30 Dekabr 2024, Bazar ertəsi

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1102) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılsın:

1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Fəxrəddin Böyük oğlu Miralayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:

Axundov Cahangir Rifaətoviç

Hacıyeva Səbinə Xalid qızı

Qasımov Nizami Fikrət oğlu

Qəhrəmanova Şəhla Şex Əli qızı

Məmmədov Kamil Müzəffər oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Dadaşov Siyavuş Əbdül Xalıq oğlu

Əbdülrəhimov Ramiz Həmid oğlu

İbrahimov Məmməd Hüseyn oğlu

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Əliyeva Tinatin Məmməd qızı

Qaraməmmədli Yasin Alı oğlu

Rəsulov Rəis Azər oğlu

Verdizadə Nailə Allahverdi qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Abdullayeva Zemfira Kəlpəli qızı

Axundov Asif Əbülfəz oğlu

Babayev Yaqub Məhərrəm oğlu

Bayramov İbrahim Məhəmməd oğlu

Cavadov Təyyar Salam oğlu

Cəfərov Heydər Allahyar oğlu

Ardını oxu...

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Сəfər Əsəd oğlu Cəfərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Cəfərov Cəfər Məmməd oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Cəbrayılov Məlikməmməd Saday oğlu

Əliyev Ramiz İbrahim oğlu

Qarayev Məmməd Abbas oğlu

Quliyev Elman Hilal oğlu

Rüstəmov Fərrux Abbas oğlu

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Əliyev Siyavuş Hüseyn oğlu

Quliyev Fəlah Fəxrəddin oğlu

Mustafayev Zahid Seyfəddin oğlu

Tahirov Rasim Firudinoviç

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əliyev Samir Vidadi oğlu

Fətullabəyli Aytən Məmməd qızı

Qasımov Elçin Atəş oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə:

Həsənov Səbuhi Elşad oğlu

Məmmədov Muxtar Məmməd oğlu – “Əməkdar jurnalist” fəxri adı ilə;

Ağayev Çingiz Cəfər oğlu

Heydərova Esmira Salman qızı

Mənsumova Şərəf Nağı qızı

Səfərov Əsədulla Müqəddəs oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

VASİF TALIBOV

  

Naxçıvan şəhəri, 17 dekabr 2021-ci il

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin.

Ardını oxu...

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 400-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2021-ci il

 

 

 

E.M.Məmmədovun Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və

ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Emin Məmmədəli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilsin.

VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri

 

Naxçıvan şəhəri, 09 dekabr 2021-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Gülməmmədov Vüqar Tapdıq oğlu

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Ağayev Yasin Nadir oğlu

Əhmədov İslam Məmməd oğlu

Əlibutayeva Məlahət Gülbala qızı

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR