22 Dekabr 2024, Bazar

Çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. XX əsrin əvvəllərində Naxçıvanın ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət idarəçiliyi və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdır. 1918-ci ildə tarixi zərurətdən yaranan Araz-Türk Cümhuriyyətinin uğurlu hərbi və diplomatik fəaliyyəti Naxçıvanı erməni təcavüzündən qorumuş və bununla da dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur.
Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alıb, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratsın.
2. Tədqiqatın nəticələri əsasında elmi nəşr hazırlansın.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 24 sentyabr 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpan–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon (on üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 sentyabr 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Sizə və Azərbaycan Respublikasının xalqına Amerika Birləşmiş Ştatları adından salamları və təbrikləri çatdırmaq istəyirəm.

Ardını oxu...

Hörmətli cənab Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

  

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 18 sentyabr 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilsin. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2019-cu il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 20 sentyabr 2019-cu il

Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təsdiq olunsunlar.
4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 sentyabr 2019-cu il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Hüseynli Ülvi Mötəbər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

2. Sultanova Mehriban Paşa qızı - “Şərq qapısı” qəzetinin baş redaktoru

3. Əliyev Rauf Feyzulla oğlu - “Şərq qapısı” qəzeti baş redaktorunun müavini

4. Canbaxşıyev Səməd Canbağış oğlu - Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru

5. Qənbərov Qafar Tahar oğlu - “Nuh yurdu” qəzetinin redaktoru

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 8 ştat vahidi müəyyən edilsin.
3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun xərclər smetasını və ştat cədvəlini müəyyən etsin;
3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 13 sentyabr 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 13 sentyabr tarixli 178-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilsin:

Şuranın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Şuranın üzvləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

AMEA Naxçıvan Bölməsinin sədri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Naxçıvan Dövlət Universitetinin rektoru

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 13 sentyabr 2019-cu il

Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilmişdir. Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da vardır.

Axundzadə Abdulla Elxan oğlu

Cəfərli Məleykə Malik qızı

İsmayılov Nicat Vilayət oğlu

Məmmədtağılı Murad Muxtar oğlu

Naxçıvan Muxtar Respublikasında fundamental elmi yeniliklərin stimullaşdırılmasını, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsini, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu yaradılsın.
2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
2.1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun nizam­naməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 sentyabr 2018-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Novruz Paşa oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 avqust 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə:
Əliyev Rauf Cəlil oğlu
Hüseynov Nail Ağəli oğlu
Qafarov Toğrul Hüseyn oğlu
Mahmudov Vüsal Yusif oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 iyul 2019-cu il

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 9 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə diplomatik xidmət orqanlarının bir qrup əməkdaşı təltif edilib. Onlar arasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaş­ları da vardır.

Cəfərov Nadir Yavər oğlu
Ələkbərli Vüsal Ziyad oğlu

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.


Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 iyul 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
2. Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və icbari tibbi ­sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etsin;
3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etsin.
4. Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.
5. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 iyul 2019-cu il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR