22 Dekabr 2024, Bazar

Prezident İlham Əliyev fevralın 25-də “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər üzrə 96 024 248 manat, xərclər üzrə 396 531 513 manat məbləğində olmaqla təsdiq edilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 19 fevral 2020-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aşağıdakı deputatları müvafiq komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçilsinlər:

I. Hüquq siyasəti və dövlət quruculuğu
məsələləri komitəsi

1. Səfərli Hacıfəxrəddin Yəhya oğlu -sədr
2. Babayev Əmir Baxşəli oğlu -müavin
3. Cəfərli Elman Yusif oğlu -üzv
4. İbrahimov Qadir Abbas oğlu -üzv
5. Niftəliyev Hüseyn Əsrafil oğlu -üzv
6. Məmmədli Turan Bəyməmməd qızı -üzv
7. Allahverdiyeva Aidə Məhərrəm qızı -üzv

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Deputat Azər Yadulla oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 19 fevral 2020-ci il

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 19 fevral 2020-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Əliyev Qasım Vəli oğlunun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Kərimov Rahib Əhməd oğlunun katibliyi,

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, üzvlər Hüseynzadə Əkrəm Rüfət oğlunun, Məmmədov Şamxal Şükür oğlunun, Ağayev Arif Qurban oğlunun və Quliyeva Ceyran Mənaf qızının,
Mütəxəssislər Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Məhərrəm Allahverdi oğlunun, Əsgərov Rəhim Əsgər oğlunun və Rzayev Xalid Məhərrəm oğlunun iştirakları ilə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2020-ci il fevralın 9-dа keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə baxaraq hakim Allahverdiyev Əli Kərim oğlunun məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti

MÜƏYYƏN   ETDİ:

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilmişdir. 

Seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” hazırlanıb təsdiq olunmuşdur. Seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş Təqvim Planına uyğun təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 27.1-ci, 32-ci və 33-cü maddələrinə uyğun olaraq muxtar respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla dairə və məntəqə seçki komissiyaları təşkil edilmiş və tərkibi müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər ­sırasından formalaşdırılmışdır.
Seçki komissiyaları müvafiq bina, rabitə vasitələri, texniki avadanlıqlar və lazımi inventarlarla təmin olunaraq, onlara tələb olunan bütün sənədlər, dəftərxana ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar və digər metodiki vasitələr verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də imzalayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilsin” 

Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir.  Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin  ötən il imzaladığı Sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin  II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatı (beş min manat) verilsin.

 

  Vasif TALIBOV 

      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

 

Naxçıvan şəhəri, 21 fevral 2020-ci il

 

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin;
2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 19 fevral 2020-ci il

 

 

 

Prezident İlham Əliyev fevralın 18-də Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

 Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 fevral 2020-ci il

 

 Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada idmanın inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 fevral 2020-ci il

Prezident İlham Əliyev fevralın 12-də Azad Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilsin".

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə vergi xidməti işçiləri peşə bayramı günü münasibətilə təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları da vardır.

Hüseynov İlham Qulamhüseyn oğlu

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə,

Şabanov Əli Hacı oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişlər.

 

Prezident İlham Əliyev fevralın 11-də 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ardını oxu...

 

Prezident İlham Əliyev fevralın 11-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ardını oxu...

Muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin etmiş, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artmış, yeni sənaye müəssisələri yaradılmış və yerli istehsalın həcmi çoxalmışdır.

Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri etmişdir.

Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikanın ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:

1. 2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilsin.

 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin.

  Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 fevral 2020-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Aşağıda qeyd olunan tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilsin:
- Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi;
- Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri;
- Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin Nizamnamələrini təsdiq etsin və 2020-ci il fevralın 1-dən fəaliyyətlərini təmin etsin.
3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən publik hüquqi şəxslərin göstərdikləri ödənişli tibbi xidmətlərdən daxil olan vəsaitin 50 faizi işçilərin əməkhaqlarına əlavələrin verilməsinə yönəldilsin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

  Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 fevral 2020-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR