22 Dekabr 2024, Bazar

Aprel ayında Ayda qəzaya uğrayan "Beresheet” kosmik aparatının göyərtəsində "su ayısı” kimi də adlandırılan minlərlə tardigradlar olub. Tardigradları kosmosa göndərən ABŞ-ın "The Arch Mission Foundation” təşkilatı onların sağ qalacaqlarına ümid edib. 8 ayaqlı, beyni və mərkəzi sinir sistemi olan bu xırda məxluqlar hədsiz dözümlüdürlər, olduqca aşağı temperaturda və çətin şərtlərdə sağ qala bilirlər.

 "Nuhun gəmisi” və ya Yeri "sığortalamaq” cəhdi göstərmək üçün qeyri-kommersiya təşkilatı "The Arch Mission” kosmosa ay kitabxanası da göndərib - bu kitabxanada Yer planeti haqqında 30 milyon səhifədən ibarət məlumat daşıyan DVD toplusu var. Kitabxana ilə yanaşı, Aya tardigradların nümunələri də göndərilib.

"Biz onları ona görə seçmişik ki, xüsusidirlər. Onlar bizim bildiyimiz ən kiçik həyat formalarıdır. Onlar istənilən planetar kataklizmdə, kosmos vakuumunda, radiasiyada sağ qala bilərlər” deyə missiyanın nümayəndəsi Nova Spivak bunu mətbuata açıqlamasında söyləyib. Tədqiqatçılar ümid edirlər ki, tardigradlarla yanaşı, ay kitabxanasındakı informasiyanın da çoxu qəzadan sonra sağ qala bilib və milyon illər sonra insan həyatı yarada biləcəklər.

"Bizim göndərdiyimiz DNK və hüceyrələrin köməyilə insan irqini, digər bitkiləri və heyvanları yenidən generasiya etmək mümkündür” deyə Spivak əlavə edib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR