Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib. Bəzi tibb müəssisələrində tibb işçilərinin çatışmazlığı müşahidə edilir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, dekabrın 8-12-də ÜST-nin missiyası Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər edib.