21 Dekabr 2024, Şənbə

Bu iki nemət – sayı-hesabı olmayan badam ağacları, bir də Ulu Yaradanın möcüzəsi olan “Badamlı” suyu Şahbuz rayonunun Badamlı kəndinin adını nəinki muxtar respublikada, bütün ölkəmizdə məşhurlaşdırıb. Barı-bərəkəti, bir də bənzərsiz mənzərələri ilə  fəsillər gözəli olan  payızın bu günlərində yolumuzu həmin kənddən salırıq. İndi o vaxtdır ki, kəndlinin aylarla gözlədiyi an gəlib yetişib. Həmişəki kimi, bu il də ağacların barına planını qurub, məhsulundan gələn gəliri ailəsinin bir dərdi-sərinə  xərcləyəcəyini müəyyənləşdirən kəndlilər badam, cəviz çırpır, qabıqdan çıxarır, bir yerə toplayır, sərir, qurudur, satışa hazırlayırlar. Məqsədimiz də elə təbiətin səxavətindən hər birinin taleyinə pay düşən, ruziləri qapılarındaca nəsibləri olan badamlılılarla görüşüb onlarla respublikamızın çox az sayda yaşayış məskənində bitən bu qiymətli bitki, onun növləri, faydaları barədə söhbətləşmək idi.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada bu sahələrin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasına şərait yaradıb. 2012-2015-ci illəri əhatə edən proqramda olduğu kimi, bu dövlət proqramının da icrası minlərlə hektar sahədə meyvə bağlarının salınması ilə nəticələnib. Belə bağlar arasında muxtar respublikamızın iqlim xüsusiyyətləri nəzərə alınaraq əkilən qərzəkli meyvələrdən olan badam üstünlük təşkil edir. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarının birində ölkə ərazisindəki badam bağlarının əksəriyyətinin Naxçıvan Muxtar Respublikasında olduğunu vurğulamış, badamçılığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın giriş hissəsində oxuyuruq: “Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır”. 

Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradıb.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə muxtar respublikada arıçılıqla məşğul olan sahibkarlar üçün geniş imkanlar açılıb. Bu gün arıçılar onlara göstərilən bu qayğıdan bəhrələnməkdədirlər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR