22 Dekabr 2024, Bazar

Xoş gəlirsən, gəl, payızım. Səni təntənəsiz, təmtəraqsız qarşılamaqmı olar?  Ey fəsillər fəsli, mövsümlərin şahı, zəfər payızım, gəl! Gəl ki, zəfərimizin bir ilini bayram edək. Gəl ki, səni minlərimizə laylay edək. Gəl, payızım-zəfərim. Digər mövsümlərtək çox da sevilməyən, lakin 2020-dən hər kəsin sevimlisi fəslim, gəl. Sən əvvəllər insanların sevmədiyi xəzan çağı, bağ-bağçanın solan anı, yaşıl rəngin qənimiydin. Dünənədək ağacların xanı olan yarpaqları xəzəl edib  küləklərin ətəyində küçələrdə, dalanlarda o divara, bu divara çırpan idin. Yağışınla, çiskininlə, qara-bozlu buludunla ürəklərə ələm idin. Küçələrdə, bağçalarda islatdığın xəzəlinlə insanların rahatlığın pozan, bəddualar fəsli idin. Xəzəlini neçə həftələr toplayıb, ta bezikib agacların solğunlaşmış yarpaqlarını çırpıb səndən biryolluq qurtarmaq istəyənlərin dillərində qarğış idin. Az insandı sənin rənglərində təbiətin hüsnün görən. O min rəngli yarpağında yaşılın hicranın görən. Çox az insandı xəzəlinin nəğməsini dinləməkçün saatlarla səninlə olan, küçə, dalan, xiyabanları dolanan. Səndən ilhan alıb şair, rəssam, bəstəkar, yazar olan. Çox az insandı...

Ardını oxu...

“Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”. Bu  kəlamlar avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında söylədiyi dəyərli fikirlərdir. O fikirlər ki, son 30 ilin şahidi olan hər bir insanı düşünməyə vadar edir, olanları-keçənləri bir-bir gözlər önünə gətirir. Bu dəyərli kəlamları dinləyən əli qələm tutan bir kimsənin qələmini əlinə götürməməsi mümkün deyil.

Ardını oxu...

“Əkinçi”nin xələfi, onlarla mətbu orqanın sələfidir “Şərq qapısı” qəzeti. Dövrün keşməkeşlərinə, “soyuğuna”, “boranına”, tarixin dolanbac yollarına sinə gərərək 100-cü mərtəbəyə çatan birəsrlik ziyalılıq ünvanıdır “Şərq qapısı”. Uzun illərin mətbuat işçisi kimi yazımın elə bu məqamındaca bir nüansı vurğulamaq istəyirəm. Qəzet işi kütləvi informasiya vasitələrinin ən çətin, məsuliyyətli, qabiliyyət, bacarıq, səriştə, yaradıcılıq, hərtərəfli bilik, dünyagörüş, yenilikçi olmağı tələb edən qoludur. Çünki burada görüntü də, müxtəlif mənzərələr, keçidlər, fraqmentlər, bəzən fotoların hər biri sözdür. O söz elə düzülüb-qoşulmalı, elə bir tərzdə ifadə, təqdim olunmalıdır ki, oxucu yazını oxuyarkən sözlər onun qarşısında jurnalistin məqsədinin mənzərəsini açsın. Bu anda müəllif özünü doğrulda bilir. Əks-təqdirdə isə həmin yazı, sadəcə, səhifəni doldurmaq xatirinə yazılmış yazı olaraq oxucuda təəssürat yaradır. Həm də qəzet deyəndə göz önünə ikiistiqamətli mətbu orqan gəlir. Biri dövlət orqanını təmsil edən, digəri sərbəst qəzet. Elə dövlət orqanı olan “Şərq qapısı” qəzetinin birəsrlik yolda uğurla irəliləməsi, bu uğuru 100 ilin tamamına gətirib çıxara bilməsi özü bu mətbu orqan və onun “həyatından” keçən onlarla jurnalist haqqında söhbət açır.  

Ardını oxu...

Vərəm yer üzərində geniş yayılmış xroniki infeksion xəstəlikdir. Hazırda planet əhalisinin üçdəbir hissəsi vərəm xəstəliyindən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən hər il on milyon insan vərəmlə xəstələnir və bunun üç milyonu dünyasını dəyişir. Dünyada hər 10 saniyə ərzində bir nəfər vərəm xəstəliyindən vəfat edir. Epidemioloji vəziyyət ağır olan ölkələrdə vərəm xəstəliyindən ölənlərin 75 faizi əmək qabiliyyətli, yəni 15-50 yaşlarda olan insanlardır.

Mütəxəssislər bu qənaətdədirlər ki, vərəm xəstəliyi əsrlərboyu epidemiya halını almış, müxtəlif ölkələrdə geniş yayılaraq çoxsaylı insan tələfatına səbəb olmuşdur. Lakin vərəm epidemiya deyil, sadəcə olaraq infeksion xəstəlikdir, həm də genetik daşıyıcılığa malikdir. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə onlarla suala cavab axtarır. Gəlin görək vərəm xəstəliyi hansı mühitdə daha da aktivləşir, hansı şəraitdə onun genetik daşıyıcılığı fəallaşır və əksinə, müalicəsi, azalması mümkün olur.

Ardını oxu...

Tarixin ta o üzündən boylanan diyarım Naxçıvan. Zamanın müxtəlif dövrlərinin müxtəlif keşməkeşləri ilə qarşılaşan, hər dəfə də dözümüylə, mətinliyi ilə başını dik tutan, əyilməyən, sarsılmayan  yurdum. Tarix əsrlərdir, səni sonsuz sayda  səhifəyə çevirib vərəqləyir, zaman səni ən maraqlı kitab kimi oxuyur. Hələ də blokadadasan mənim gözəl Naxçıvanım. Düz 30 ildir, tarix zamanın blokada Naxçıvanını sinəsinə alıb. Onu  anası  Azərbaycana  aparan yolları qapayıb.  Bu, səninçün bir sınaqdı,  diyarım. Bu sınaqdan da üzüağ çıxmısan, şükürlər olsun. Sən elə bir tarixi dövr keçirsən ki, bu, bütün dünya tarixində bir ilkdir. Sən illər sonra dünya tədqiqatçılarının mövzusuna çevriləcəksən. Blokada və inkişaf...  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mayın 10-da  qalib ölkənin ilk Prezidenti kimi Naxçıvana ilk səfəri zamanı bu inkişafı təsdiqləyən dəyərli fikirləri: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.  Bu, tarixin hansı dönəmində görünüb? Hansı  diyar əli anasının əlindən kənarda ayaqları üzərində dura bilib? Hələ, üstəlik, gözəlliklər məkanına çevrilib? Hansı diyar çıraq işığının qaranlığını əlləriylə boğub  özünü nura boyayıb? Hansı diyar sənintək 30 ilin əvvəlindəki aclıqdan, səfalətdən ixracatçıya çevrilib? Hansı diyardır ki, öz əlləriylə ağacları kəsib sobada yandırıb, övladlarını ölümdən xilas edib və bir neçə il sonra həmin övladların əlləriylə diyarını yaşıllıqlar məskəninə çevirib? Hansı diyardır, söylə? Hansı diyardır, insanları çörək növbələrindən əliboş qayıdıb, aclığını kimsəyə bildirmədən bu günün ümidini açılacaq digər bir  səhərə bağlayıb?  Hansı diyar blokadanın ilk illərində Azərbaycanın ayrı-ayrı bölgələrində qohum-qardaşının toyunda, büsatında, hüznündə iştirak etməkdən məhrum olub, dərd-sərini köksünə sıxıb dayana bilib? Hansı diyardır, sən söylə, yenə o acınacaqlı illərdə bütün evlərinin başıpapaqlısı bir tikə çörək üçün qonşu ölkələrə yollanan, balalarının gözlərini yollarda qoyan və buna tab gətirən? Hansı diyarda olub qardaşın bacısının toyunda iştirak etməməsi, atlanıb gələn, köçən qızın əllərinə xına yaxılan an elektrikin kəsilərək ətrafın qaranlığa bürünməsi, valideynin xəstə uşağına xəstəxanada isti bir otaq, dava-dərman tapa bilməməsi, ana-atanın  övladının bir şirniyyat istəyini ödəyə bilməməsi, çırağın nefti bitər deyə insanın gecə kitab oxumağa həsrət qalması, aylarla bir tikə qəndə həsrət qalıb ərik, iydə qurusu ilə çay içməsi, soyuq evlərdə donan əllərini nəfəsi ilə qızdırması və ən acınacaqlısı isə çətinliklər məngənəsində əllərin illərlə qoyunlardan çıxmaması... Söylə, olubmu bunların hamısı bir arada haradasa? Yox, olmayıb. Hansısa bir ölkənin diyarı  sənintək çətinliklərə  məruz qalmayıb.

Ardını oxu...

44 günə bərabər 2 gündən, 44 günlük zəfərin üstünə gələn 2 günlük zəfərdən yazmaya bilmədim. Bu yazını Şuşada Cıdır düzündə keçirilən festivalı televiziya vasitəsilə izləyə-izləyə yazıram. Bir qədər doluxsuna-doluxsuna, çox qürur duya-duya, lap çox fəxr edə-edə yazıram. Neçə ki, 44 günlük müharibədə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması münasibətilə xalqımıza müraciətlərindən sonra “Qarabağ” dastanının boylarını səhər-axşam, bəzən  gecənin yarısınadək də olsa, yazıb mətbuata verirdim, bu festivalı da seyr edərkən eyni duyğuları yaşadım. Yazmağı özümə borc bildim, daha doğrusu yazmaya bilmədim.

Ardını oxu...


Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günündə ölkəmizin Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfərini ötən il noyabrın 8 - də - Şuşanın işğaldan azad olunması münasibətilə Şəhidlər Xiyabanından xalqa müraciətində ata nəsihətinin həyata keçirilməsi ilə bağlı söylədiyi fikirlərin davamı kimi dəyərləndirmək olar. Prezidentimizin Naxçıvana - ata yurduna məhz mayın 10 - da səfər etməsi, həm də bütöv Azərbaycanın ilk rəhbəri kimi ilk dəfə səfər etməsi  həmin gün ərazi bütövlüyümüzün təminatı ilə bağlı bir daha burada ulu öndərimizin ruhunu müjdələmək, ata vəsiyyətinin yerinə yetirilməsi, ata ocağına alnıaçıq bir sərkərdə kimi qayıtmaq kimi qüruru xarakterizə edir.

Ardını oxu...

Naxçıvan mətbuatının ən yaşlı nümayəndəsi, onlarla jurnalisti “şinelindən” keçirib respublika mətbuatına yaradıcı qələm sahibi kimi verən az qala iyirmi ildir ki,“ Şərq qapisi”kimi nüfuzlu mətbuat orqanında jurnalistlik fəaliyyəti ilə məşğul olan, qəzetin məsul katibi Muxtar Məmmədovun “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam” adlı kitablarından sonra yeni – “Azadlığı istəmədik zərrə-zərrə...” kitabını çapa hazırladığı barədə məlumatım var idi. Burada yer alacaq yazıların böyük əksəriyyətinin ilk oxucularından biri kimi maraqlı yeni nəşrin ərsəyə gələcəyini düşünəndə də səhv etməmişdim. Budur, həmin kitabla üz-üzəyəm. Öncə onu qeyd etməyi vacib bilirəm ki, 44 günlük azadlıq mübarizəmizə həsr olunan ilk kitab kimi müəllif bu addımı ilə ziyalı və vətəndaş mövqeyini ortaya qoyub.

Ardını oxu...

Bəlkə də, adı çəkiləndə mənim kimi yüzlərlə Ələsgərsevərin qulaqlarında ilk çığnayan aşığın “Çərşənbə günündə, çeşmə başında, gözüm bir alagöz xanıma düşdü” sevdalı misraları olur. O sevda ki, az sonra həmin gözəl xanımın “nişanlıyam, özgə malıyam” deməsi ilə Ələsgərin qol-qanadının sınıb yanına düşməsi, xəyallarının çeşmə sularında qərq olması bir olur. Şair üçün bu bir təsadüf, yoxsa bəxtsizlikmidir, bilmirəm, bizim üçün hələ məktəb illərindən əzbərlədiyimiz ən gözəl qoşma idi. Lakin sonralar öyrənəndə ki, Ələsgər 40 yaşında ailə qurub, onda anladım ki, bəli, “Güllü”, “Gülpəri”, “Güləndam”, “Telli”, “Ceyran”, “Xurşid”, “Müşkinaz”, “Maral”ın hər səfası xoş olsa da, onun ağlını başından alsalar da, “Səni gördüm, əl götürdüm dünyadan”, – deyən aşığın qisməti, alın yazısı olmayıblar.

Ardını oxu...

Resurslara doğru gedildikcə o, sərvətə, xəzinəyə çevrilir

Qədimliyi və təbii gözəllikləri ilə hər zaman qürur duyduğumuz Naxçıvanımız bir-birindən səfalı, bənzərsiz, hər fəslinin öz füsnu ilə bu yerlərə gələnlərdə, bu gözəllikləri görənlərdə unudulmaz təəssüratlar yaradır. İnsanın təsəvvürünə belə, gətirmədiyi təbii, zəngin gözəlliklərlə əhatə olunan, onu yalnız görəndən sonra, doğrudan da, İlahinin bir möcüzəsi olduğunu təsdiqlədiyimiz bölgələrimizdən biri də Ağbulaqdır. Enişində saf, şaqraq ağ bulaqları ilə yuxarılara doğru qalxdıqca ağ buludları birləşən, dağları kəndə arxa, torpağı insanlarına dayaq olan bu qədim yurd yeri, həqiqətən, bir İlahi bəxşişidir. Şəfalı buz suları, təmiz havası, bol nemətli dağı-daşı, min bir dərdə dərman gül-çiçəkli düzləri ilə Ağbulaq bir təbiət ensiklopediyasıdır, desək, yanılmarıq...

Ardını oxu...

Bu, 1990-cı illərin tənəzzülə uğrayan Naxçıvanı ilə tərəqqi edən Naxçıvanı arasındakı uzun yolda  həmişə əsas amil kimi diqqətdə saxlanılıb


Məşğulluq həm cəmiyyətin, həm də insan həyatının ən  vacib amilidir desək, yanılmarıq. Dünyaya göz açdığı məmləkətində böyüyən, təhsil alan insan daha sonra  seçdiyi sahə üzrə məşğulluğunu təmin etməklə ömür yolunu müəyyənləşdirir: ailə qurur, ev sahibi olmağa çalışır, övladlarının sağlam böyüməsinin, təhsil almasının qayğısını çəkir və eyni zamanda bütün bunların fonunda cəmiyyət üçün gərəkli vətəndaşa çevrilir, Vətəninə, dövlətinə xeyir verə bilir.  Məşğulluq həyatın ritmidir. Bu ritm bir an pozularsa, özünü insan həyatı ilə bərabər, cəmiyyətdə də təzahür etdirər. Məşğul insanla heç bir məşğuliyyəti olmayan insanları hər birimiz cəmiyyətimizdə gördüyümüz üçün onlar arasında müqayisə aparmaq o qədər də çətin olmaz. Bu halda...

Ardını oxu...

Bu şaxtalı günlərdə hər səhər kəndlərdən şəhərə yollanan çoxlu adam görmək olur. Onların bir hissəsi iş dalınca, əksəriyyəti isə çörək almağa gedir. Bəs kənd camaatını min bir əzabla şəhərə getməyə və çörək növbələrində saatlarla çörək növbəsi tutmağa vadar edən nədir? Məgər kəndlərə un verilmir? Yoxsa kəndli isti təndir çörəyi yemək istəmir? Bu sualla kənd camaatına müraciət edəndə belə cavab almaq olur: Kəndlərə verilən un norması tələbatı ödəmir. Adambaşına ayda 5-7 kiloqram un verirlər, aylıq unu günlərin sayına bölsək, heç 250 qram da eləmir. Əgər bu norma vaxtlı-vaxtında verilsə, yenə birtəhər ötüşmək olar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR