22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Aşağıda qeyd olunan tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilsin:
- Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi;
- Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri;
- Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin Nizamnamələrini təsdiq etsin və 2020-ci il fevralın 1-dən fəaliyyətlərini təmin etsin.
3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən publik hüquqi şəxslərin göstərdikləri ödənişli tibbi xidmətlərdən daxil olan vəsaitin 50 faizi işçilərin əməkhaqlarına əlavələrin verilməsinə yönəldilsin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

  Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 fevral 2020-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR