21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilsin.

 

VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri   

                    

Naxçıvan şəhəri, 09 avqust 2021-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2021-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyul 2021-ci il 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 19-da Qasım Əliyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb:

Sərəncamda deyilir:

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi çərçivəsində tənzimləyici beton bəndin tikintisinin başa çatdırılması məqsədilə qərara alıram:

1. Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan əlavə olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 16 iyul 2021-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əbülfət Bayram oğlu Əhmədov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 15 iyul 2021-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılsın.
2. “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 15 iyul 2021-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əzimbəyova Leyla Behruz qızına
Qədimov Rafael Sabir oğluna
Məmmədov Sabir Duman oğluna – “Əməkdar rəssam” fəxri adı verilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 15 iyul 2021-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin.

 

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 13 iyul 2021-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR