Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər üzrə 96 024 248 manat, xərclər üzrə 396 531 513 manat məbləğində olmaqla təsdiq edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 19 fevral 2020-ci il