22 Dekabr 2024, Bazar

Vergi qanunvericiliyi sahəsində kompleks tədbirlərin nəticələrinə və gözləntilərinə nəzər yetirsək, görərik ki, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi, xüsusilə optimal vergi sisteminin tətbiq edilməsi, nümunəvi vergiödəyicilərinə güzəştlərin təqdim olunması, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişaf etdirilməsi istiqamətlərində Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi aktualdır.

Ətraflı: Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər sahibkarlıq  fəaliyyətini təşviq edir və əhalinin...

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında keçirilən yığıncaqda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Ülkər Bayramova çıxış edib. Bildirib ki, Müvəkkil təsisatı muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2019-cu ildə də davam etdirib, Müvəkkil fəaliyyətini, əsasən, daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirib.

Ətraflı: İlin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Ətraflı: Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub 

Haqqın və ədalətin, məzlumun və insanlığın yanındayıq. Bütün bunlara baxmayaraq, Türkiyə saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılır.

Ətraflı: Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq

Aprel ayında Ayda qəzaya uğrayan "Beresheet” kosmik aparatının göyərtəsində "su ayısı” kimi də adlandırılan minlərlə tardigradlar olub. Tardigradları kosmosa göndərən ABŞ-ın "The Arch Mission Foundation” təşkilatı onların sağ qalacaqlarına ümid edib. 8 ayaqlı, beyni və mərkəzi sinir sistemi olan bu xırda məxluqlar hədsiz dözümlüdürlər, olduqca aşağı temperaturda və çətin şərtlərdə sağ qala bilirlər.

Ətraflı: Elm adamları Yerdəki canlıları Aya göndərib

Şahbuz rayonunun Kolanı Kənd Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazir­liklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Arzu Əhmədov açıb. Bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması şahbuzlu ailə təsərrüfatçılarına böyük stimul olub, bölgədə yeni belə təsərrüfatların formalaşmasına geniş imkanlar açıb.
Qeyd edilib ki, muxtar respublikada daxili bazarın yerli keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan ailə təsərrüfatlarının inkişafı istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir, belə təsərrüfatların yaradılmasına, onların fəaliyyətlərinə hərtərəfli qayğı göstərilir. Yaradılan əlverişli şərait ailə təsərrüfatlarının sayının artması ilə yanaşı, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Şahbuz rayonunda da son illər çox sayda ailə təsərrüfatları yaradılıb. Mütəmadi olaraq keçirilən festivallarda həmin təsərrüfatların məhsulları yüksək səviyyədə nümayiş olunur və təqdirəlayiq qiymətini alır. Vurğulanıb ki, seminar-müşavirənin keçirilməsində məqsəd ailə təsərrüfatı quran insanlara hərtərəfli köməklik göstərmək, onları öz təsərrüfatlarını inkişaf etdirmək üçün düzgün istiqamətləndirməkdən ibarətdir.

Ətraflı: Ailə təsərrüfatçılarının iştirakı ilə  seminar-müşavirə keçirilib

Qədim Şərur diyarı... Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan yurd yerimiz... Tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən, ədəbiyyatından milli-mənəvi, əxlaqi dəyərlər mənimsəyən insanları, tarixdə iz qoyan böyük şəxsiyyətləri barədə düşünərkən görürük ki, yüz illərdir, Azərbaycan ədəbiyyatına, incəsənətinə dahilər ərməğan edən Şərur rayonu bu gün də öz təhsil ənənələrini uğurla davam etdirir. Muxtar respublikanın hər yerində olduğu kimi, Şərurda da təhsilin inkişafının diqqət mərkəzində saxlanılması uğurların qazanılmasına səbəb olur. Hər bir şagirdin müvəffəqiyyətlərinə görə müəllimlər də, valideynlər də sevinir, çünki onların da etimadları doğrulur, çəkdikləri zəhmət hədər getmir. Elə bugünkü müsahiblərim də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə qazanaraq rayonun köklü təhsil ənənələrini layiqincə davam etdirən şərurlu gənclərdən bir neçəsidir.

Ətraflı: Parlaq gələcək təhsillə gələcək

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik ­yubileyi və ümummilli ­lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi keçirilib.
Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət təşkilatlarından 16 komandanın iştirak etdiyi oyun 2 seçim və final mərhələlərindən ibarətdir. İlk seçim mərhələsində “Araz” (Dövlət Nəqliyyat Xidməti), “Zirvə” (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi), “Kəhrəba” (Kənd Təsərrüfatı Nazirliyi), “Günnüt” (Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi), “Təhsil” (Təhsil Nazirliyi), “Qarabağlar” (Dövlət Baş Sığorta Agentliyi), “Rifah” (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), “Mübariz” (Səhiyyə Nazirliyi) komandaları mübarizə aparıblar. İki yarımfinal mərhələsində keçirilən oyun “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olub.
“Kəhrəba”, “Araz”, “Təhsil”, “Qarabağlar” komandaları final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaqlar.
Oyun Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, oyunun ikinci seçim mərhələsi aprel ayının 24-də, final mərhələsi isə may ayının 7-də olacaq.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun oğlu, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, üçüncü dərəcəli dövlət miqrasiya xidməti müşaviri  Rza Talıbov seçkilər başa çatdıqdan və ilkin nəticələr elan olunduqdan sonra sosial şəbəkələrdə maraqlı paylaşım edib.

“Güclü ölkənin, güclü Prezidenti!” şərhi ilə yayımlanan videoçarx təbrik xarakteri daşıyır.

Həmin videonu sizə təqdim edirik:

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR