30 Dekabr 2024, Bazar ertəsi

Bu gün ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçilib

İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.

Ardını oxu...

Bu, muxtar respublikada mətbuatın yeni mərhələdə inkişafına təkan verəcəkdir 

Müasir dövrdə kütləvi informasiya vasitələri hər bir ölkənin, cəmiyyətin inkişafında mühüm rol oynayan əhəmiyyətli təsir vasitələrindəndir. Təsadüfi deyil ki, ölkələrin gələcək perspektivləri, beynəlxalq aləmdə tutduğu mövqeyi nəzərdən keçirilərkən həmin dövlətlərdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyətinə daha çox diqqət yetirilir, bir sıra məsələlər bu amillə dəyərləndirilir. Çünki müasir təcrübədən də göründüyü kimi, mətbuatı zəif olan dövlətlər istər daxili, istərsə də xarici siyasətin həyata keçirilməsində ciddi maneələrlə qarşılaşır ki, bu da, nəticədə, bütün sahələrdə geriləməyə yol açır. Bu gün qürurla deyə bilərik ki, gündən-günə çiçəklənən, güclənən ölkəmizdə, o cümlədən muxtar respublikamızda kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının sürətli və hərtərəfli yüksəlişi Azərbaycan Respublikasının müstəqillik tarixinin ən böyük nailiyyətlərindən biridir. Buna ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, böyük əzmkarlıq, gərgin, ardıcıl və səmərəli fəaliyyətin nəticəsində nail olunub. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu bir şəraitdə mövcud istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işlərinin görülməsi, sosial problemlərin səmərəli həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə yurda bağlılığın, Vətənə, dövlətə, xalqa sevginin misilsiz nümunəsidir.

Sevindirici haldır ki, Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyinin təmini istiqamətində görülən işlər davamlı xarakter alıb. Məhz bunun nəticəsidir ki, bu gün muxtar respublika sakinləri blokadanın yaratdığı çətinlikləri real həyatlarında hiss etmirlər. Uzun illərdən bəri Naxçıvanın ölkəmizin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin kəsilməsi fonunda bu sahədə həyata keçirilən kompleks tədbirlər insanların rahatlığının təmininə hesablanmış mühüm dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası isə artan yük və sərnişin tələbatının ödənilməsinə, eləcə də muxtar respublikada mülki aviasiya sahəsində işlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Avqustun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağında görülən işlərlə maraqlanıblar.
Ali Məclisin Sədri uçuş-enmə zolağının inşasında əməyi olanlara təşəkkürünü bildirib, keyfiyyətin bundan sonra da diqqətdə saxlanılması barədə tapşırıqlar verib.
Qeyd etdiyimiz kimi, blokada vəziyyətində olan Naxçıvanın hava nəqliyyatı əlaqələrinin etibarlı təmini mühüm əhəmiyyət kəsb edir. Belə ki, muxtar respublikanın turizm ­sektoru bu gün özünün inkişaf dövrünü yaşayır. Qədim diyarımızın paytaxtı ilə yanaşı, rayonlarının, hətta ən ucqar dağ kəndlərinin də abadlaşması, burada nəqliyyat-­kommunikasiya sisteminin bərpası, mühüm sosial məsələlərin həlli, tarixi abidələrə yenidən həyat verilməsi, xidmət sektorunun canlanması, eyni zamanda davamlı sabit­lik turizmin genişlənməsinə əsaslı zəmin yaradıb. Turistlərin daha çox hava nəqliyyatına üstünlük verməsini nəzərə alsaq, bu zaman artan tələbat fonunda Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının inşasının nə qədər əhəmiyyətli ­olduğunu görərik.

Ardını oxu...

Və ya fəal yaradıcı gücə malik olan inkişafın Heydər Əliyev modeli Naxçıvan nümunəsində

Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında əldə edilən böyük nailiyyətlərin əsasında fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Ulu öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində 20 ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir.

Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, daha parlaq gələcəyə hesablanmış dövlət proqramlarının reallaşdırılması qədimliyi, mədəni zənginliyi, strateji əhəmiyyəti ilə seçilən diyarımızı cazibə mərkəzinə çevirib. Buna görə də Azərbaycanın tərəfdaşı olan ölkələr muxtar respublikamızla iqtisadi-ticarət, mədəni və humanitar əlaqələrini daha da genişləndirməyə böyük maraq göstərirlər.

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşü zamanı bu məsələlər xüsusilə qeyd olunub.
Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında tələbatın yerli istehsal hesabına ödənildiyini və ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Ukrayna arasında iqtisadi-ticarət əlaqələrinin həcminin artan dinamika ilə davam etdiyini bildirən Ali Məclisin Sədri ali və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əməkdaşlıqdan danışıb, əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Ardını oxu...

Görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsinin 50 illiyinin qeyd edildiyi bu günlərdə Onun ideyaları işığında inkişaf və tərəqqi istiqamətində yeni-yeni uğurlar qazanan Naxçıvan Muxtar Respublikası özünün yüksəliş dövrünü yaşayır. 30 ilə yaxındır, blokadada yaşayan muxtar respublikanın çətin şəraitdə tərəqqiyə nail olması isə Heydər Əliyev siyasi kursunun təntənəsi, Onun yoluna dərin sədaqətin, böyük əzmkarlığın, yurda bağlılığın ən parlaq nümunəsidir. Bu gün də ulu öndərimizin strateji inkişaf konsepsiyası diyarımızda uğurla davam etdirilir, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür.

Ardını oxu...

“Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri bunu bir daha təsdiq etdi

Yüksək döyüş qabiliyyətinə malik qüdrətli ordu ölkəsini, yurdunu sevən hər bir vətənpərvər insanın fəxarət ünvanı, qürur mənbəyidir. Çünki ordumuz ölkəmizin qüdrəti, elimizin, obamızın güvən yeridir. “Hər bir uğurlu diplomatiyanın arxasında kəskin qılınc dayanır” deyimi də bu baxımdan təsadüfən yaranmayıb. Ordunun döyüş qabiliyyətini, gücünü isə yalnız iki halda müəyyənləşdirmək olar: birincisi, müharibədə, ikincisi, sülh şəraitində genişmiqyaslı hərbi təlimlərdə. Birinci məqam barədə birmənalı şəkildə onu deyə bilərik ki, son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini artıq dünyaya nümayiş etdirib. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri ölkəmizin hərbi gücünü, ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini göstərən qələbə tarixləridir. 

İkinci məqam barədə danışarkən dünyanın məşhur hərb xadimlərinin fikirlərini yada salmaq yerinə düşərdi. Onlar təlimlərin keçirilməsinin və bu zaman əldə edilən nəticələrin əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, təlimlər zabitin də, gizirin də, əsgərin də həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bacarığını, səriştəsini qiymətləndirməyə imkan verir. Kim təlimdə fərqlənirsə, deməli, müharibə meydanında qələbə onundur. Bu mənada, təlimləri “hərbçilərin akademiyası” adlandırmaq səhv olmazdı. Reallıq budur ki, ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır. Bu gün Naxçıvanda müxtəlif formalı təlimlərə üstünlük verilməklə döyüş hazırlığı səviyyəsi daim yüksəldilir. Eyni zamanda təlimlərdə qoşunların döyüşə hazır­olma səviyyəsinə gətirilmə qabiliyyəti, döyüşdə iştirakı, həmçinin maddi-texniki təminat məsələləri yoxlanılır. Bu baxımdan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-11-də Naxçıvanda iki ölkə­nin silahlı qüvvələrinin keçirdiyi “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri əhəmiyyətli nəticələri ilə yadda qaldı.

Ardını oxu...

Muxtar respublikada insan amili, innovasiyayönümlü inkişaf daim ön plandadır

Müasir dövrdə hər hansı bir ölkənin və ya məkanın inkişafı burada intellektual potensialın formalaşması ilə birbaşa bağlıdır. Cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsi olan təhsil isə intellektual potensialı formalaşdırır, hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli və mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını yaradır. Müxtəlif dövrlərdə bir çox alimlərin, siyasətçilərin, yazıçıların böyük rəğbət bəslədikləri şahmat da intellektual bacarıqların inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. 

Ardını oxu...

Ölkəmizin, o cümlədən qədim diyarımızın inkişafı, yüksəlişi üçün daim çalışan ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəolunmaz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf strategiyasının müəllifidir. Məhz həmin strategiyanın muxtar respublikamızda vətənpərvərliklə davam etdirilməsinin nəticəsidir ki, bu gün özünün sosial-iqtisadi inkişaf dövrünü yaşayan, günü-gündən çiçəklənən qədim diyarımız beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb, belə mühüm tədbirlərin reallaşdırılmasında hər kəsin rəğbətlə ifadə etdiyi inkişafın Naxçıvan nümunəsini yaradıb.

Ardını oxu...

Ötən ayın ümumi mənzərəsi bunu bir daha aydın əks etdirir

Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi istiqamətində gərgin, ardıcıl və səmərəli fəaliyyətin uğurlu nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası illərdir, sürətli sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. İnkişaf və yeniləşmə istiqamətində həyata keçirilən tədbirlər, vətənpərvərliklə aparılan quruculuq işləri, güclü nizam-intizam, idarəetmə sahəsində mövcud olan zəngin təcrübə 95 illiyini qeyd edən muxtar respublikada tarixi irəliləyişlərin əldə olunmasına yol açıb.

Ardını oxu...

Tarixin heç bir dövründə Naxçıvan bugünkü qədər gözəl, abad olmayıb

Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin siyasi xətti vətənpərvərliklə davam etdirilərək doğma Azərbaycanımızın quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilir, qədim diyarın şəhər və qəsəbələri ilə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılır, müasir görkəm alır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən strateji hədəflərə hesablanmış siyasətin məqsədi sosial-iqtisadi inkişafın müasir mərhələsində kənd yerlərində şəhər rahatlığının yaradılması, gəlirgətirən sektorların təşviqi çərçivəsində ailə təsərrüfatlarının dəstəklənməsi, alternativ fəaliyyət sahələrinin inkişafı, həmin yaşayış məntəqələrinin sosial-ictimai, mədəni həyatının daha da canlandırılmasıdır. 

Ardını oxu...

95 illiyini qeyd edən muxtar respublikamız ötən ay da yeni-yeni uğurlar əldə etdi

Muxtariyyətinin 95 illiyini böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu vətənpərvərliklə davam etdirilir. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”, – deyən dahi şəxsiyyətin bütün tövsiyələri qədim diyarda daim əldə rəhbər tutulur, sosial-iqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir.

Ardını oxu...

Muxtar respublikada bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların, mühüm infrastruktur layihələrinin, dövlət proqramlarının reallaşdırılması nəticəsində iqtisadi inkişaf ötən il də artan templə davam edib. Cəmiyyətdə ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli-mənəvi və ideoloji dəyərlərimizin yaşadılması, məsələlərin tezliklə həllinə yönəlmiş perspektivli siyasətin aparılması yeni-yeni uğurlara yol açıb, sosial-siyasi və mədəni həyatda mühüm nailiyyətlər əldə olunub. Ötən il həm də Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı adını ­daşımasının qürurunu yaşadıq. Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxması isə sevincimizə sevinc qatdı. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR