsində bu gün muxtar respublikamız yaşıllıqlar diyarına çevrilib. Hər il yeni meyvə bağlarının, meşə zolaqlarının salınması, vaxtlı-vaxtında onlara göstərilən aqrotexniki qulluq təbiətin zənginləşdirilməsi istiqamətində görülən ardıcıl tədbirlərdəndir. Təbiətin canlandığı yaz fəslində isə bu cür tədbirlər sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, 2021-ci ilin ilk rübündə 115,6 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 45 min 235 ağac və gül kolu əkilib. Yeni yaşıllıqlar, meyvə bağları həm ekoloji tarazlığı qoruyur, həm iqtisadi inkişafa, həm də sağlamlığın qorunmasına öz töhfəsini verir. 

Ətraflı: Naxçıvan dünən və bu gün

Hələ orta əsrlərdə səyyahların “meyvə cənnəti” adlandırdıqları Naxçıvanda meyvəçilik əhalinin əsas məşğuliyyət sahələrindən biridir. Münbit torpaq-iqlim şəraiti burada müxtəlif meyvələrin yetişdirilməsinə, bol və yüksəkkeyfiyyətli məhsul əldə etməyə imkan verir. Sağlam qidalanmada mühüm rol oynayan, zəngin vitaminli meyvələrə muxtar respublikamızın hər bir bölgəsində rast gəlmək olar. Belə bölgələrimizdən biri də vaxtilə ümummilli lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonudur. Bağlar diyarı kimi tanınan bu bölgəmiz ta qədimdən dadlı-tamlı meyvələri ilə xüsusilə seçilib və hətta bir neçə xarici ölkədə həmin meyvələrlə sərgilərdə iştirak edib. Başlıca məşğuliyyət sahəsi kimi meyvəçilik bu gün də Ordubadda inkişaf etdirilir.

Ətraflı: Yayın faydalı və ləzzətli meyvəsi

Muxtar respublikamızda digər sahələr kimi, təhsil və elm sahəsinin də inkişafı daim diqqət mərkəzində saxlanılır və bu sahələrdə nailiyyətlər, uğurlar qazanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi də uğurlu layihələrdən biri kimi yadda qaldı. 2019-cu ilin noyabr ayından start verilən, əsas məqsədi ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların intellektual potensiallarının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili istedadlı şagirdlərin aşkar edilməsi olan layihənin ötən həftə yekun tədbiri keçirildi. Beləliklə, AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülmüş xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər laboratoriyalarda tədqiqatlar aparmaq, məruzə, tezis, referat və hesabatlar hazırlamaq imkanı əldə etdilər. Ümumilikdə, 50 elmi rəhbərin və 95 şagirdin iştirakı ilə 53 layihə üzrə tədqiqatlar aparıldı və beynəlxalq müsabiqələrdə 4 layihə I, 3 layihə II, 3 layihə isə III yerə layiq görüldü. Elmə marağın formalaşdırılmasında, praktik biliklərin artırılmasında mühüm rol oynayan layihənin uğurları barədə onun iştirakçıları danışdı:

Zahidə Allahverdiyeva:

– Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin IX sinif şagirdiyəm. İki il idi ki, iştirakçısı olduğum “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində iki layihə işi hazırladıq. Elmi rəhbərim kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova ilə Naxçıvan şəhərindəki bəzi yeraltı və mineral suların fiziki və kimyəvi xassələrinin və bəzi mineral suların Kurlov formulunun təyini üzərində işlədik. İkisi də müxtəlif dərəcəli diplom və medallarla təltif olundu. İkinci layihənin icrası üçün muxtar respublikanın müxtəlif yerlərindəki artezian və bulaqlardan su nümunəsi götürərək onların ph-nı, şorluğunu, minerallığını və digər xassələrini təyin etdik. Birinci layihəmiz Moskva şəhərində nəşr olunan “Məktəb xəbərləri” jurnalında dərc olunub. Həmçinin beynəlxalq kimya yarışmasında qızıl medalla, “Yaradıcılıq və intellekt” müsabiqəsində isə birinci dərəcəli diplomla təltif olunmuşam. Layihədə iştirak etməklə biliklərimi kəşf etdim və gələcək istiqamətlərimi daha aydın müəyyənləşdirə bildim.

Ətraflı: “Sabahın tədqiqatçıları” layihəsinin uğurları

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanan “Azərbaycan kitabı”nın nəşri üçün budəfəki çəkilişlər muxtar respublikamızda aparılıb. Ölkəmizin hər bir guşəsi  haqqında müfəssəl məlumat vermək məqsədilə hazırlanmış nəşrdə xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, muxtar diyarımızın zəngin və bənzərsiz təbiətini əks etdirəcək fotoşəkillər də veriləcək. Bir sözlə, bu kitab oxucuya Naxçıvanı qarış-qarış gəzmək imkanı yaradacaq. Bu məqsədlə Naxçıvana gələn yaradıcı heyət diyarımızın bir çox yerlərində olub, maraqlı video və fotolar qeydə alıb, diyarımızdan xoş təəssüratlarla ayrılıblar. Burada olduqları zaman biz də peşəkar fotoqraflarla həmsöhbət olmuş, onlardan Naxçıvan haqqında təəssüratlarını öyrənmişdik. Onların fikirlərini oxucularımıza təqdim edirik.

Orxan Aslanov – Fotoqrafiya məktəbinin təsisçisi, “My Azerbaijan” layihəsinin rəhbəri:


– Əvvəlcə layihə barədə sizi məlumatlandırım. Bu layihəyə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotokitab yaratmaq məqsədilə start verilib. Layihənin icrası nəticəsində 2010-cu ildə “Azərbaycan kitabı” dərc edilib.

Ətraflı: Yeni fotoalbomun yaradıcı heyəti  Naxçıvandan xoş təəssüratlarla ayrılıb

Bahar həyatın əlvan tonunu gün keçdikcə dəyişir. Bağ-bağçalarımız müxtəlifrəngli gül-çiçəklərlə bəzənir. Hər bitki, hər çiçək özünəməxsusluğu ilə seçilir. Bir gül var ki, gözəlliyi, ətri ta uzaqlardan hamımızı valeh edir. Bu, qızılgüldür. Bəs qızılgülü digər güllərdən qiymətli edən təkcə ətridirmi? Bu suala cavab tapacağıq.

Ətraflı: Naxçıvanda qızılgüldən qiymətli məhsullar  hazırlanır

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR