Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 29 iyun tarixli Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.
Həsənov Qasım Həsən oğlu - polis polkovniki
Mustafayev Mustafa Vəli oğlu - polis polkovniki
“Vətən uğrunda” medalı ilə,
Əliyev Taryel Məmməd oğlu - polis mayoru
“İgidliyə görə” medalı ilə təltif edilmişlər.