Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 17 fevral 2020-ci il