Xalqımızın istiqlal mübarizəsinin önündə gedən böyük vətənpərvər şairimiz Xəlil Rza Ulutürk şeirlərinin birində yazırdı:
Xalqımızın istiqlal mübarizəsinin önündə gedən böyük vətənpərvər şairimiz Xəlil Rza Ulutürk şeirlərinin birində yazırdı:
Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də həyatımızın bütün sahələrini əhatə edən yeniləşmə prosesi davam etdirildi, kompleks quruculuq tədbirlərinin coğrafiyası genişləndirildi, emal və istehsal sahələrinin inkişafına dəstək göstərildi, yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanıldı. Həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr qazanılmasını təmin etdi. Yenə də görülən işlərin təməlində insana qayğı amilinin dayandığını gördük.
Haşiyə. Bir neçə il əvvəl Culfa rayonunun Yaycı kəndindən yazı hazırlamağa getmişdim. Burada kənd ziyalıları, ağsaqqalları ilə həmsöhbət oldum. Onlardan birinin sözlərini indi də yaxşı xatırlayıram. Uzun illər kənd məktəbində müəllim işləyən, hazırda təqaüddə olan Məhərrəm Məmmədov deyirdi:
– İnsanın həmişə qayğıya ehtiyacı var. Bəziləri bunu dilinə gətirmir, susmağa üstünlük verir, bəziləri məcburiyyət qarşısında müəyyən ehtiyacının ödənilməsi üçün kimlərəsə üz tutur. Bu gün Naxçıvanda buna ehtiyac qalmayıb. Muxtar respublikamızın ən ucqar dağ kəndləri də bu gün abadlaşdırılıb, sakinlərin rahat yaşayışı təmin olunub. Bizim Yaycı da qədim diyarımızın abadlaşan kəndlərindəndir. Onu da qeyd edim ki, Yaycıda həm ötən əsrin əvvəllərində daşnakların qədim diyarımıza hücumları zamanı, həm 1941-1945-ci illər müharibəsində, həm də 1988-ci ildən başlanan münaqişə nəticəsində yüzlərlə insan həlak olub. Sevindirici haldır ki, bizim kənddə onların xatirəsinə abidə ucaldılıb. Həmin abidə həm tarixi keçmişimizə ehtiramın əlaməti, həm də həyatını öz el-obası yolunda qurban verən insanların xatirəsinə hörmətin ifadəsidir. Abidə gənclərə sabaha cavabdehlik hissini, dövlətçiliyin qorunmasının, müstəqilliyin möhkəmləndirilməsinin əhəmiyyətini aşılayır.
Təkcə yaşadığı Şərur rayonunun deyil, muxtar respublikanın da ictimai həyatında fəal ziyalı kimi tanınan Yeganə Məmmədovanın fəlsəfə doktoru alimlik dərəcəsi aldığını eşidəndə akademik İsmayıl Hacıyevin bir qənaətini xatırladım: Muxtar respublikada elmin, təhsilin inkişafına böyük diqqət və qayğının nəticələrini hər addımda görmək olar. Əgər 15-20 il bundan əvvəl regionda fəlsəfə və ya elmlər doktorları barmaqla sayılırdısa, həmçinin onlar ali və orta ixtisas məktəblərində çalışırdılarsa, bu gün artıq orta məktəblərimizdə dərs deyən müəllimlər də elmi tədqiqatlar aparır, dissertasiya müdafiə edirlər...
Haqqında söhbət açacağımız Yeganə Məmmədova Şərur rayonunda anadan olub. Aşağı Yaycı kənd tam orta məktəbini bitirib. Ali təhsilini indiki Naxçıvan Dövlət Universitetində alıb. 2001-ci ildə həmin məktəbdə direktor vəzifəsinə irəli çəkilib. Muxtar respublikada təhsilin inkişafındakı səmərəli xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilib.
Yeganə xanımın qısaca tərcümeyi-halı bunlardan ibarətdir. Ancaq layiq görüldüyü təltiflərin, etimad göstərildiyi vəzifələrin arxasında onun öz sənətinə və vəzifəsinə hörmət, məsuliyyət hissi, dərs dediyi şagirdlərə hərtərəfli bilik vermək və nəcib mənəvi amallar aşılamaq, onları dövlətimizə, dövlətçiliyə, Vətənimizə sədaqət ruhunda tərbiyə etmək kimi məsələlər dayanır. O, bunların öhdəsindən gəlmək üçün səy və bacarığını əsirgəmir. Keçdiyi ömür yoluna baxarkən şərəfli müəllim adı daşıdığından zövq alır.
Bu amil şadalıları doğma yurd yerinə möhkəm tellərlə bağlayıb
Yazıya giriş
Muxtar respublikamızın coğrafi mövqeyi onun tarixi taleyinə bir çox yaşayış məntəqələrində mənfur düşmənlərimizə həmsərhəd olmaq qisməti yazıb. Belə yurd yerlərimiz onlarladır. Yüz illər boyu özlərinin çirkin əməllərini gah gizli, gah da aşkar həyata keçirən erməni daşnaklarının 1988-ci ildə yenidən üzə çıxan əsassız torpaq iddiaları, bu iddiaların törətdiyi məlum hadisələr sərhəd kəndləri sakinlərinin sərhədçi ömrü yaşamaları ilə nəticələndi. Ata-baba əmanəti olan torpaqlarımızın qorunması, düşmən tapdağına çevrilməməsi üçün bütün Azərbaycan ayağa qalxdı. O ağır illərdə belə, yurd yerlərimiz qəhrəmanlıqla qorundu, “Torpaq uğrunda ölən varsa, Vətəndir”, – deyib səngərlərə atılaraq “Təki Vətən sağ olsun” amalı ilə ölümün gözünə dik baxdı eloğullarımız. Bu mücadilədə sağlamlığını qismən itirən, öz ev-eşiyinə şikəst kimi qayıdanlar da az olmadı. Onlarla igidimiz isə şəhidlik zirvəsinə ucaldı.
Belə yaşayış məntəqələrində dəfələrlə olmuş, o ünvanların sakinləri ilə görüşmüş, onların həyat tərzindən yazılar hazırlamışam. Qəlbimdən həmişə belə minnətdarlıq duyğuları keçib: məhz bu qorxmaz, igid, cəsur, ölümün gözünə dik baxan, qəvi düşmənlə bir addımlıqda yaşayan insanlar əsl vətənpərvərlik örnəkləridir. Necə deyərlər, dildə yox, əməldə vətənpərvərdirlər. Vətən onlar üçün ən qiymətli ata-baba əmanətidir, ona sadiqliyi məhz belə insanlardan əxz etmək olar.
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, publisist Hüseyn Əsgərovun “Biz necə mütaliə edirik” (“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2017-ci il) kitabını, adətim üzrə, bir neçə dəfə vərəqlədim. Bazar günü isə planlaşdırdığım bütün işləri təxirə salıb bu sətirləri yazmaq qərarına gəldim.
Onu deyim ki, Hüseyn Əsgərovu yaxından tanıyanlar, sözün həqiqi mənasında, bu ziyalı insanın mütaliəsinə yaxşı bələddirlər. Yaşının bu vaxtında da kitab, mütaliə onun ən yaxın yolyoldaşıdır. Bunu bildiyimdən əlimə keçən yeni kitabına bu adı verdiyi üçün təəccüblənmədim. Elə həmin yazıdan da öz yazıma başlıq çıxardım. Bu həqiqəti yüz dəfələrlə yaşamışam, yaşayanların söhbətləri ilə bu həqiqətin doğruluğuna inanmışam...
Həssas oxucu duymamış deyil ki, bu bir damla mürəkkəbin arxasında İlahi söz dayanır. İçimizin duyğularını, düşüncələrini ifadə edən söz o mürəkkəblə yazılır. Bir qədər obrazlı desək, bir milyon insanı düşündürə bilən bir damcı mürəkkəb sözün şəklidir. Hüseyn Əsgərovun yaradıcılığından keçən başlıca xətt onun bu sözə çox həssaslıq və ehtiramla yanaşmasıdır. Bu da Hüseyn müəllimin qələmə aldığı istər sənədli, istərsə də bədii yazılarının dəyərini artıran başlıca amildir. Elə bu kitabda onun “Minimum söz, maksimum məna” adlı yazısında müəllifin sözə münasibətini hiss etmək çətin deyil: “Sözün düzü, bu yazıda az sözlə dərin məna kəsb edən ədəbi nümunələrdən bəhs etmək, onları roman oxumağa vaxtları olmayan oxucularla paylaşmaq istəyirdim. Amma sözə ehya vermək cəhdimdə söz sözü gətirdi, arşın bezi. Ən əvvəl söz haqqında söz demək zərurəti yarandı. Nə etməli, mətləbə keçmək üçün gərək ənənəyə hörmət edəsən”.
Bu zirvədə söz ehkam taxtındadır
Ötən günlərin birində Şahbuz rayonunda ezamiyyətdə olarkən “Vətən mənə oğul desə, nə dərdim”, – deyən ustad şairimiz Məmməd Arazın doğulduğu Nursu kəndinə də getdim. Bir vaxtlar Məmməd Araz Nursu haqqında nisgilliklə yazırdı:
Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.
Şair həmin şeirində doğma kəndini tozlu küçələrinin sayına görə dünyanın birinci kəndi sayırdı. Bu gün o kənd gözlərdən uzaqda deyil. Adı da dünyanın xəritəsindədir. Küçələri də şəhərlərimizin küçələrindən seçilmir. O da xüsusi qeyd olunmalıdır ki, doğulub boya-başa çatdığı, hər gülü, çiçəyi, hər daşı, qayası ilham mənbəyi olan Nursu kəndində görkəmli sənətkarın bir neçə il əvvəl yaradılmış ev-muzeyi Məmməd Arazla yanaşı, ümumən, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük diqqət və ehtiramın ifadəsi kimi dəyərləndirilib. Bununla Vətən ona bir daha oğul deyib.
Əcəmi seyrəngahında düşüncələr
Günü-gündən cavanlaşan qədim Naxçıvanım! Nuhun izləri yaşayan diyar! Böyük Mirzə Cəlilin, Hüseyn Cavidin ana Vətəni! Görkəmli dövlət xadimi Heydər Əliyevi dünyaya bəxş edən müqəddəs məmləkət! Səndə tarixlərin çox nişanı var. İllərdir ki, gözəllik sənin yolyoldaşın olub. Bütün fəsillərdə bu gözəlliyi, füsunkarlığı görmək olar. Diyarımıza yenicə qədəm qoyan payızın gözəllikləri də bu yurdun insanlarına özgə bir ovqat bəxş edir. Bu ovqat xəyallarımı illər öncəyə aparır – ilk payız günlərinin birində, şəhərimizin ən gözəl ünvanı olan Əcəmi seyrəngahına. Axşamüstüdür. Seyrəngah insanlarla doludur. Payızın gözəlliyini burada duymağın özü bir gözəllikdir, – deyə düşünürəm. Yadıma gözəl şairimiz Muxtar Qasımzadənin misraları düşür:
Təbiət bu yeri gəzib ayrıca
Nə qədər gözəllik bağışlayıbdır.
Günəş zirvələrdən süzüb ayrıca
Dağları yarıdan naxışlayıbdır.
Bəlkə də, payızın bundan gözəl poetik təsvirinə rast gəlməmişəm. Bu sətirlər bir rəssam tablosunu xatırladır, sanki bəstəkar bəstəsidir, dinlədikcə ruhun təzələnir. Sənin payız gözəlliyini, elə bil ki, birinci dəfədir, görürəm. Düşünürəm ki, elə sənin gözəlliyinin ülviyyəti də bundadır. Hər seyr edəndə o gözəlliyin yeni qatları üzə çıxır, sirli-soraqlı bir aləmə aparır adamı. Qeyri-ixtiyari olaraq üzünə təbəssüm qonur ki, bu yurd mənim yurdumdur, bu payız mənim yurdumun payızıdır.
Son illərdə muxtar respublikada qazanılan uğurlar barədə danışarkən öncə bunun təməlində hansı amillərin dayandığını düşünürsən. Cavab birmənalıdır: insan amilinə göstərilən qayğı, onun yaxşı yaşamasını, işləməsini təmin edən şəraitin yaradılması. Bu amillərin tərkib hissəsi isə genişdir: tikinti-quruculuq tədbirlərinin həyatımızın hər sahəsini əhatə etməsi, sənayenin, aqrar sektorun inkişafı üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi, müxtəlif xidmət sahələrində müasir iş şəraitinin təmin edilməsi və sair. Bütün bunları bu gün paytaxt şəhərimiz Naxçıvandan tutmuş muxtar respublikanın ən ucqar dağ və sərhəd bölgələrində görə bilərik və görülən işlər, haqlı olaraq, region sakinləri tərəfindən yüksək dəyərləndirilir. Bu baxımdan 2017-ci ilin ötən dövrünün uğurlu nəticələri də təbiidir. Ona görə də yurd, torpaq təəssübünü hər şeydən üstün tutan hər bir naxçıvanlı bu müddət ərzində qazanılan uğurlara sevinir. Naxçıvanın Şərqə açılan qapısı hesab edilən Culfa da bu gün tamam özgə bir büsatdadır.
Dünən belə deyildi
Qədim tarixi olan bu yurd yerinin yaxın keçmişinə qayıdaraq o dövrü xatırlayanlar bugünkü inkişaf və tərəqqi müstəvisində keçmişlə müqayisə belə, apara bilməzlər. Çünki sovet dönəminin ən güclü vaxtlarında burada barmaqla sayılası həcmdə iş görülməsini yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. Baxmayaraq ki, Culfa o vaxt hərbçilər və dəmiryolçular şəhəri kimi tanınırdı. Buraya bir ucu Vladivostokdan, bir ucu Kamçatkadan, Sibirdən qonaqlar gəlirdi. Ovaxtkı Culfa Rayon Partiya Komitəsinin, Gömrük İdarəsinin və “İnturist” mehmanxanasının binaları dövrün yeni tikililəri olsa da, ənənəvi layihələrdən seçilmirdi. Digər tikililər də cansıxıcı görkəmilə uzaqdan seçilirdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə bu bölgənin də üzünə gün doğdu. Rayonda həyat canlanmağa başladı. Culfa şəhərində və kənd yaşayış məntəqələrində yeni tikililər həyata vəsiqə aldı. 1988-ci ilin sonlarından başlanan hadisələr bu rayonu da iflic vəziyyətə saldı. Ancaq hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanan culfalılar çətinliklərə dözdülər. Ulu öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonu da yeni inkişaf dövrünə qədəm qoydu.
Son 22 il ərzində rayonun siması tamamilə dəyişib. Culfa şəhərində və bölgənin kəndlərində istifadəyə verilən yeni tikililəri saymaqla qurtarmaq olmaz. Həmin obyektlərin hamısı müasir arxitektura üslubunda və gələcək perspektivlər nəzərə alınmaqla inşa olunub. 2017-ci ilin ötən dövründə də bu tədbirlər davam etdirilib.
Ali məktəblərə builki qəbul imtahanlarında ən yüksək nəticə qazanan təhsil ocaqlarımızdan biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyidir. Bu məktəbdə dəfələrlə olmuşam. Yaradılan şəraiti, pedaqoji kollektivin tələbkarlığını görmüşəm. Ən əsası isə gələcəyin anaları olacaq qızlarımızın təkcə savadlı məzun kimi yox, həm də əsl Azərbaycan qadını kimi tərbiyə olunmaları burada necə böyük bir vəzifənin öhdəsindən gəlindiyinin göstəricisidir. Məktəbin direktoru Aidə Allahverdiyeva ilə söhbətə bu prizmadan başladıq.
–Sirr deyil ki, qadın ana olaraq körpələrimizin ilk müəllimi, ən böyük tərbiyəçisidir. Ona görə də bu gün orta məktəb partası arxasında oturaraq elmin ilkin sirlərinə yiyələnən qızlarımızın cəmiyyətə savadlı bir fərd kimi daxil olması vacib məsələlərdən biridir. Bu baxımdan maarifçi-ziyalılarımız Azərbaycan qızlarının mükəmməl təhsil almasına çalışıblar. Fəal və mübariz Azərbaycan qadını öz fəaliyyətində xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılmasına və zənginləşməsinə çalışıb. Onların qəhrəmanlıq xatirələri tariximizin şərəfli səhifələrindəndir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək əxlaqi, mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Məhz bu cür gəncliyin formalaşması ən əvvəl ailənin, xüsusilə ananın üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün böyütdüyümüz qızlar ulu nənələrimizin, tariximizin səhifələrində ad qoymuş qadınlarımızın mənəvi varisləri kimi formalaşdırılmalıdırlar. Pedaqoji kollektivimizə belə bir şərəfli işin öhdəsindən layiqincə gəlmək üçün hərtərəfli şərait yaradılıb.
1990-cı ildə 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülən ulu öndər Heydər Əliyevin seçicilərlə görüşə gəlməsinə hələ xeyli qalmış Nehrəm kəndinin mərkəzində, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Böyükdən-kiçiyə, seçici yaşına çatmayan şagirddən kəndin ağsaqqalı, ağbirçəyinə qədər yüzlərlə adam dahi şəxsiyyəti görmək, dinləmək, bugünkü mürəkkəb şəraitə münasibətini bilmək üçün kəndin meydanına toplaşmışdı. Seçicilərlə görüşdə kənd sakinləri Sosialist Əməyi Qəhrəmanı Əli Əliyev, uzun illər muxtar respublikanın səhiyyə sisteminə rəhbərlik etmiş mərhum Əqil Mehdiyev və başqaları çıxış edərək ulu öndərimiz haqqında ürək sözlərini bildirdilər. Xalqımızın görkəmli oğlu Heydər Əliyev seçiciləri ilə görüşdə dedi: “Mən uzun müddət müxtəlif sahələrdə işləmiş, müxtəlif ali orqanların deputatı olmuşam. Xalqın etimadını doğrultmağa çalışmışam. Lakin indiki dövrdə, tarixin bu mühüm mərhələsində, ölkəmizin ictimai-siyasi vəziyyətinin gərgin bir vaxtında Azərbaycan Xalq deputatlığına namizəd göstərilməyim mənim üçün daha xoşdur. Buna görə mən böyük məsuliyyət hiss edirəm. Mənə belə bir etimad göstərdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Əgər deputat seçilsəm, heç seçilməsəm də, Azərbaycan xalqının gələcək səadəti uğrunda var-qüvvəmlə çalışacağam. Mən harada olmuşamsa, Nehrəm kəndinin Azərbaycan tarixində xüsusi yerini qeyd etmişəm. Bu tarixi kəndin, Nehrəmin yetirmələri Azərbaycan xalqının tarixində şərəfli yer tutmuşlar. Nehrəmlilər qoçaq, mətin adamlardır. Onlar həmişə öz keyfiyyətlərini qoruyub-saxlayıblar, öz zəhməti, əməyi ilə yaşayan adamlardırlar. Onlar ata-babalarının ənənələrini heç vaxt əldən verməyiblər”.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən reportaj
Qədim Naxçıvan torpağı canlı təbiət muzeyi, görkəmli şəxsiyyətlərin vətəni, Nuh Peyğəmbərin ayağı dəyən torpaq, müqəddəs bir məkandır. Gəmiqaya ilə başlayan belə müqəddəslik ünvanlarını Naxçıvanın bir sıra yerlərində görmək olar. Onlardan biri və ən mühümü Əshabi-Kəhf ziyarətgahıdır. Naxçıvan şəhərindən 12-13 kilometr məsafədə yerləşən bu müqəddəs məkan inanclara görə, daha çox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır.
Müqəddəs kitabımız “Qurani-Kərim”in “Əl-kəhf” (Mağara) surəsində bu ziyarətgahdan bəhs olunur. 18-ci surənin 7-ci ayəsində bu barədə deyilir: “Beləcə, (insanları) onları xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu qiyamətin şübhə götürməz olduğunu bilsinlər... Üzərinə bir bina tikin. Rəbləri onları yaxşı bilir”.
Buraya naxçıvanlılarla yanaşı, həm ölkəmizin digər bölgələrindən, həm də xarici ölkələrdən ziyarətçilər gəlir. Çünki bu müqəddəs məkanın sorağı hər yerə yayılıb. Ürəyində niyyət tutub buraya gələnlər ziyarətgahdan ulu Tanrıya dua edə-edə qayıdıblar. Bu yerin müqəddəsliyini gözləri ilə görüblər.
Oçerk
İş otağımdakı telefon zəng çaldı. Dəstəyi götürdüm. Tanış olmayan bir səs salam verib əhvalımı soruşdu.
– Sağ olun, – deyib bir qədər gözlədim.
– Müəllim, mənəm, Vüqar Süleymanov, Hüseyn müəllimin oğlu... Yanınıza gəlmək, sizi görmək istəyirəm.
Bir-iki dəqiqəlik söhbətdən sonra razılaşdıq ki, kənddə görüşək.
Telefonun dəstəyini yerə qoyduqdan sonra xəyal məni neçə il əvvəllərə qaytardı. O vaxt orta məktəbdə direktor müavini vəzifəsində işləyirdim. Vüqar yaşadığım Ordubad rayonunun Aza kəndinə ucqar dağ kəndi Tividən gəlmişdi. Ailələri kəndə köçən zaman Vüqarın atası Hüseyn müəllim məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdu. Dərslər 1-2 ay idi ki, başlamışdı. Elə bu müddət ərzində o, özünü müəllimlərə sevdirməyi bacarmışdı. Bütün fənlərdən yaxşı qiymətlər alırdı. Məktəbin keçirdiyi tədbirlərdə fəallıq göstərir, müxtəlif səviyyədə təşkil olunan fənn olimpiadalarında yüksək nəticələr qazanırdı. Onda bütün fənlərə güclü maraq vardı. Bunu isə hər bir şagirddə görmək olmaz. Bir dəfə Hüseyn müəllimlə söhbətimiz bu barədə oldu. O vaxt Vüqar 6, ya 7-ci sinifdə təhsil alırdı. Ancaq hansı ixtisası seçəcəyini atasına da deməmişdi.