21 Dekabr 2024, Şənbə

Bunu ötən ayın ümumi mənzərəsində bir daha gördük


“Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”, – deyən ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş tarixi, azərbaycanlıların xilası oldu. Ölkəmizə ikinci dəfə rəhbərliyə gedən yolu Naxçıvandan keçən ulu öndərimiz muxtar respublikanın ən ağır günlərini burada naxçıvanlılarla birgə blokada şəraitində yaşadı. Bu qədim diyarın hərtərəfli blokadasının yarılmasında, insanların aclıqdan, səfalətdən, torpaqlarımızın işğal təhlükəsindən xilasında böyük fəaliyyəti ilə tarix yazdı. Dahi şəxsiyyətin bütün sahələrdə tənəzzülə uğrayan Naxçıvanda illər öncə müəyyənləşdirdiyi inkişaf strategiyası zaman-zaman burada kompleks islahatların həyata keçirilməsi, bu yolun düzgün və ardıcıl şəkildə davam etdirilməsi yüksək inkişaf göstəriciləri ilə nəticələnmişdir. Sabitlik, hərtərəfli inkişaf, rifah, insan amilinə verilən dəyər 30 il bundan öncəki Naxçıvanla bugünkü Naxçıvanın müqayisəolunmaz göstəriciləridir. 

Ardını oxu...

Son 25 ilin hər anında müşahidə etdiyimiz bu mənzərəyə ötən ayın xronikasında da nəzər salaq

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Ulu öndər ölkəmizin hər yerində abidələrin bərpa olunmasını, yaşadılmasını tövsiyə edirdi. Muxtar respublikamız zəngin tarixə malikdir. Burada əldə olunan maddi mədəniyyət nümunələri Naxçıvan ərazisində Qədim Daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Tədqiqatlar göstərir ki, əcdadlarımız Naxçıvan ərazisində hələ eramızdan əvvəl yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. Bəli, dahi şəxsiyyətin uzun illərdən bəri digər sahələrdə olduğu kimi, keçmişimizin yaşadılması ilə bağlı ideyalarına sədaqət Naxçıvanın hərtərəfli, həm də qədimliyinin qorunması ilə müasir müstəvidə inkişafına səbəb olmuşdur. Bunu ötən ayın xronikasında da müşahidə etdik. 

Ardını oxu...

İndi  qızılgüllərin açıb ətrafı öz gözəlliyi ilə oxşadığı, xoş rayihəsi ilə yolçunu yoldan etdiyi vaxtdır. Hər il baharın bu vədəsində həm də  qızılgüllərin al ləçəklərindən damla-damla süzülərək cövhərə çevrilən gülabın gündəlik həyatımıza, təbabətimizə, inanclarımıza, mətbəximizə və folklorumuza hopan ətri  duyulur.  Bütün bunlarla yanaşı, gülab özündə bir müqəddəslik də ehtiva edir. Naxçıvanda o, müqəddəs nemət hesab olunur. Nədədir onun müqəddəsliyi? Mənbələrdə qızılgülün vətəninin  Şərq ölkələri olduğu və bu gülün müqəddəs məna daşıdığı göstərilir. Bu müqəddəslik qızılgülün tanrıların gülü olduğu, onların bu gülü qoxulayaraq qidalandıqları ilə əlaqələndirilir. Yəqin elə bu səbəbdəndir ki, dini dəyərlər, İslam mədəniyyəti uca tutulan Naxçıvanda bu güldən hazırlanan gülab müqəddəs sayılır. Bax bu müqəddəsliyin məğzini açmaq, ümumiyyətlə, gülab necə hazırlanır, niyə hazırlanır, faydaları nədir suallarına cavab tapmaq üçün təbiəti, nemətləri və mətbəxi ilə Azərbaycanın incisi sayılan Ordubada üz tuturuq. Burada rayon İcra Hakimiyyətində işləyən və özü də ən gözəl gülabçəkən olan Səbahət xanımla görüşür, söhbətləşir və onun bələdçiliyi ilə Ordubad şəhərinin ən məşhur gülabçəkən qadınları ilə tanış olmağa yollanırıq.  

Ardını oxu...

Bütün dünya hadisələrinə rəğmən öz yolu ilə ahəstəcə addımlayan füsunkar baharın ətrafdakı gözəllikləri əhatəsində bu günlər bir musiqi adamı ayaq saxlamağa, onu dinləməyə vadar edir… Bu musiqi, sanki barmaqların notların üzərində hərəkətilə birdən zilə qalxıb, birdənsə bəmə enməklə təbiətin ucsuz-bucaqsızlığında uzaqlaşır, yaxınlaşır. Ətrafdakı çiçəklərin bir-birinə qarışan rayihəsi bu musiqinin ifaçılarından “söhbət açır”. Çünki o ifaçıların həyatı bu rayihənin onları çiçəyə çağırışı ilə başlar, kiçicik, sadə daxmalarında bitər. Musiqi nə qədər gözəl olsa da, lakin ilk ağıla gələn həmişə eşitdiyimiz bu söz olur: arı vızıltısı… Yox, əsla vızıltı deyil bu. Kim arıların səsini belə adlandırmış görəsən? Bu sözün ilk səslənməsi belə, adama xoş gəlmir, haradasa insanı narahat edən, başağrısı gətirən bir səs təsirini bağışlayır. Nə qədər yanlış imiş, bununla əsla razılaşmaq olmaz. Axı bu səs vızıltı deyil, gözəl bir musiqi əsəridir – balladadır. Adama bal kimi şipşirin gələn balladanın xorla oxunan nəğmə, musiqi ilə müşayiət olunub, dramatik oyunlar və rəqslərlə başa çatan bir xalq poeziyası nümunəsi olduğuna nəzər saldıqda bu janrın, bəlkə, elə arılara istinadən yaradılması adamı çox düşündürür. Bəli, arıların balladası, bal balladası. Ağacların, güllərin, çiçəklərin bu möhtəşəm simfonik orkestrin üzvləri, təbiətin özünün isə dirijoru olduğu, şövqlə ifa olunan böyük bir musiqi bəstəsidir. Arıların zəhmət nəğməsidir. 

Ardını oxu...

Bu,  ötən ayın mənzərəsində də aydın görünür  

Muxtar respublikada illər öncə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və gələcəyə hesablanmış inkişaf strategiyasının yeni və müasir müstəvidə həyata keçirilməsi 30 illik blokada Naxçıvanının sosial-iqtisadi modelini yaratmışdır. Bu modeldə iqtisadiyyatın, onun əsas tərkib hissəsi olan sənaye və kənd təsərrüfatının dinamik inkişafı, ərzaq və enerji təhlükəsizliyi, genişmiqyaslı layihələr, quruculuq işləri, həyata keçirilən islahatlar, təhsil, səhiyyə, mədəniyyət sahələrində yüksəktempli inkişaf, insanların məşğulluğunun və asudə vaxtının səmərəliliyi istiqamətində görülən işlər fonunda başlıca hədəfin əhalinin rifahı olduğu aydın şəkildə görünür. Muxtar respublikanın inkişafı ilə sakin qayğısının eyni xətlə paralel yüksəlişini ötən illərin hər birinin xronikasında izləmək mümkündür. Bunu aprel ayının mənzərəsində də gördük.

Ardını oxu...

  

 

 

 

 

 

Çağırılmamış qonaq

Dünənədək  bir-biri ilə  iqtisadi, mədəni əlaqələri, dostluq münasibətləri və ya ziddiyyətləri, münaqişələri ilə  gündəmdə olan dünya  dövlətlərini indi ortaq bir  məsələ birləşdirir: koronavirus pandemiyası. Məlum olduğu kimi, ötən ilin dekabr ayının birinci ongünlüyündən meydana çıxan və artıq  200-dən çox dövləti əhatə edən  “Covid-19” adlandırılan virus hər gün minlərlə insanın bu epidemiyaya yoluxması, xəstəxanalara yerləşdirilməsi, müalicə olunması və ya həyatını  itirməsinə  səbəb olur. Sərhədlərimizin açıq olması, dünya dövlətləri ilə geniş iqtisadi və mədəni  əlaqələrimiz  səbəbindən bu epidemiya  ölkəmizin də çağırılmamış qonağı olub. Bu “qonaq” layiq olduğu kimi  qarşılanmasına – üzünə qapıların  bağlanmasına baxmayaraq,  pəncərədən daxil olmaqla, bəzi canlılarla ortaq  xislətini də təsdiqlədi.  

Ardını oxu...

Buna ötən ayın xronikasında nəzər salaq

Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə gələcəyə praqmatik baxışla işlənib hazırlanan və həyata keçirilən konsepsiyanın bəhrəsidir. Muxtar respublikamızda 30 illik blokada şəraitində bugünkü inkişafa nail olunması da təbii ki, həmin konsepsiyanın sədaqətlə və düzgün şəkildə reallaşdırılmasının nəticəsidir. Geridə qalan illərin hər birində özünəməxsus inkişafla ilə tarixləşən, qədimliyi ilə müasirliyinin qovuşması sayəsində gözəlləşən, bütün sahələrdə dinamik göstəricilər əldə olunan Naxçıvan müstəqil Azərbaycanın ən böyük uğurudur. Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı, burada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri Azərbaycan dövlətinin milli maraqlarının tələbidir.

Ardını oxu...

Azərbaycan xalqı çoxəsrlik tarixə malikdir. Bu tarixdə milli soy-kökümüzdən qaynaqlanaraq fərdi xüsusiyyətimizə çevrilən elə adət-ənənələrimiz vardır ki, həmin adətlərlə azərbaycanlı olduğumuz sübut olunur. Və əsrlərdir, yaşadılaraq bu günümüzədək gəlib çıxan adət-ənənələrimiz müasir dövrümüzdə xalqımızın tarixi kökünü bir daha açıqlayır, bu millətin tarix qədər yaşı olduğunu təsdiqləyir.

Ardını oxu...

Ötən ay muxtar respublikamızda baş verən hadisələr belə deməyə əsas verir


Tarixin səhifələrinə hələ də bir-birinin əksi, lakin  muxtar respublika reallığında əksi olduğu qədər də mümkünlüyü təsdiq olunan blokada və inkişaf sözləri artıq doğma diyarımızın 30 illik bir zaman kəsiyini təşkil edir. O 30 il ki başlanğıcda sabaha, daha sonra yaxın gələcəyə, sonra isə perspektivə hesablanmış fəaliyyət proqramları, düşünülmüş siyasət, əzmkar­lıq, iradə, dözüm, ən əsası isə böyük vətənpərvərlik, yurdsevərlik  bir qərinəlik zamanı tarix edə bilib. Bu tarixin səhifələrinə yeniliklərin, innovasiyaların tətbiqi ilə muxtar respublikamızın hər ötən ilinin uğurları, nailiyyətləri həkk olunub. 2020-ci ili Naxçıvan Muxtar Respublikasında “İxrac ili” kimi tarixiləşdirən fevral ayının xronikasında da ümumi inkişafı şərtləndirən hadisələr sıralanır. 

Ardını oxu...

Qapalı suvarma şəbəkələri isə ikinci həyatdır


Suyun canlı aləmin varlığındakı rolundan günlərlə danışmaq olar. Bunu, sadəcə, iki kəlmə sözlə ümumiləşdirib deyirlər ki, su həyatdır. O olmayan yerdə həyat mövcud ola bilməz. Su tək gün ərzində ehtiyac duyulduqca stəkanı doldurub içmək deyil. Nəfəs aldığımız havada, qəbul etdiyimiz qidaların hər birinin tərkibində, bizi əhatə edən ətraf aləmin hər kiçik zərrəsində müxtəlif faizdə su vardır. Lakin, çox təəssüf ki, bu gözəl nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Yer kürəsinin 2/3-si sudan ibarət olsa da, hazırda elə dünyada böyük problemlərdən biri də su qıtlığıdır. Qlobal istiləşmə XXI əsrin insanını su sarıdan “imtahana çəkir”, çətin sınaqlarla üz-üzə qoyur. Dünya ölkələrinin əksəriyyətində bir ovuc su həsrəti ilə yaşayanlar var. Onlar su əldə etmək üçün evlərindən minlərlə kilometr uzaqlaşmalı olur, iki-üç gün istifadə edəcəkləri su üçün bir həftə vaxt sərf edirlər.

Ardını oxu...

Yeni ilin ilk ayının nailiyyətləri belə deməyə əsas verir


Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində tarixin arxivinə verdiyimiz 2019-cu il də muxtar respublikamızın ictimai-siyasi, ­sosial-iqtisadi, mədəni həyatında böyük uğurlarla yadda qaldı. Sabitlik, davamlı inkişaf və tərəqqi burada insanların rahat yaşayışının təmin olunması ilə yanaşı, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ilə nəticələnmişdir ki, bu da ölkəmizdə insan amilinə verilən dəyərin ifadəsidir. Bu ifadə isə daha əhəmiyyətli bir məsələni – 30 il blokada şəraitində yaşayan bu yerin sakinlərinin qarşılaşdıqları bütün çətinliklərin dövlət qayğısı ilə həllini, yaranan bütün problemlərin böyük cidd-cəhdlə yerindəcə həll olunmasını, bir də sahib olduqları bugünkü inkişaf etmiş muxtar respublikanı ortaya qoymaqla ötən illərin Naxçıvanının ümumi mənzərəsini yaradır. Bu mənzərəni yeni ilin ilk ayının nailiyyətləri daha da zənginləşdirir.

Ardını oxu...

Bu sərlövhə hər kəsin diqqətini çəkə, hələ “Bu yaşda tələbə olar?”, sualını yarada da bilər. 20 Yanvar 1990-cı il, 30 il bundan əvvəl Bakıda günahsız insanlara qarşı törədilmiş faciə. Zaman ötsə də, illər bir-birinə əlvida deyib tarixi bir yaş yaşlandırsa da, həmin gün ömrü tamamlananların hər biri yaddaşlarımıza o gündəki kimi həkk olunub: uşaq elə uşaqdır, heç böyüməyib, gənc heç yaşlaşmayıb, ahıl elə ahıldır, müəllim müəllim, həkimsə həkim. Eləcə də şəhid tələbələr. Yazı oxunduqca söhbətin həmişə xəyallarımızda Azərbaycan Tibb Universitetinin tələbəsi kimi qalan 20 Yanvar şəhidi Teymur Alməmmədovdan getdiyini biləndə hər kəsin ürəyi yenidən sızlayacaq, bu nakam tələbəni yanğı hissi ilə xatırlayacaqdır. 18 yaşda tələbə adını qazanıb, cəmi 4 ay tələbə həyatı yaşayan, 30 ilin tələbəsinə çevrilərək hər il yaddaşlarda təzələnən şəhid Teymuru… Onun ömür kitabına həkk olunan və ondan bu dünyaya xatirə qalan, sadəcə bu tarixlərdir: 1972, 1989, 1990, bir də bu 30 il. 1972-də doğuldu, 1989-da arzusuna çatdı, tələbə adını qazandı, 1990-da ömrü kimi arzuları da yarımçıq qaldı. 30 ildir, şəhid olub. Lakin bu 30 ilbəil dəyişəcək, bir gün 100, 200 olacaq, Teymurun Vətən uğrunda şəhidlik salnaməsini qərinələrdən qərinələrə, əsrlərdən əsrlərə daşıyacaq.

 Şahbuz rayonunun Keçili kəndində kasıb bir ailədə dünyaya göz açmışdı Teymur. Valideynlərinin hər ikisi sağlamlıq imkanları məhdud insanlar idilər. İki bacının bir qardaşı olan Teymur bacısı Bəstinin dediyi kimi, ata-anaları qeyri-sağlam olduqları üçün onların tək ümid yeri, arxa, dayaqları idi. Lap kiçik yaşlarından ailənin bütün qayğılarını çiyinlərində daşımaqdan vaxtından əvvəl yaşlaşmışdı sanki o. “Atamın bitib-tükənməyən tapşırıqları qarşısında nə dinər, nə danışar, başını aşağı salıb sakitcə dinləyər, sonra məktəbə gedər, gələr, axşamadək evin işindən-gücündən baş açmazdı. İşini bitirib evə girəndən gecə saatlarınadək dərs oxuyar, əlindən kitab düşməzdi. O vaxtlar kəndin mal-heyvanını hər gün bir nəfər çölə aparardı, atam xəstə olduğu üçün bizim evdən həmişə Teymur gedərdi, axşamdan kitablarını çöl çantasına yığıb hazırlayardı, özü ilə aparardı”, – deyir Bəsti.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR