22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li In-Yonqun etimadnaməsini qəbul edib.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş sabahlara qovuşduracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarına müraciətində dediyi kimi: “Bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.

Ardını oxu...

-Əziz həmvətənlər.

 

2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.

Ardını oxu...

 

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına bayram sovqatı aparılıb

“Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir”, - deyən ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır. Dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən həmrəylik bayramı bu gün xalq-ordu birliyinin də əsasını təşkil edir. Bunun nəticəsidir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi Qələbə qazandı.Naxçıvan Muxtar Respublikasında da həmrəylik bayramında əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması bu birliyin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Ardını oxu...

 

Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür etmiş, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırmış və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

Ardını oxu...

 

Dekabrın29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış etmişlər.

Ardını oxu...

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın yeni binası ilə tanış olub.

Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi.

Ardını oxu...

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinə və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalamış, 1 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 dekabr 2020-ci il tarixli Fərmanına əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılmışdır. 2021-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış və dəstək fondunun vəsaitləri hesabına muxtar respublikada 23 şəhid ailəsi və qazi mənzillə, 18 Vətən müharibəsi iştirakçısı avtomobillə təmin olunmuş, müvafiq kateqoriyadan olan 23 şəxsin müalicə və müayinəsinə köməklik göstərilmiş, şəhid ailələri və qazilərdən 17-nin kredit borcu ödənilmiş, 25-nin isə mənzilləri təmir olunmuşdur.

Ardını oxu...

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmış, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılmışdır. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf etmiş, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu 56 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 15 dəfə, əhali gəlirləri 10 dəfə artmışdır. Artıq başa çatmaqda olan 2021-ci il də muxtar respublikada quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.

Dekabrın 23-də Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Vələver kənd məktəbi müasir tələblər səviyyəsindədir 

Dekabrın 23-də Vələver kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçi qəbul edib.

Qonaq Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şefik Caferoviçə çatdırmağı xahiş etdi.

Ardını oxu...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din siyasəti ölkəmizdə uğurla həyata keçirilir, dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.

Ardını oxu...

Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində hər il yeni istehsal sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artırılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlandı.

Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunuldu, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olundu.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verib.

Ardını oxu...

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Ardını oxu...

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşü olub.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir”. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır.

Ardını oxu...

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

 

 

 

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

Paylaşımda Ulu Öndərin aşağıdakı sözləri yer alıb: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.

 

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

“Qəlbimizdə əbədi yaşayan Böyük İnsan!”.

 

 

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Ardını oxu...

      Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçınla görüşmüşdür.

    Ali Məclisin Sədri yeni vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik etmiş, Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. İkinci Qarabağ müharibəsinin qazanılmasında Türkiyənin tutduğu ədalətli mövqedən və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirmiş, əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulamışdır.

Ardını oxu...

Muxtar respublikada vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır. Həyata keçirilən islahatlar ədliyyə sistemi və onun maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib.

Görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edildi. Dövlətimizin başçısı onun ölkəmizlə TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğuladı.

Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili tələbatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olundu.

Görüşdə ölkəmizlə TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Prezident İlham Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlandı və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edildi.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları, planları artıq reallığa çevrilmiş, Naxçıvan onun yolu ilə gedərək tərəqqiyə qovuşmuşdur. Muxtar respublikanın digər bölgələri kimi Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan və böyük turizm potensialı olan yaşayış məntəqələrindən biri də Dırnısdır. Kənddə geniş tikinti-quruculuq işləri aparılmış, əhali rahatlığına xidmət edən sosial obyektlər tikilmişdir.

Dırnıs kənd məktəbində müasir tədris imkanları mövcuddur


Dekabrın 3-də Dırnıs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Ardını oxu...

 

 

 

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir”. Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas məsələlərdəndir. Xüsusilə sakinlərin hərtərəfli tibbi xidmətlə təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir.

Dekabrın 1-də muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri Zobaida Cəlalı qəbul edib.

Noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişində Rusiya Federasiyasında işgüzar səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Soçi hava limanında bu veriliş üçün alınan müsahibə yayımlanıb.

Prezident İlham Əliyev: Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.


Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

 

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

Ardını oxu...

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı öz işinə başlayıb.

Ardını oxu...


Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.
Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşıladı.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Noyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur.

Ardını oxu...

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri başa çatıb.

 

 

 

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR