21 Dekabr 2024, Şənbə

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir neçə gün əvvəl tariximizin yeni səhifələrinə qürur dolu, duyğu dolu anlar qızıl hərflərlə yazıldı. Qarabağın tacı, zəfərimizin rəmzi, yenilməzlik nişanəsi olan Şuşanın Cıdır düzündə Prezident cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festival Şuşanın gözəlliyinə daha da gözəllik qatdı, Azərbaycan ruhu qədim şəhərimizi cana gətirdi, ona yenidən nəfəs verdi. İlk dəfə xanəndə Seyid HYPERLINK "https://az.wikipedia.org/wiki/Seyid_%C5%9Eu%C5%9Finski"Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayan “Xarıbülbül” beynəlxalq musiqi festivalı sonuncu dəfə 1992-ci ilin may ayında keçirilmişdi. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün adını alan bu festival uzun illərdən sonra, 2021-ci ilin may ayının 12 və 13-də təşkil edildi. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, eyni zamanda Azərbaycanımızın görkəmli mədəniyyət xadimlərinin, sənətkarlarımızın ifasında səslənən xalq və klassik musiqi nömrələri əsl bayram havası yaşatdı bizlərə. Baxdıqca hüsnünə, gözəlliyinə doyulmayan Cıdır düzündə səslənən “Qarabağ” şikəstəsi, “Bayatı-Şiraz” qəlbimizə fərah, dinclik gətirdi. Bütün Qarabağ möhtəşəm Azərbaycan muğamına hakim kəsildi. İllərdir yadelli əlində lal olmuş dağlar-daşlar, yamaclar dilə gəldi, danışdı. Bu yerlərə mədəniyyət, insanlıq yenidən qayıtdı. Konsertdə xalqımızın ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini dinlədikdə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarxı izlədikdə kövrəldik, fəxr hissləri yaşadıq. Bir daha xalqımızın yetişdirdiyi bu dahi, uzaqgörən şəxsiyyətlərlə qürur duyduq. Bir çoxumuz “kaş mən də orda olaydım” dedik ürəkdən.

Ətraflı: “Naxçıvan” mahnısının mədəniyyətimizin beşiyi  Şuşada səslənməsi hamımız üçün qürurverici idi

Şanlı Vətən müharibəsində əldə edilən parlaq qələbə həm də hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldı. Yüksəkliklərdə doğma Vətənimizin keşiyini çəkən oğullarımızdan biri olan Sadiq Həsənov da belə peşəkar hərbçilər sırasında idi. O, ömrünün 18 ilini dözümlülük, möhkəm iradə, xüsusi peşəkarlıq tələb edən hərbçi peşəsinə həsr etmişdi. Muxtar respublikamızda, eləcə də ölkəmizin müxtəlif bölgələrinə ezam olunmuş, harada olmasından asılı olmayaraq öz vəzifəsini ləyaqətlə, məsuliyyətlə icra etmişdir. Gəlin, əvvəlcə Sadiq Həsənovu yaxından tanıyaq. Qəhrəmanımız bir payız günü, 1986-cı il sentyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. 1992-2000-ci illərdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Dərslərini yaxşı oxuyar,  hərbçi olmaq arzusu ilə yaşayardı. Elə bu məqsədinin dalınca gedir. 2000-2003-cü illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında davam etdirir. Burada oxuduğu müddətdə verilən tapşırıqların öhdəsindən layiqincə gəlir. Məhz bunun nəticəsi olaraq 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2007-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirir. 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, 2008-ci ilin iyun ayından 2015-ci ilin yanvar ayınadək müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri, tank əleyhinə tağım komandiri kimi çalır. 2015-ci ildən 2019-ci ilin yanvarınadək yenə də müxtəlif hərbi hissələrdə  nizami hissə rəisi – qərargah rəisinin şəxsi heyətin uçotu üzrə köməkçisi vəzifələrində çalışıb. 2019-2020-ci illərdə müxtəlif hərbi hissələrdə təlim və tərbiyəvi işlər üzrə müavin vəzifəsini icra edib...

Ətraflı: 18 il sədaqətlə Vətənin keşiyində 

Gözəl yaz fəsli artıq qarlı-şaxtalı qışı arxada qoyub. Təbiət oyanıb. Dağların arxasından qalxan Günəş ətrafı işıqlandırır, cana gətirir. Çəmənlərin yaşılı, ağacların al-əlvan çiçəyinin ətri hər kəsi təbiətin seyrinə çağırır. Hər yerdə quşların nəğməsi, zəhmətkeş arıların vızıltısı ətrafa canlılıq, hüzur qatır. İnsanların ovqatı yenilənir, onların işgüzarlığı artır. Yazda təkcə insanlar yox, arılar da işləyir. Təbiətin bir parçası olan bu canlıların çalışqanlığı, onlara qulluq edən insanların zəhməti hesabına gözəl və xoş həyatın təməli olan cansağlığını qorumağa kömək edən bal istehsal edilir.

Ətraflı: Arılara yaz qulluğu onların sürətli inkişafında  mühüm rol oynayır

Ölkəmizdə dövlət siyasətinin tərkib hissəsini təşkil edən abadlıq, quruculuq işləri muxtar respublikamızda da günümüzün reallığıdır. Ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına diyarımızın ucqar və sərhəd kəndləri gözəl, abad, müasir yaşayış məntəqəsinə çevrilib. Bu il fevral ayının 5-də Ordubad rayonunun bir-birinə qonşu olan Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən yeni sosial obyektlər məskunlaşmanın artmasını, insanların həyat səviyyəsinin yaxşılaşmasını təmin etməklə bərabər, diyarımızın inkişafına, dövlət-xalq birliyinin möhkəmlənməsinə, kənd turizminin inkişafına da müsbət töhfələrini verir. Biz də Yuxarı Əndəmicdə həmin gün istifadəyə verilmiş kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası ilə tanış olduq, bu yaşayış məntəqəsindəki yenilikləri sakinlərin dilindən dinlədik. 

Ətraflı: Sabaha qayğı Yuxarı Əndəmicin timsalında

2020-ci il dünyanın yaddaşında qlobal problemlərlə dolu, Azərbaycan xalqı üçün isə daim fəxr və qürurla xatırlanacaq bir il kimi qaldı. 30 illik bir dövrdə torpaqlarımızın həsrəti ilə yaşayır, qəlbimizdə daim nisgil, qəm daşıyırdıq. Düşmənin vəhşicəsinə çalıb-çapıb, talan etdiyi torpaqlarımıza yalnız şəkillərdən baxır, haqqında yazılardan oxuyur, bir gün həmin yerlərə getmək, görmək və qovuşmaq arzusu ilə yaşayırdıq. Nəhayət ki, o gün gəldi. 44 gün davam edən şanlı Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində arzumuza çatdıq. Bu Qələbə elə-belə əldə edilmədi. Müharibədə 3000-ə yaxın hərbi qulluqçumuz qəhrəmanlıq və şücaətlə döyüşərək “şəhidlik” adlı ali məqama yüksəlməklə bu böyük Zəfəri bəxş etdi bizlərə...

Ətraflı: Şəhid olduğu zirvəyə soyadı verilən, döyüş yoldaşları tərəfindən  sərkərdə adlandırılan kapitan

(esse)

Elə ki bahar gəlir el-obamıza günəşin şüaları ilə təbiət isinir, torpaq cana gəlir. Bu zaman torpağın altından yamyaşıl bitkilər baş qaldırır, səmaya boylanır. Onlar böyüyür, çiçək açır, əlvan rənglərlə ətrafı gözəlləşdirirlər. Baharın gəlişini müjdələyən çiçəklərin ən sevimlisi bənövşədir. Onun gözəlliyi təbiətə əlvanlıq qatır, ruhumuzda, qəlbimizdə xoş hisslər oyadır. Bir də görürsən, çəmənlərdən, gül kollarının, daşların arasından boylanır, baxır. İncə, zərif, məsum görünüşü, cazibədar ətri ilə cəlb edir yanından ötənləri.

Ətraflı: Yaz ətirli bənövşə 

Şərqin qapısı Naxçıvanda rəssamlıq sənətinin tarixi Gəmiqaya təsvirlərindən başlayır, XII əsr memarlıq məktəbinin təsiri ilə inkişaf edir, XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli ilə zirvəyə yüksəlir, Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının, sonralar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılması, fəaliyyəti ilə daha da zənginləşir, inkişaf edir. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi özünün 54 üzvü ilə birgə günümüzün real mənzərəsinin yaradılmasında, tariximizin və milli dəyərlərimizin təbliğində mühüm rol oynayır. Məhz səmərəli fəaliyyətinin nəticəsidir ki, Ali Məclisin Sədri cənab Vasif Talıbov 2021-ci il 2 mart tarixdə “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Biz də 50 il ərzində keçilən bu tarixi yola bir daha nəzər salmaq üçün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva ilə həmsöhbət olduq.

Ətraflı: Naxçıvanın 50 yaşlı yaradıcılıq məbədi,  sənət ocağından müsahibə

 Reportaj


Ordubad şəhərindən yeddi kilometr şimal-şərqdə, uca dağların ətəyində yerləşir Nüsnüs... Qışda başıqarlı dağları, yazda al-əlvan təbiəti, füsunkar dağ mənzərələri, yayda çağlayan sərin bulaqları, payızda min bir dərdə dərman olan bitkiləri, həmçinin tariximizi, milli dəyərlərimizi özündə yaşadan tarixi tikililəri, məscidləri, ömrünü-gününü torpağa bağlayan zəhmətkeş insanları, elm adamları, ziyalıları ilə seçilir bu kənd. Diyarımıza gələn yerli və xarici qonaqların ziyarət etdikləri kəndlər sırasındadır Nüsnüs. Həmin Nüsnüs ki dövlətimizin diqqət və qayğısı ilə abad, müasir yaşayış məntəqəsinə çevrilib. 

Ətraflı: Ucqar dağ kəndinin yeni mənzərəsi 

Türk dünyasının qapısı Naxçıvan tarixin bütün dövrlərində seçilən, diqqətçəkən Azərbaycan şəhərlərindən biri olub. Qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik diyarımız dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada dayanıb,  dövlətçilik tariximizə mühüm töhfələr verib. Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvan həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır. Bu şəhərin tarix-mədəniyyət abidələri, xalq yaradıcılığı sahələri – xalça sənəti, bədii tikmələr, milli geyimlər, rəssamlıq, sənətkarlıq, memarlıq və ədəbiyyatı, musiqi ənənələri – milli musiqi alətləri, milli rəqslər, teatr sənəti və digər mədəniyyət nümunələri milli dəyərlərimizin zənginliyindən  soraq verir. 

Ətraflı: Naxçıvan milli dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır 

Babək rayonunun Qahab kəndindən olan Hünər Qasımov zamanla ailə təsərrüfatını inkişaf etdirərək sahibkara çevrilib. Kənd təsərrüfatının, demək olar ki, bütün sahələri ilə – əkinçilik, arıçılıq, bağçılıq, taxılçılıq, o cümlədən heyvandarlıqla məşğul olan müsahibim deyir ki, Naxçıvanda ailə təsərrüfatlarının inkişafına davamlı dövlət dəstəyi göstərilir. Bu dəstək hesabına mən də öz fəaliyyətimi genişləndirmişəm. 2013-cü ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli şərtlərlə kredit götürərək Qahab kəndində “Böyük dağ” süd məhsullarının istehsalı müəssisəsini açdım. Onda özümün 30 baş iribuynuzlu mal-qaram var idi. 2019-cu ildə 7 min manat kredit götürüb arı ailəsi almışam, hazırda 30 arı ailəsinə qulluq edirəm. Bu sahəyə də dövlət dəstəyi göstərilir, hər arı ailəsinə görə subsidiya verilir. Diyarımızda ailə təsərrüfatçıları üçün yaradılan şəraitdən bəhrələnərək ötən il fermer təsərrüfatımızı yaratmışıq. Belə ki, yenidən kredit götürərək 50 metr uzunluğunda, 14 metr enində böyük fermer təsərrüfatı tikmişəm.

Ətraflı: Hünərli, cəsarətli sahibkar

“Poçt qutusu”, “Ölülər”, “Anamın kitabı” əsərlərinin, ya da təkcə “Molla Nəsrəddin” in adını çəkmək kifayətdir ki, onu hamı tanısın. Bu böyük qələm sahibi hekayələri, dram əsərləri, məqalələri ilə hər kəsin ailəsinin  bir üzvünə çevrilib. Bunun əsas səbəbi Mirzə Cəlilin xalqın dilində danışması, onun dərdini başa düşməsi, dərmanının nədə olduğunu bilməsindədir. Ədibin yaradıcılığında öz əksini tapan məsələlər kəndli, şəhərli, kasıb, dövlətli, bir sözlə, bütün kütlələr üçün başadüşüləndir. Məhz buna görədir ki, Cəlil Məmmədquluzadənin əsərləri bu gün də müasirdir, aktualdır. Gözünü birinci dəfə açanda dünyanı qaranlıq görməsinə baxmayaraq, sonralar xalqının düçar olduğu sıxıntıları, bəlaları aydınca görür, onun xoşbəxtliyi naminə əlinə qələm alır. “Sizi deyib gəlmişəm” söyləyərək söhbətini xoşlamayan, dinləməyən, bəzi bəhanələrə ondan qaçıb qeyri-vacib əməllər dalınca gedənlərə rəğmən Vətəni, xalqı üçün yanan ürək çırpıntılarını, ümid, arzu və ideallarını yazmağa davam edir. Bəzən bu yolda təqiblərə məruz qalır, amma yenə də Vətən, millət dərdini yadından çıxarmır, milli məqsəd və əqidəsindən heç vaxt dönmür.

Ətraflı: Həmişə müasir və aktual 

Bu gün müasir texnologiyalar bütün dünyada inkişafı, uğuru təmin edən əsas vasitələrdən biridir. Texnoloji mübarizə əsri kimi tanınan XXI əsr bütün sahələrdə inkişafı təmin edə biləcək kadr potensialı, hansı ki müasir texnologiyaların dilini bilən, yeni elmi yanaşmaları mənimsəyən, ixtiralar edən, əmək bazarında özünü doğruldan şəxslər axtarışındadır. Bu da müasir təhsil metodlarının tətbiqini ön plana çıxarır. Dünya təhsil sistemində özünə yer alan belə metodlardan biri də STEAM-dır. Qısa zamanda aktuallıq qazanan bu təhsil metodu peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini, bir sözlə XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

Ətraflı: Təhsildə yeni metod: STEAM

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR