30 Dekabr 2024, Bazar ertəsi

Bilik və intellektual güc hər bir cəmiyyətin inkişafının aparıcı faktorlarındandır. Biliyə sahib olmaq isə insanın şüurlu fəaliyyətinin əsasında durub, rahat yaşayış üçün lazım olan maddi nemətlərin istehsalının ən vacib şərtidir. Bu mənada, müasir informasiya erasında davamlı iqtisadi artıma nail ola bilmək üçün hər hansı bir fəaliyyət sahəsində innovativ addımların qazandırdığı inkişaf tempi özündən sonrakı mərhələdə cəmiyyətin digər sahələrində də irəliləyiş yaradır. 

Ətraflı: Naxçıvan bilik və intellektual iqtisadiyyat yolunda

Ötən ilin payızındakı 44 günlük şanlı Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qarabağ torpaqlarında Azərbaycanın sürətlə həyata keçirdiyi dinc quruculuq, kommunikasiya və humanitar tədbirlər davam edərkən, bir tərəfdən də bütün dünya dərin iqtisadi və siyasi böhran içindəki Ermənistandan danışmaqdadır. Görünür, leysan yağışdan sonra islanmış cücəyə bənzəyən çürük ordusunu nə zamansa gücləndirmək xülyası ilə yaşayıb revanş alacaqlarını ümid edən ermənilər cəmi 5 ay əvvəl yedikləri birinci dəmir yumruğun nokautundan tez ayılıblar. Buna görə də müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında dediyi “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır” cümləsi onsuz da can çəkişən erməni cəmiyyətinin başında ikinci yumruq kimi partladı.

Ətraflı: Dəmir yumruq 

Muxtar respublikamızda real sektorun inkişafı və iqtisadi fəallığın davamlı olaraq dəstəklənməsi istiqamətində səmərəli kreditləşmənin mühüm əhəmiyyəti vardır. Bu istiqamətdə aparılan siyasət ötən dövrdə iqtisadiyyatın daha da şaxələnməsi və əhalinin rifahının artmasını təmin edən yeni məşğulluq sahələrinin yaranmasına səbəb olub.

Ətraflı: Səmərəli kreditləşmə yüksək iqtisadi  fəallığı artırır

Müasir insan həyatının mühüm tərkib hissəsi asudə vaxtdır. İş və ev qayğılarından sonra məhz asudə vaxtın səmərəli keçirilməsi isə turizm və rekreasiya kompleksinin əsas vəzifələrindən biridir. Sosial-mədəni infra­struktur kimi həyat keyfiyyətinə birbaşa təsir edən bu kompleksin zənginliyi isə ölkənin iqtisadi inkişaf səviyyəsindən və insanların mədəni istirahətə verdiyi önəmdən çox asılıdır.   

Ətraflı: Mənalı istirahət və turizm mərkəzi AĞBULAQ

Ölkəmizin müasir sosial-iqtisadi inkişafı və tarixi zəfərlərlə dolu 2020-ci ilin yekunları qarşıdakı dövrün də hər sahədə daha uğurlu olacağından xəbər verir. Ötən ilin 10 noyabrında, 44 günlük tarixi Vətən müharibəsi sonunda təcavüzkar Ermənistan dövlətinin təslim olmasından sonra qədim Azərbaycan torpağı Qarabağda artıq başlanmış olan genişmiqyaslı quruculuq işləri təkcə ölkəmizin deyil, bütün regionun rifahı üçün yeni bir mərhələnin də əsasını qoyacaqdır. Bu mərhələdə doğma Naxçıvanımız da özünün iqtisadi potensialı və geniş quruculuq təcrübəsi ilə daha da diqqətləri cəlb edəcək. Xüsusilə 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ölkə başçısı, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən əsas kommunikasiyaların açılması gələcəkdə çox əhəmiyyətli olacaqdır. 

Ətraflı: Qarşıdakı dövr yeni iqtisadi yüksəliş mərhələsi olacaq

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR