02 May 2024, Cümə axşamı

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Moldovanın “Noi.md”, “Dosarmedia.md” və digər portalları Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdikləri mətbuat konfransı, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü barədə ətraflı məlumatlar yayıb.

Məqalələrdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyətlə bağlı fikirləri də yer alıb.

 

 

 

“Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək”.

Bunu DSX rəisinin müavini, general-leytenat İlham Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün vida mərasimi keçirilən şəhidlərimiz Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər: “Onlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər”.

İcmal

Azərbaycanın dövlət müstəqilliyinin, dünyada qazandığı siyasi nüfuzunun, artan iqtisadi-hərbi qüdrətinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi sayəsində dövlət müstəqilliyinin, muxtariyyətinin bəhrələrini yaşayan diyarımızın hərtərəfli sosial-iqtisadi inkişafı təmin edilmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını tamamilə dəyişmişdir.

Ətraflı: Müstəqilliyimizin, muxtariyyətimizin real bəhrələrini yaşayan,  müasir inkişaf modeli ilə...

Müdafiə Nazirliyinin verdiyi məlumata görə Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyşiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda 1.8-ci bəndə “rəyləri əsasında” sözlərindən sonra “hər il aprelin1-dək” sözləri, 3.5-ci bənddə isə “AMEA və Nazirlik tərəfindən müəyyən edilən müddətlərdə hər il” sözləri “hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində” sözləri ilə əvəz edilib.

 

 

 

Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Elnara Dadaşova ali təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələri üçün vebinar keçib. Bəstəkarlıq sənəti, yeni üslub və cərəyanlar haqda danışan Elnara Dadaşova eyni zamanda canlı ünsiyyətdə olduğu görkəmli Azərbaycan bəstəkarları, xüsusilə də bəstəkarlıq sinfində təhsil aldığı müəllimi Qara Qarayevlə bağlı  xatirələrini bölüşüb. Professor müəllim və tələbələrə musiqi əsərlərinin təhlili və solfecio fənninin tədrisinə gətirdiyi yeniliklərdən bəhs edib və bəzi metidik göstərişlər verib. Elnara Dadaşova bəstəkar Qara Qarayevin preludunu ifa edərək əsəri təhlil edib.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

 

 

 

Xüsusi çubuqların vasitəsilə qolların və ayaqların tam hərəkətinə imkan verən skandinav yürüşü idman növü bütün dünyada sürətlə yayılır. Hərəkət zamanı bədən əzələlərinin 90 faizinin işlək vəziyyətdə olması, onu digər idman növlərindən (qaçış, velosiped, üzgüçülük və sair) əhəmiyyətli dərəcədə fərqləndirir və orqanizmin daha çox kalori yandırmasına səbəb olur. Heç bir yaş məhdudiyyəti qoyulmadan hər kəsin açıq hava şəraitində məşğul ola biləcəyi skandinav yürüşü, həm də pandemiya dövründə dünya ölkələrində ən çox təşkil edilən onlayn yarışları ilə diqqət çəkir. Artıq iki ilə yaxındır, bu idman növü üzrə davamlı məşğul olan naxçıvanlı yeniyetmələr – 16 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elşad Həsənli və həmin məktəbin 7-ci sinif şagirdi Vəli Həsənov növbəti dəfə skandinav yürüşü üzrə beynəlxalq yarışda iştirak edərək III yerə layiq görülüblər.

Ətraflı: Naxçıvanlı yeniyetmələr beynəlxalq marafonda  III yerin qalibi olublar

 

 

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

 

 

 

 

 

 

        

         Ali təhsil ocağının İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi - bədii tədbir keçirilib. Tədbirdə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirilib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq nümayiş etdirməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidir.

          Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şair haqda məlumat verərək qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı olub. O, həmçinin, dünya dinlərinə bələd olduğu üçün Şeyx adlandırılıb, dünyəvi elmlərə ustalıqla  yiyələnib. Qeyd edilib ki, əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, həmçinin, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsimizdən bəhrələnməyə çağırıb.

          Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərindən hazırladığı bədii qiraət nümunələrindən hazırladıqları videoçarx nümayiş olunub.

          Sonda xarici tələbələr Nizami Gəncəvinin şeir, qəzəllərini bədii qiraət edib, şairin poemalardan hissələri səhnələşdiriblər.

Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.

Etibar Dərbəndəliyev

“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

 

 

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,35 dollar/barel çoxdur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən  verilən məlumata görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələri xahiş olunur: “Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Ətraflı: Polisdən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR