Prezident İlham Əliyev iyulun 2-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da var.
Prezidentin Sərəncamı ilə polis polkovnik-leytenantı Məmmədov Məmmədəli Həsən oğlu “Vətən uğrunda” medalı ilə, polis mayoru Əliyev Səməndər Əziz oğlu isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə təltif ediliblər.