21 Dekabr 2024, Şənbə

Ötən əsrin 70-ci illərindən başlayaraq dünya ölkələrində sənayenin inkişafı enerjiyə tələbatı kəskin artırmaqla yanaşı, müxtəlif təbii resursların deqradasiyasına da səbəb olmağa başladı. III sənaye inqilabının mühüm inkişaf mərhələsinə daxil olan həmin illər bir tərəfdən yeni kimya müəssisələrinin, hərbi və mülki zavod və fabriklərin yaradılmasını zəruri edir, digər tərəfdən ətraf mühitə öz mənfi təsirini göstərirdi.

Ardını oxu...

Sənaye müasir iqtisadiyyatın əsas özəyini təşkil edir. İstehsala əsaslanan bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan bəhs etmək mümkün deyil. ­Cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən sənayenin vəzifəsi mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə təqdim etməyə əsaslanır. Bu isə məişətimizdə gündəlik istifadə etdiyimiz maddi və qeyri-maddi məhsulların həyatımızda necə mühüm bir yerə malik olmasını təsdiq edir.

Ardını oxu...

(Previous in the 16th January dated newspaper)

… Armenians’ claims are big.Sometimes, I think, in order to understand these claims, you need to mind like they do. If you can’t, you must force yourself. You do it at least just for a moment.

For example, they reasoned that they are “selected nation”. 

Ardını oxu...

13 years ago, in December 2007, there were published news in Mass Media on about construction of “Novo-NakhichevanskayaCherkov” (New Nakhichevan Church) in the Capital city Moscow of Russian Federation by the Armenians’ Eparchies. 

Regarding to this issue, Mr. VasifTalibov, Chairman of Nakhchivan Supreme Medjlis, sent a letter to Mr. Yuri Lujkov, former Mayor of Moscow.

In the letter, it was emphasized that construction of the Church “New Nakhichivan” has more political meanings than religious and it will have negative effects to friendships relations of our nations.

Ardını oxu...

Ona uşaq vaxtı çox ehtiyac duymuşdum – 80-ci illərdən bəhs edirəm. Yəqin ki, digərləri də bu ehtiyacı hiss edib. Amma nə iləsə əvəz etmək ağlımıza da gəlmirdi. Heç çıxış yolu deyən də yox idi. Hamının bildiyi yalnız bir yol var idi: oxuduğun yeri unutmamaq üçün həmin səhifəni qatlamaq. Belədə isə vərəqlər əzilir, korlanır, iz düşür, bir sözlə, nəşrə xələl gəlirdi.
Doğrusu bu, bir az da oxuduğumuz kitab-jurnallara heyfimizdən irəli gəlirdi. Nə də olsa, bunlar bizim məlumat ala biləcəyimiz azsaylı mənbələr idi. Ancaq digər tərəfdən, bu metod bəzən işimizə də “yarayırdı”. Məsələn, bəzən maraqlı bir kitabı mütaliə üçün götürən dostlarımızdan onu sənə qaytaran zaman necə “oxuduğunu” o dəqiqə bilmək olurdu. Çünki oxumağı, müəyyən yenilikləri öyrənməyi özü üçün əziyyət hesab edənlər heç səhifələri də korlamırdılar. Ancaq heç bir halda oxumaq həvəsi və oxuduqlarından aldığın mütaliə ləzzəti səni tərk etmirdi. Çünki o zamanlar cəmiyyətin ehtiyacı indiki kimi çox deyildi. Bir tərəfində gündüz, digər tərəfində isə gecə olan dünyada baş verən milyonlarla hadisəni, məlumatı, yalanı, doğrunu indiki kimi bir ovuca sığdırmaq mümkünsüz idi. Heç indiki kimi hər kəsin şəxsi poçt qutusu da yox idi. Hamının bir poçtu var idi. Kənd yerlərində, demək olar ki, hər kəs günün bəlli saatlarında həmin poçta gələr, növbə ilə abunə yazıldığı qəzet-jurnallardan alardı. Şəhər yerlərində isə bu işi poçtalyonlar görərdi. Məhz elə həmin zaman kənd mərkəzlərindəki mənzərəyə baxsaydın, ikibir, üçbir – nə qədər insanın qəzet­-jurnal oxuduğunun şahidi olardın. Yaşlılar və ya oxuya bilməyənlər isə digərlərini maraqla dinləməyə çalışardılar. Ən azından mövzunun ümumi məğzindən xəbər tutardılar. Mənim də oraya yolum tez-tez düşərdi.

Ardını oxu...

(Əvvəli qəzetin 16 yanvar tarixli nömrəsində)

… Ermənilərin iddiaları böyükdür. Bəzən düşünürsən ki, bu iddiaları başa düşmək üçün onlar kimi düşünmək lazımdır. Düşünə bilmirsənsə, özünü buna məcbur etməlisən. Heç olmasa bir anlıq. Məsələn, onlar bütün dünyaya car çəkirlər ki, “seçilmiş millətdirlər”. Elə bu “seçilmiş olmaları” səbəbindən Tanrı onları Nuh tufanı ilə sınağa çəkib və ermənilər bu sınaqdan uğurla çıxaraq əzmli bir xalq olduqlarını ortaya qoyublar. İkinci sınaqları isə onların “soyqırıma məruz qalmalarıdır” və bu “hadisə”dən sonra da onlar həyatda qalmağı bacarıblar. Birinci sınaqda səbəb tufandırsa, ikinci sınaqda səbəb türklərdir. Bu üzdəniraq millətə görə, onlara “dənizdən-dənizə Böyük Ermənistan” qurmaq üçün torpaqlar vəd edilib (?!). Ona görə də hər bir erməni nəfəs aldığı müddətcə bu mübarizəni davam etdirməlidir. Belə xəstəliyə yoluxmuş millət torpağa, geyimə, mətbəxə, ümumiyyətlə, hər şeyə iddia edir. Məsələn, təxminən, bir ay bundan əvvəl Ermənistanda türkcə yayımlanan “Western Armenian” telekanalı Türkiyənin İqdır vilayətini Qərbi Ermənistan şəhəri kimi təqdim etmişdi. İqdırda yaşayan əhalinin böyük hiddətinə səbəb olan bu hadisəyə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi tərəfindən sərt reaksiya verilmişdi. Yaxud qonşu Gürcüstanda Samsxe-Cavaxetiya və Abxaziya bölgələrinə də ermənilər zaman-zaman torpaq iddiası irəli sürürlər. Rusiya Federasiyasının Krasnodar və Stavropol vilayətlərinə də iddialar ara-sıra mətbuatda öz əksini tapıb. Yaxud başqa misal: ermənilərə görə, Nuh Peyğəmbər quruya çıxdıqdan sonra ilk üzüm kolunu becərib və ondan ilk şərabı hazırlayıb, buna görə də üzüm və şərab ermənilərə aiddir və onların əli ilə bütün dünyaya yayılıb. Və yaxud ərik. Bu xəstə təxəyyüllü millətə görə, ilk əriyi ermənilər yetişdirib. Rusdilli Vikipediyanı zəbt etmiş ermənilər yazırlar ki, ərik bizdən Avropa və Asiyaya yayılıb. Bu meyvənin narıncı rəngdə olması bizim bayrağımızda da əks olunub. Çünki həmin narıncı rəng bizim “zəhmətkeş, bolluq torpaqlara malik olduğumuzu” göstərir. Buna görə ərik milli simvolumuzdur.

Ardını oxu...

13 il bundan əvvəl – 2007-ci ilin dekabr ayında erməni yeparxiyası tərəfindən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Novo-Naxiçevanskaya Armyanskaya Tserkov” kilsə binasının tikilməsi barədə mətbuatda məlumat yayılır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Moskva şəhərinin ozamankı meri Yuri Lujkova məktub göndərir. Məktubda “Yeni Naxçıvan” adı ilə kilsə binası tikintisinin dini missiyadan çox siyasi motivlərə xidmət etdiyi diqqətə çəkilərək bu vəziyyətin xalqlarımız arasında tarixən formalaşmış dostluğa xələl gətirəcəyi bildirilir. Ali Məclisin Sədri tərəfindən məktubla bərabər rus yazıçısı R.İ.İvanovun “Bəyazitin müdafiəsi: həqiqətlər və yalanlar”, “Əlahəzrətin general yavəri” və general Cəmşid Naxçıvanskiyə həsr olunmuş “Sovet İttifaqı adından” kitabları, rus dilində Naxçıvan Muxtar Respublikasına həsr olunmuş “İrs” jurnalı da Moskvaya göndərilir. Bundan əlavə, muxtar respublikanın elm və ictimaiyyət nümayəndələri, Naxçıvandakı rus icması tərəfindən də 422 teleqram, 204 faks göndərilməklə kilsə binasının tikintisinə etiraz edilir…

Ardını oxu...

Bu gün iqtisadiyyatdan danışarkən, ilk olaraq nəzərimizdə sahibkarlıq subyektləri və onların fəaliyyəti canlanır. Həqiqətən, sahibkarlığın inkişafı istənilən ölkənin iqtisadi cəhətdən güclənməsində alternativi olmayan bir yoldur. Təcrübə də təsdiqləyir ki, hazırda dünyada fəaliyyət göstərən çoxillik şirkətlərin hər biri güclü sahibkar və ətrafında formalaşdırdığı peşəkar komandanın sayəsində illərdir, iqtisadiyyatda öz sözünü deyir. Məhz bu cür şirkətlərin inkişafına təkan verən, onları illərdir, ayaqda saxlayan, eyni zamanda istehlakçılarına qüsursuz xidmət göstərməyə sövq edən həmin şirkətlərdə yaradılmış dəyərlərdir. Söhbət yerli şirkətlərimizdə də formalaşması vacib olan korporativ mədəniyyətdən gedir. Bəs korporativ mədəniyyət nədir? Nəyə görə ­sahibkarlarımız bu amilə diqqət yetirməlidirlər?

Ardını oxu...

(Əvvəli qəzetimizin 8 oktyabr tarixli sayında)


30 sentyabr 2019-cu il. Artıq iki gündür ki, İstanbuldayam. Ancaq axtardığım insanlarla heç bir əlaqə yarada bilmirəm. Baş vermiş zəlzələ ucbatından hələ də mobil şəbəkələr fəaliyyətlərini bərpa edə bilməyib. Yaxşı ki əvvəlcədən götürdüyüm bir yaşayış binasının ünvanı var. Naxçıvanda olarkən öyrənmişdim ki, vaxtilə Mustafa xanın böyük oğlu Nəsrullah xan (Nasrullah Giray) ailəsi ilə burada yaşayıb. Həmin bina İstanbulun Kadıköy bölgəsində “Karakolhane caddesi” deyilən məşhur bir küçədə yerləşir. Oranı tapmaq üçün çətinlik çəkmirəm, binanın o məşhur adını (bir azdan deyəcəyəm) yoldan keçənlərin birindən soruşduqda, əli ilə yaxınlıqdakı pasajı mənə nişan verir. Yaşayış binasının birinci mərtəbəsi mağaza və xidmət sahələri olduğundan girişdəki dərzi yerinə üz tuturam. Yaşlı bir kişidir burada çalışan, hər halda 70-ə yaxın olar, – deyə düşünürəm. İçəri keçib salamlaşdıqdan sonra, buyurun, sizi eşidirəm, – deyir. Axtardığım insanları soruşuram. Diqqətlə məni süzüb suala sualla cavab verir: Naxçıvandan gəlmisiniz? Hə, – deyirəm. Bəs kimsiniz? Qohumlarındanam. Birdən-birə jurnalist olduğumu deyib işləri korlamaq istəmirəm. Bəlkə, danışmağa razı olmayacaq? Ancaq, deyəsən, yanılmışam. İki-üç kəlmədən sonra hiss edirəm ki, Nurəddin Polad adlı bu ixtiyar dərzi çox suyuşirin və söhbətkeş adamdır. Nasri bəyi (onu belə adlandırır) 1972-ci ildən tanıyıram, – deyə söhbətə başlayır. Yəni burada işləməyə başlayandan. Ailəsi, uşaqları ilə çox yaxın olmuşam. Ata-babaları o zaman Naxçıvanda sovetlərə qarşı ciddi mübarizə aparıblar. Sonra silahdaşları ilə bura – Türkiyəyə gəlməyə məcbur olublar. Atasını, babasını görməsəm də, oğlanları ilə, dediyim kimi, çox yaxın olmuşam. Həm də onlar bura gələndə ətraflarında yaxın silahdaşları da olub. Mən həmin insanlardan yalnız birini gördüm. Ad-soyadı Yaqub Əhmədov idi. O zamanlar Nasri bəyin yanına vaxt tapdıqca gəlib-gedərdi. Çünki Elazığda yaşayırdı. Nədənsə, qismət onu ora aparıb çıxarmışdı. Hətta orada bir otel də tikdirmişdi. Adı “Azər” oteli idi. 1992-ci ildə mən Elazığda olanda həmin otel fəaliyyət göstərirdi, ancaq indisindən xəbərim yoxdur. Sonra eşitdim ki, Yaqub da rəhmətə gedib. Bura – Türkiyəyə gələndə Nasri bəygilin bir fotoşəkli vardı, mənə göstərmişdi atası, babası ilə birgə. Bax həmin fotoda Yaqub da var idi gənc yaşlarında. Ancaq indi üstündən çox illər keçib, səhv etmirəmsə, övladları indi də Elazığda yaşayır.

Ardını oxu...

“...Anam onların həsrətini çox çəkdi. Atası Mustafa xan, qardaşları Abbasqulu və Nəsrullah xanlarla bağlı uzun müddət məlumat ala bilmədi. Yalnız 1977-1978-ci illərdə Moskvadakı Türkiyə səfirliyinin əlaqəsi ilə onların Türkiyədə yaşadığından xəbər tuta bildi. Ancaq ömrünün sonuna qədər görüşmək ona nəsib olmadı. SSRİ dağıldıqdan sonra – 1990-cı ildə Naxçıvandan Türkiyəyə gedən yaxın bir qohumumuzun vasitəsilə dayım Nəsrullah xanın İstanbulda yaşadığını öyrəndik və bizə öz dəstxəti ilə yazdığı məktubu, bir də göndərdiyi ailə foto­şəkillərini ala bildik. Sən demə, o da Kəngərlilər nəslinin bir çox nümayəndəsi kimi zabit olub, Türkiyə Silahlı Qüvvələrində xidmət edib və oradan da tərxis olunub. Bir il sonra – 1991-ci ildə isə mən ora getdiyimdə artıq dayımın 7-8 ay bundan əvvəl vəfat etdiyini öyrəndim. Lakin Naxçıvana qayıdanda anama qardaşının ölümü ilə bağlı heç nə demədim. Hə, bir də dayımın səs və görüntüsü olan bir videokaset gətirmişdim. Anam az da olsa, bununla bir təskinlik tapmışdı...”

Ardını oxu...

Pərakəndəçilik sektorunu əbəs yerə biznesin aynası adlandırmırlar. Çünki bu sektor istehsalçı ilə istehlakçını görüşdürən, tələb və ehtiyacları tənzimləyən, keyfiyyətli məhsulu tanıdan, brendə çevirən, keyfiyyətsiz məhsulu isə bazardan çıxaran böyük bir sektordur. 

Bu gün dünyada istehsal olunan məhsulların keyfiyyətindən tutmuş rəqabət bazarının formalaşmasınadək, reklam bazarının inkişafından yerli məhsulların brendləşməsinə qədər müxtəlif prosesləri pərakəndəçilik sektoru tənzimləyir və nəzarətdə saxlayır. Digər tərəfdən, pərakəndəçilik sektoru həm də istehsalçılara birbaşa məhsulu necə istehsal etməyi diktə edən bir sahədir. Məhz bu sahənin ortaya qoyduğu nəticələrlə sahibkarlar bazarın tələbini anlayır, hansı məhsulu nə zaman və necə satışa təqdim etməyi planlaşdırırlar. Bir sözlə, həyatımızda baş verən yenilikləri, ilk olaraq bizə bu sektor çatdırır. Buna görə də pərakəndəçilik bütün dünyada bazar iqtisadiyyatının özəyi olaraq qəbul edilir.

Ardını oxu...

Gecə yarıdan keçmişdi... Göy üzü ay işığından aydınlaşmış, gündüzün istisindən sonra ətrafa bir sərinlik çökmüşdü. Xəfif meh əssə də, ətraf sakitlik idi və bu səssizliyi hərdən kənd itlərinin səsi pozurdu...
Mustafa kişinin gecənin bu vaxtında kənddən çıxmağının bir çox səbəbi vardı. Əsas səbəb isə ailəsinin təhlükəsizliyi idi. Yox, Qarabağlarda hər kəs onun xətrini istəyirdi, çoxlarına əl tutub çörək vermişdi. Ancaq son günlər xəbər yayılmışdı ki, bəs yeni yaranan şura hökuməti var-dövləti olanların hər şeyini əlindən alıb kasıb-kusuba paylamaq adı ilə dövlətin anbarlarına daşıyır, özlərini isə sorğusuz-sualsız “gedər-gəlməzə” göndərirlər. Əmrə tabe olmayanları isə şəhər qubernatorluğunun zindanında günlərlə saxladıqdan sonra “fəhlə-kəndlilərin qənimi”, “cümhuriyyət qurucularının yardımçısı”, nə bilim “türk əsgərlərinin müdafiəçisi” kimi müxtəlif adlarla damğalayaraq ən yaxşı halda sürgün edirlər. Əslində, Mustafa kişinin şəhərdə yaşayan qohumları ilə bağlı gələn xəbərlər də ürəkaçan deyildi, artıq onlardan bir neçəsi ciddi təqib olunurdu. Hətta həmin qohumlarından da gizlicə xəbər gəlmişdi ki, ən yaxşısı bu aralar ortalıqda görünməməkdir. Buna görə də o, dünəndən bəri hazır­lığını görmüş, heç kim xəbər tutmasın deyə, xanımı və iki yeniyetmə oğlunu da götürərək Şahtaxtıdan İrana keçməyi qərarlaşdırmışdı. Məqsədi də bu idi ki, aradan bir az vaxt keçsin, səs-küy yatsın, yenidən öz evinə geri dönsün. Bəs kim idi bu Mustafa kişi?
Təbiətcə sakit, alicənab, hər kəsə əl tutmağı ilə tanınan Mustafa məşhur xan nəslindən idi. Ata-babalarının Naxçıvan şəhərində və ətraf kənd­lərdə xeyli torpaq sahələri vardı. Onun özünün də maddi imkanları geniş idi. Qarabağlar və Yurdçu kəndlərində əkin sahələri, qoyun və at sürüləri var idi. El arasında böyük hörməti olan Mustafa xanın işlərində ən yaxın köməkçisi Orucəli idi. O, Orucəlini o qədər çox istəyərdi ki, ailə-məişət işlərini də yalnız ona tapşırardı. Mustafa xanın gecə kənddən çıxarkən dörd və yeddi yaşlarında olan Lətifə və Həmidə adlı iki balaca qızını Orucəlinin yanında qoyması da bir tərəfdən tezliklə geri qayıdacağına inamından, digər tərəfdən isə Orucəliyə olan böyük etibarından irəli gəlirdi. Evdən çıxarkən: “Orucəli, qızlarımdan muğayat ol, belə çətin vəziyyətdə onları özümlə apara bilmərəm, tezliklə qayıdacağam”, – deməsi isə sonu bəlli olmayan bu yolçuluqda kiçikyaşlı qızlarının həyatını riskə atmamaqdan qaynaqlanırdı. Yaşca daha kiçik olan Lətifə nə qədər atasının ardınca ağlayıb-sızlasa da, Mustafa xan sonuncu dəfə onun üzündən öpərək atına minmiş və yavaş-yavaş Qarabağlardan Şahtaxtına tərəf yol almışdı. Nə Mustafa xan, nə Orucəli kişi bilməzdilər ki, bu, artıq onların son görüşüdür. Yeni qurulan sovet hökumətinin dəmir sərhədləri bir daha bu ailənin qovuşmasına imkan verməyəcək. Mənsub olduğu kəngərlilər nəslinin bir çox nümayəndələri kimi, Mustafa xanın da qismətinə qürbətdə yaşamaq və dünyasını dəyişmək nəsib olacaq...

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR