21 Dekabr 2024, Şənbə

Torpaq və su ehtiyatlarından səmərəli istifadə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli "Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən bu sahədə mühüm tədbirlər görülür. Qapalı suvarma şəbəkələrinin qurulması uzun illər əkilməyən torpaqların əkin dövriyyəsinə qatılmasına şərait yaratmışdır. Bu da kənd təsərrüfatının, xüsusilə strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına imkan verir.
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində olmuş, muxtar respublikada taxıl biçininin gedişi ilə maraqlanmışdır.

Ardını oxu...

İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunmuşdur.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni zamanda şəhid ailələrinə daim diqqət hər bir vətəndaşın və dövlətin borcudur. Biz bu borcumuzu heç vaxt unutmamalıyıq”. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Həmçinin şəhid ailələrinə də hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzillər verilir. 26 İyun Silahlı Qüvvələr Günündə Naxçıvanda şəhid ailələrinə yeni mənzillərin təqdim olunması da bu tədbirlərin davamıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev əvvəlcə N saylı hərbi hissənin hərbi şəhərciyində yaradılan şəraitlə tanış oldu.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söylədi.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün
yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib


İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilmiş, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olmuş, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilmişdir.

Ardını oxu...

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Bina ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə 35 iş otağı, 6 laboratoriya, 1-i elektron lövhəli olmaqla, 2 sinif otağı, elektron lövhəli 72 yerlik iclas zalı, 2 soyuducu kamerası olan anbar və yardımçı otaqlar vardır. Burada gigiyena, epidemiologiya, xüsusi təhlükəli infeksiyalar və ümumi laboratoriya olmaqla, 4 şöbə, təşkilati-metodik və ictimai sağlamlıq, sanitar karantin və dezinfeksiya bölmələri və xüsusi təhlükəli virusoloji, xüsusi təhlükəli bakterioloji, parazitoloji, toksikoloji, ümumi bakterioloji-seroloji, ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

BƏƏ-nin iqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş etdi.

Abdulla Bin Touq Al Marri ötən ilin iyulunda vəzifəsinin icrasına başladığı vaxtdan ilk rəsmi səfərinin Azərbaycana olmasından məmnunluq hissi keçirdiyini dedi.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi qeyd olundu, beynəlxalq təsisatlar çərçivəsində və ikitərəfli səviyyədə ölkələrimizin bir-birini dəstəkləməsi məmnunluqla vurğulandı.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə ixracın artdığı qeyd edildi. Eyni zamanda, qarşıdakı illərdə tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsinin vacibliyi vurğulandı.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

 

 

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanlarının birgə taktiki-xüsusi təlimi keçirilir.
İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edib.

Ordu generalı Qamar Caved Bacvanı salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi görməyə çox şadam. Xoş gəlmisiniz. Ümidvaram ki, ölkəmizə səfəriniz çox səmərəli olacaq və bu, bizim sıx tərəfdaşlıq münasibətlərimizi daha da gücləndirəcək. Biz çox şadıq ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Pakistan və Azərbaycan iki qardaş ölkə olaraq ikitərəfli əlaqələrini gücləndirir. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.

Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan dövlətinin başçısı Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Qazaxıstan dövlətinin başçısının və Qazaxıstanın birinci Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə və Nursultan Nazarbayevə çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi bildirildi, Prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulandı.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olundu. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirildi.

Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edildi və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olundu. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğu məmnunluqla qeyd edildi.

Muxtar Tleuberdi Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını səmimiyyətlə təbrik etdi. O, bu Qələbənin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi.

 

 

 

    

      Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

          Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpa olunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, külək, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir.

          İyunun 18-də Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmişdir.

          Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

 Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.

Ali Məclisin Sədri kursantları salamlamışdır.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasiminin Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunduğunu, Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunlarının da qəhrəmanlıq göstərərək şəhid olduqlarını bildirmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulmuşdur.

İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək demişdir ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Ali Məclis Sədrinin parkın yaradılması ilə bağlı müvafiq Sərəncamı mühüm əhəmiyyətə malikdir. Çünki dünyada az sayda universitetdə texnopark vardır. Naxçıvan Dövlət Universitetində innovativ inkişafla əlaqədar olaraq gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün İnnovasiya Mərkəzi və innovasiya laboratoriyası da yaradılmış, ixtisaslar dövlət qurumlarına hamiliyə verilmişdir. Bütün bunlar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

Ardını oxu...


İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Türkiyədən gəlmiş hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Ardını oxu...

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

 Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.


İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ardını oxu...

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar.

Dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verildi.

Ardını oxu...

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verildi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib.

Səfirləri salamlayan Prezident İlham Əliyev dedi:

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edib.

 İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabeti Təvəllüd Günü və 95 illik yubileyi münasibətilə təbrik edib.

Dövlətimizin başçısı Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etməsində Kralica Elizabetin böyük rolunu vurğulayıb.

Təbrikdə deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz və 95 illik yubileyiniz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Ardını oxu...

 Duzdağda yeni şaxta istifadəyə verilib

1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtmış, müstəqilliyimizi və dövlətçiliyimizi xilas etmişdir. Həmin gün ölkəmizin taleyində dönüş anı olmuş və böyük Qurtuluşa doğru  mühüm addım atılmışdır. O addım suverenliyin, sabitliyin və  sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirmiş, xalqımızı nicat yoluna çıxarmışdır.

İyunun 9-da-Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilmişdir.

Ardını oxu...

İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri nümayəndə heyətini salamlamış, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmiş, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkmişdir.

Ardını oxu...

“Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasirləşir. İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin etmiş, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılmış, yeni inzibati binalar və sosial obyektlər tikilmiş, rahat yollar çəkilmiş, əhalinin rifahı yaxşılaşmışdır.
İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilmiş, Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılmışdır.

Şərur rayonunda Bayraq Meydanının açılışı olub

Bu gün Azərbaycanın hər yerində dövlət bayrağımız qürurla dalğalanır. Çünki bayraq dövlətlərin müstəqillik və suverenlik rəmzidir.
İyunun 3-də Şərur rayonunda Bayraq Meydanı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin yeni seçilmiş Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Hersoq,

İsrail Dövlətinin 11-ci Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Azərbaycan-İsrail münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost İsrail xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.

Diqqətə çatdırıldı ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, “Azərenerji” ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.

Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasını işə saldı.

Dövlətimizin başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verildi.

 

 

 

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.

Ardını oxu...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu keçəcək. Müzakirə ediləsi məsələlər çoxdur. Əslində, nəqliyyat sahəsi həmişə bizim gündəliyimizdə ön sıralarda idi. İkinci Qarabağ savaşından sonra bunun önəmi daha da artdı. Çünki əvvəlki illərdə birgə həyata keçirdiyimiz layihələrlə yanaşı, yeni layihələr də artıq masa üzərindədir. Bizdə çox güclü işbirliyi tarixi var. Əlbəttə ki, bunların arasında Bakı-Tbilisi-Qars dəmir yolunun birgə inşa edilməsinin xüsusi önəmi var. Bu, bildiyiniz kimi, Şərq-Qərb dəhlizinin önəmli hissəsidir. Son illər bu dəhliz yolu ilə yüklərin həcmi daha da artır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Ardını oxu...

Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Ardını oxu...

Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Ardını oxu...

Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.

Ardını oxu...

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

Dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.


Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

Dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonra dövlətimizin başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.


Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.


Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.


Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.

Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfərə gəlib.

Dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

      Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Respublika Günü qeyd edilmiş, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilmişdir.

        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovçıxış edərək bu il xalqımızın 28 May Respublika Gününü dövlətçilik tariximizdə əbədi qalacaq böyük Qələbə ilə qeyd etdiyini bildirmiş, Qələbənin qazanılmasında şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

        Ali Məclisin Sədri demişdir: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”. Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR