Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Moldovanın “Noi.md”, “Dosarmedia.md” və digər portalları Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdikləri mətbuat konfransı, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü barədə ətraflı məlumatlar yayıb.
Məqalələrdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyətlə bağlı fikirləri də yer alıb.