Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 sentyabr 2019-cu il