22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 29 iyun tarixli ­Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.

Həsənov Qasım Həsən oğlu - polis polkovniki

Mustafayev Mustafa Vəli oğlu - polis polkovniki

“Vətən uğrunda” medalı ilə,

Əliyev Taryel Məmməd oğlu - polis mayoru

“İgidliyə görə” medalı ilə təltif edilmişlər.

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Bu il ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 ili tamam olur. Dahi şəxsiyyətin ölkəmizə birinci ­rəhbərliyi dövründə mühüm işlər görülmüş, 1969-cu ilin 14 iyulu Azərbaycanın inkişaf və tərəqqi tarixinə çevrilmişdir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən ulu öndər ölkəmizə ikinci rəhbərliyi dövründə isə Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaratmış, xalqımız Milli Qurtuluşa nail olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz qorunub saxlanılmışdır.
Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. “Ailə təsərrüfatları ili” olan 2019-cu ilin birinci yarısında da muxtar respublikada daxili imkanlardan səmərəli istifadə olunmuş, iqtisadi inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, iş yerləri açılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi qeyd edilmiş, dövlət proqramlarının uğurlu icrası, mövcud potensialdan səmərəli istifadə iqtisadiyyatı şaxələndirmiş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər
üzrə 86 794 879 manat, xərclər üzrə 354 466 625 manat məbləğində olmaqla təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 iyun 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət ­olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 25 iyun 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Hüseynli Rafiq Anar oğlu - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, idman sahəsi üzrə
Bağırov Siyavuş Mehdi oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə
Əliyeva Duyqu Cabir qızı - Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, incəsənət sahəsi üzrə

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 24 iyun 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 iyun 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 11 iyun tarixli sərəncamları ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının səhiyyə işçiləri də vardır.

Cəfərov Rauf Mehralı oğlu

“Tərəqqi” medalı ilə,

Məmmədov Azər Bağır oğlu

“Əməkdar həkim”,

Əliyeva Təranə Sabir qızı

“Əməkdar tibb işçisi” fəxri adları ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət ­siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar və dövlət qulluqçusu da vardır.

Əhmədov Fikrət Bayram oğlu

Məmmədov Ziyafəddin Məcid oğlu

“Tərəqqi”medalı ilə,

Qədirzadə Aysel Qadir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Rəssamlar Birliyinə 15 (on beş) min manat vəsait ayrılsın.

2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 25 may 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 25 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət işçiləri də vardır.

Niftəliyeva Nurbəniz Nurəddin qızı

“Əməkdar artist”

Əliyev Asim Yediyar oğlu

“Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif edilmişlər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə:
Şaxtaxtinski Nizami Ağa oğlu – “Əməkdar həkim” fəxri adı ilə;
Eyvazova Darçın Ağanəcəf qızı
Vəliyeva Leyla Qulu qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;
Allahverdiyeva Lalə İsmayıl qızı – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə;
Əliyeva Təranə Ədalət qızı
Həsənova Sevda Sabir qızı
İbrahimova Zəminə Əbülfəz qızı – ­“Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 may 2019-cu il

Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 (iyirmi beş) min manat, Bəstəkarlar Təşkilatına 20 (iyirmi) min manat, Dövlət Film Fonduna 15 (on beş) min manat, Aşıqlar Birliyinə 15 (on beş) min manat və Memarlar Birliyinə 12 (on iki) min manat ayrılsın.
2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 20 may 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Əkbər oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 20 may 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfa oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 may 2019-cu il

 

2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi tamam olur.
Tarixi eradan əvvəl V-III minilliyə aid olan Naxçıvan Duzdağı 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur.
Qədim Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duz tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılmış, 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma və ağciyər xəstələri müalicə olunur.
Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün Mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.
Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və muxtar respublikada səhiyyə turizminin inkişafındakı rolunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi geniş qeyd edilsin.
2. “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 may 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 may 2019-cu il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 13 may 2019-cu il

Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun 2019-cu il mayın 23-də anadan olmasının 100 illiyi tamam olur.
Böyük ziyalılar yetirmiş Şahtaxtı kəndində anadan olan Hüseyn İbrahimov orta məktəbi bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır.
1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayan Hüseyn İbrahimov sonrakı illərdə Naxçıvanda müxtəlif vəzifələrdə, o cümlədən “Şərq qapısı” qəzetinin redaktoru, Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri, mədəniyyət naziri, Yazıçılar Birliyinin sədri vəzifələrində işləmiş, üç çağırış muxtar respublika Ali Sovetinin və bir çağırış Ali Məclisinin deputatı olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 10 may tarixli ­Sərəncamı ilə səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır.

Babayev Zeynalabdin Abdulla oğlu
Babayeva Stella Rza qızı
Bağırov Tamerlan Kamal oğlu
Hüseynova Gülnarə Hüseyn qızı
Mahmudov Zülfüqar Xudaverdi oğlu
Məmmədov Əbülfəz Səid oğlu
Məmmədov Natiq Hidayət oğlu
Məmmədov Səyyad Çapay oğlu
Nuriyev Nurlan Nurməmməd oğlu
Süleymanova Ulduz İbrahim qızı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 aprel 2019-cu il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR